Cümə axşamı günü, 05 noyabr 2026
     

Düşmənin Azərbaycana müqavimət imkanları tam tükənir – Ermənistanda tam şəxsi heyətdə bircə hərbi hissə də yoxdur

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə olan ümidlərin getdikcə tükənməsi fonunda məsələnin hərbi çözümü sürətlə aktuallaşır. Amma bu fonda danışıqların dalana dirənməsinə səbəb olan erməniləri narahat edən əsas məqamlardan biri də Azərbaycan ordusunun qarşısında necə duruş gətirəcəkləri ilə bağlıdır.  Məsələ burasındadır ki,  Azərbaycanla silahlanma yarışında ayaqlaşa bilməyən Ermənistan ordusu digər parametrlər üzrə də  getdikcə daha acınacaqlı vəziyyətə düşməkdədir. Orduda baş verən neqativ hadisələr bir daha sübut edir ki, Ermənistan ordusu nəinki Azərbaycan Silahlı Qüvvələri ilə döyüş aparmaq, hətta öz ölkəsini qorumaq üçün kifayət qədər gücə sahib deyil.

Qeyd edilənlər fonunda erməni ordusunda diqqət çəkən məqamlardan biri demoqrafik böhran fonunda çağrışçı probleminin daha böyük sürətlə qabarmasıdır. Hazırda Ermənistanda şəxsi heyətlə tam şəkildə komplektləşdirilə bilən hansısa hərbi hissə yoxdur. Əksinə, ordunun şəxsi heyətlə təminatı durmadan pisləşir, real hərbçilərin sayı azalır. Məlumat üçün bildirək ki, Ermənistanda həqiqi hərbi xidmətə çağırış yaşı 18-27, orduda xidmət müddəti isə 2 ildir. Hərbi xidmətə çağırış ildə iki dəfə olmaqla 6 aydan bir həyata keçirilir. Erməni mediasında yer alan məlumatlara görə, 2004-cü ildən başlayaraq, demək olar ki, hər il Ermənistanda çağırış zamanı hərbi hissələrin çağırışçılarla tam şəkildə komplektləşdirilməməsi ciddi problem olaraq ortaya çıxır. Məsələnin əsas köklərindən biri də bundadır ki, Ermənistanda davam edən acınacaqlı sosial-iqtisadi vəziyyət kişilərin kütləvi sürətdə ölkəni tərk etməsi ilə xarakterizə olunur. İşğalçı ölkənin üzləşdiyi demoqrafik fəlakət isə ordu strukturunu məhv edir. İndi isə Ermənistan orduda yaşanan şəxsi heyət böhranını qadınların hesabına həll etməyə çalışır. Qeyd edək, bu yaxınlarda Ermənistan müdafiə naziri David Tonoyan ordunun tərkibində qadınlardan ibarət yeni diviziyanın yaradılması ilə bağlı göstəriş verib. Bu məsələ ölkədə artıq geniş müzakirə olunur. Görünən budur ki,  kişi qıtlığı səbəbindən hakimiyyət orduda qadınların sayını artırmağı düşünür. Əsas səbəb də Ermənistan ordusunda insan ehtiyatlarının çatışmaması ilə bağlıdır. Rusiyalı ekspert Oleq Kuznetsov David Tonoyanın qadınları hərbi xidmətə cəlb etmək qərarı barədə verdiyi bəyanatı şərh edərkən məsələ ilə bağlı bildirir: "Ermənistan əhalisinin gender tarazılığının pozulması orduya çağırışda müəyyən çətinliklərə gətirib çıxara bilər. Özünü Avropa dəyərlərinə bağlı ölkə kimi qələmə verən Ermənistan hakimiyyəti qadınların hərbi xidmət keçməsi üçün hər hansı hüquqi və ya əxlaqi maneə görmür”. Rusiyalı ekspert Ermənistandan kişilərin xaricə getməsi nəticəsində gender tarazılığının pozulması üzündən indidən hərbi çağırış sahəsində, yaxın gələcəkdə isə ordunu saxlamaq baxımından müəyyən çətinliklərin ortaya çıxmasını istisna etməyib. Hazırda Ermənistanda yaradılan qaydaya görə, çörəkpulu dalınca xaricə getmək istəyən hər kişinin, hərbi xidmət keçməklə yanaşı, ən azı yarım il işğal etdikləri Azərbaycan ərazisində qulluq etmək məcburiyyətində olduğunu söyləyən O.Kuznetsov ermənilərin ölkədəki əmək bazarında güclü rəqabət üzündən xaricə getməkdən başqa çarələri qalmadığını dilə gətirib: “Bu gün az qala feodal dövr səviyyəsindəki barter iqtisadiyyatının hökm sürdüyü Ermənistanda işçi qüvvəsinin bolluğu var. Buna baxmayaraq, müqavilə ilə hərbi xidmətə getməyə həvəs göstərən azdır. Bunun üç səbəbi var: can qorxusu, səhhətin zəifliyi, əqli zəiflik. Belə olan halda bir çoxları özlərini və ailələrini dolandırmaq üçün xaricə üz tutmalı olur. Bu da çox təbiidir. Hətta ölkədə yaşayış şəraiti nisbətən düzəlsə belə, erməni kişilərin hərbi xidmətə getmək üçün növbəyə düzüləcəyi hələ müəmmalıdır”.

Xatırldaq ki, işğalçı ölkənin ordusunda qadınların kütləvi şəkildə hərbiyə cəlb olunması məsələsi bundan əvvəl də bir neçə dəfə müzakirə edilib. İndi görünən odur ki, bu proses artıq həyata keçirilir və müqavilə əsasında qadınlar silahlı qüvvələrə çağırılır. Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini isə qadınlar təşkil edir. Amma reallıqda kişilərin sayı olduqca azdır və bu hal orduda təminat baxımından özünü daha qabarıq göstərir. Digər tərəfdən, artıq faktdır ki, erməni valideynlər övladlarını hərbi qeydiyyata düşməmişdən öncə xarici ölkələrə yollayır. Çünki Ermənistan cəmiyyəti gənclərin işğalçı, separatçı rejimin tərkibində işğal olunmuş Dağlıq Qarabağda xidmət etməsinə etiraz edir. Orduda övladlarını itirən validyeynlər isə digərlərini uşaqlarını ordyua göndərməməyə çağırır. Onlar mövcud hakimiyyətin də orduya laqeyd yanaşıdığını bəyan edir. Bu arada qeyd olunan xüsusda hökumət binası qarşısında etiraz əsgər anaları daha bir etiraz aksiyası keçirib. Onlardan biri bildirib: “Oğullarımızın işlərinə yenidən baxılmasına dair Paşinyanın göstərişindən bir il altı ay vaxt keçməsinə baxmayaraq, irəliləyiş yoxdur, buna görə Paşinyanın özü ilə görüş tələb edirik. Parlament sədrinin müavini Lena Nazaryan bizimlə görüşdü, lakin heç nə vəd etmədi. Əsgərlərin qətl hadisələrinin açılması üçün bütün aidiyyəti qurumlara, bütün deputatlara müraciət etsək də nəticə yoxdur. Müstəntiqlər niyə iş görmür və prokurorlar əsgərlərin işini nə vaxtadək bağlı saxlayacaqlar?”. Şikayətçilərdən Armine Qasparyan övladının yeni, yəni mayın 6-da qətlə yetirildiyini, lakin hadisənin təfərrüatının açılmadığını qeyd edib. Köhnə işlərdə sübut-dəllilərin yoxa çıxdığını bəhanə etsələr də, valideynlər bu yeni baş verən cinayətin niyə açılmamasının səbəbini anlamadıqlarını qeyd edirlər. Şikayətçi qadınlardan biri qeyd edir ki, hərbi polis onların övladlarının hansı şəraitdə və kim tərəfindən öldürüldüyünü bilsə də, cinayət əməlinin açıqlanmasını istəmir. Elə bu kimi hadisələr də erməni ordusundan yayınmaların sayını artırır. Belə vəziyyətdə son dövrlərə qədər Azərbaycanla dövlət sərhədində və işğal olunmuş Azərbaycan ərazilərində yerləşən hərbi hissələrdə şəxsi heyət sarıdan yaranan boşluğu doldurmaq üçün Ermənistanın rəhbərliyi mülki əhalinin “xidmətindən” istifadə etməyə  çalışıb. Amma bunun üçün yetəri sayda da mülki əhali yoxdur. Çünki orduda artan itkilər mülki əhalini də buradan yayınmağa vadar edir. Digər tərəfdən, aprel hadisələrindən sonra cəbhə bölgəsində yaşayan əhali müəyyən qədər bu əraziləri tərk edir, oralarda məskunlaşmaq istəmir. Bu isə ordunun şəxsi heyətlə tələbini mülki əhali hesabına ödəməyin də çətin duruma gəlməsinin təsdiqi sayılır.

Ümumilikdə isə son illərdə Ermənistan ordusu cəbhə xəttində, döyüş şəraitində hər il orta hesablla 60-80 arası hərbi qulluqçusunu itirir. Bundan əlavə, hər il 100-dən çox əsgər digər hadisələrdən, məsələn, avtoqəza, silahla ehtiyatsız davranış, xəstəliklər, intihar və digər belə hallardan dünyasını dəyişir. Ölümlərin sırasında hərbi qulluqçuların sağlamlığına biganə yanaşılması da az rol oynamır. Ordunun qida təchizatındakı problemlər, əsgərlərin antisanitariya şəraitdə xidmət aparmaları, kazarmaların bərbad vəziyyətdə olması səbəbindən xeyli sayda hərbi qulluqçu ciddi sağlamlıq problemləri yaşayır. Əsasən donvurma, vərəm, pnevmaniya, dəri-zöhrəvi, müxtəlif infeksion xəstəliklər, sətəlcəm, mədə-bağırsaq və digər diaqnozlar çoxluq təşkil edir. Fərari əsgər sayına görə də Ermənistan ordusu ön sıralardadır. Ekspertlərin fikirincə, acınacaqlı vəziyyətdə qulluq etmək istəməyən əsgərlər hərbi hissələri tərk edir. Məcburi hərbi xidmətdən yayınmaya görə müxtəlif illərdə minlərlə əsgərə cinayət işinin açılması da bunun təsdiqidir.

Orduda əsgərlərlə yanaşı, zabit heyətii arasında da fərarilik halları geniş yayılıb. O səbəbdən ki, zabitğlər də burada acancaqlı vəziyyətin qurbanına çevrilir. Onlar maliyyə təminatı sarıdan da narazılıq edir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın silahlı qüvvələrində ciddi maliyyə böhranı var. Bu ölkənin Müdafiə Nazirliyi yerli mətbuat orqanının sorğusuna cavabında nazirliyin hərbi qulluqçulara milyonlarla dollar borcunun yarandığını etiraf edib.

Rəsmi məlumatda hökumətin hərbi qulluqçulara borcunun dəqiq məbləği göstərilmir, lakin Ermənistanın ehtiyatda olan hərbi qulluqçular ittifaqının üzvü Gevork Ovannisyan bildirib ki, borcun miqdarı milyonlarla dollardır. Onun sözlərinə görə, artıq illərdir ki, hərbi qulluqçular və digər güc strukturlarının əməkdaşları məzuniyyət haqqını ala bilmir. Jurnalistlərin pulsuz qalan zabitlərin sayı ilə bağlı sualına isə nazirlikdən cavab veriblər ki, onlar bu cür statistika aparmırlar. Əlavə ediblər ki, məsələnin həlli üçün nazirliyin rəhbərliyi “müvafiq tədbirlər” görür. Qeyd olunub ki, Ermənistandakı insan hüquqlarının müdafiəsi ofisi də hərbi qulluqçuların bununla bağlı müraciətlərini qəbul edib. Amma reallıqda dəyişən nəsə yoxdur. Belə vəziyyətdə Ermənistan  ordusunda əsgər çatışmazlığı problemi də ciddi hal alır. Məsələnin həlli üçün hökumət indi ümidini qadınlara bağlayıb. Amma bu gedişlə məhv olan Ermənistan ordusunu qadınların da xilas etməsi müşkül görünür.  Hesab edilir ki, yaranmış vəziyyətdə Qarabağ münaqişəsinin hərbi həlli aktuallaşağı təqdirdə Azərbaycan ordusu qısa zaman kəsiyində erməniləri darmadağın edəcək. Bunu, əslində düşmən tərəfi özü də yaxşı bilir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ