Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan ümumtürk mənafelərinə sədaqətini bir daha göstərdi – saxta genosidin tanınmasına qarşı demarş...

Image


Məlum olduğu kimi, ABŞ-ın Nümayəndələr Palatası 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan 296 saylı qətnamə qəbul edib. ABŞ-ın Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına Azərbaycan dövləti rəsmən etirazını bildirib. 

Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Nümayəndələr Palatasının qondarma “soyqırım” qətnaməsini qərəzli və ədalətsiz adlandırıb: “ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edirik”.

H.Hacıyev qeyd edib ki, bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib: “Həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır”.

Ermənistan və erməni lobbi dairələri qondarma “erməni soyqırımı”nı siyasi möhtəkirlik obyektinə çevirmişlər. Onlar bu məqsədlə ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. Ona görə də Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etmir.

Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.

ABŞ Nümayəndələr Palatasının atdığı bu addıma Azərbaycan dövləti kəskin etirazını bildirməklə Türkiyəyə qardaşlıq sədaqətini bir daha göstərmiş oldu. Əlbəttə, Azərbaycandan başqa da dünyada türk respublikaları var. Həmin respublikalar da ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qərarla bağlı öz mövqelərini bildirməlidirlər. Onu da vurğulayaq ki, tarixən türklər erməniləri yox, ermənilər türkləri genosidə məruz qoyub, onlar Türkiyədə, Azərbaycanda, Orta Asiya respublikalarında kütləvi qətllər törədib, soyqırım həyata keçiriblər.     

  • “...bununla türk birliyinə xəyanət etmiş olarlar”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan həmişə Türk dünyası ilə bağlı baş verən bütün proseslərə operativ reaksiya verir. Q.Hacıyevin sözlərinə görə, Azərbaycan dövlətinin ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi mənfur qərara operativ və kəskin reaksiya verməsi həm Türkiyəyə qardaşlıq sədaqətinin nümunəsidir, həm də digər türk respublikaları üçün bir örnəkdir. Azərbaycanın reaksiyasının ardınca digər türk dövlətləri də ABŞ hökumətinə, ABŞ Nümayəndələr Palatasına qəbul etdikləri qərara görə kəskin etirazlarını bildirməlidirlər. “Erməni lobbisinin qatı tərəfdarlarının təkidilə ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı qəbul etdiyi qətnaməyə Azərbaycan dövlətinin kəskin şəkildə etiraz etməsi və bu barədə xüsusi bəyanat verməsi Türkiyəyə qardaşlıq sədaqətindən başqa, həm də digər türk respublikalarına bir mesajdır. Azərbaycan bununla başqa türksoylu, türkdilli dövlətlərə mesaj verir ki, bu məsələdə qardaşlıq həmrəyliyi göstərsinlər. Onillərdir ermənilər ABŞ Nümayəndələr Palatası tərəfindən qondarma “erməni soyqırımı”nın tanınmasına çalışırdılar və bu istiqamətdə təbliğat həyata keçirirdilər. Çox təəssüf ki, onlar buna nail oldular. İndi isə türk dövlətlərinin ABŞ Nümayəndələr Palatasının çıxardığı bu mənfur qərara qarşı birləşməsi, birgə mübarizə aparması gərəkdir. Hesab edirəm ki, Azərbaycanın ardınca Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və digər türkdilli respublikalar bu qətnaməni pisləyən bəyanatlar yaymalı, bu qərarın qəbul edilməsi ilə bağlı kəskin etirazlarını bildirməlidirlər. Biz bu gün türk birliyindən, türk həmrəyliyindən danışırıqsa, bunu sözdə yox, əməldə göstərməliyik. Necə ki, Azərbaycan dövləti hər zaman göstərir”.

Q.Hacıyev onu da bildirdi ki, tarixdə baş verməmiş bir “soyqırım”la bağlı hazırlanan qərara ABŞ Nümayəndələr Palatasının tarixi bilməyən təmsilçilərinin imza atması tarixə qara ləkədir. “Nümayəndələr Palatasının üzvləri, ümumiyyətlə, tarixdən xəbərsizdirlər, onlar tarixi bilmirlər, onlar hər şeyi siyasətə, siyasi maraqlara qurban verirlər. Qondarma “erməni soyqırımı”nın Nümayəndələr Palatasında tanınmasına səs verən nümayəndələr XX əsrin əvvəllərində Anadoluda və Cənubi Qafqazda 2 milyondan çox türkü qətlə yetirmiş erməni quldur dəstələrinin vəhşiliklərindən bir dəfə də söz açmırlar. Ermənipərəst konqresmenlər yaxın keçmişdə Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhalinin məhv edilməsi barədə, Xocalı soyqırımı, Meşəli, Daşaltı faciələri haqqında danışmaq istəmirlər. Halbuki, bundan danışmalıdırlar.

Biz deyirik ki, XXI əsr türk əsridir. Bu əsrin türk əsri olması üçün türk xalqlarının və dövlətlərinin birliyi olmalıdır. Türkiyənin bu günündə bütün türk dövlətləri Azərbaycandan nümunə götürərək gecikmədən ABŞ Nümayəndələr Palatasının qərarına etiraz etməli və türk dövlətləri həmrəylik nümayiş etdirərək o bədnam qərarın ləğvinə nail olmalıdırlar. Digər türk dövlətləri ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qəbul etdiyi qərara etiraz etməzlərsə, səslərini qaldırmazlarsa, Türkiyə ilə həmrəylik nümayiş etdirməzlərsə, bununla türk birliyinə xəyanət etmiş olarlar. Biz türk birliyindən danışırıqsa, ortaq türk tarixindən söz açırıqsa, bu məsələdə də həmrəy olmalıyıq” - deyə bildirən Q.Hacıyevin sözlərinə görə, bu məsələdə Azərbaycan dövləti ilə yanaşı, Azərbaycan cəmiyyəti də, elmi ictimaiyyəti də, bütün qurum və təşkilatlar da Türkiyənin yanındadır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ