Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiyanın Gümrüdəki 102-ci bazanı gücləndirməsinin sirri – Paşinyanın xəyanətə meyli, ABŞ-ın Gürcüstanda hərbi iştirakının artması…

Image


Son dövrlərdə Qafqazda geosiyasi duruma birbaşa təsir edəcək mühüm olaylar müşahidə olunmaqdadır. Söhbət ABŞ-ın regionda hərbi müstəvidə möhkəmlənmək niyyətindən gedir. Bu xüsusda region ölkələri arasında ABŞ-ın qonşu Gürcüstanla kifayət qədər sıx münasibətləri var. Amma görünən budur ki, ABŞ məqsədinə çatmaq üçün artıq Ermənistan kartından da faydalanmağı düşünür. Elə bu da regionun geosiyasi durumuna daha ciddi şəkildə təsir göstərməyə başlayır.

Ümumiyyətlə, görünən budur ki, Rusiyanın hiddətinə baxmayaraq, ABŞ region siyasətində qarşıdakı dövr ərzində Gürcüstan və Ermənistan kartından daha çox istifadə etməyə çalışacaq. Bu barədə danışmazdan öncə qeyd edək ki, yaxın vaxtlarda Gürcüstanda Amerikanın hərbi bazasının yaradılması gözlənir. Hələ bu ilin avqusunda belə məlumatlar yayılmışdı ki, Gürcüstanda üç ABŞ hərbi bazasının yaradılması nəzərdə tutulur: ikisi quruda, biri isə dənizdə. Bu yaxınlarda Gürcüstanın Müdafiə Nazirliyi də bəyan edib ki, yaxın günlərdə Amerika ilə əməkdaşlıqla bağlı üç illik müqavilə imzalanacaq. Bu hələ bazaların yaradılması ilə bağlı növbəti addım sayılır. Beləliklə, ABŞ Gürcüstanda öz hərbi mövcudluğunu gücləndirməkdədir. Bu da o deməkdir ki, belə gedişlə bir müddət sonra Gürcüstanda Amerikanın legitim hərbi qüvvələri Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı qüvvələri ilə qonşu ola bilər. Gürcüstan prezidenti Salome Zurabaşvili də etiraf edir ki, ABŞ  burada hərbi baza yerləşdirməklə Rusiyanın diqqətini cəlb edəcək. Amma yuxarıda qeyd olunduğu kimi, ABŞ-ın planları təkcə Gürcüstanla məhdudlaşmır. Vaşinqton İrəvanın Moskva ilə münasibətlərində yaranan çatlardan istifadə edib, Ermənistandan da öz niyyəti üçün yararlanmğı düşünür. Bunu rus politoloq Vitali Arkov da təsdiq edir: “Amerikanın Gürcüstanda hərbi baza açması ilə Nikol Paşinyanın addımları arasında baglılıq var. Suriyadan çıxan hərbi kontingenti Gürcüstanın Cavaxetiya ərazisinə yerləşdirmək ideyası Ermənistan hökuməti və siyasi şərhçiləri tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, Paşinyan və onun komandası ABŞ-ın Qafqazı partlatmaq ideyasını regionda dəstəkləyə biləcək yeganə zəif bəndidir. Amma Bakı bu məsələdə daha uzaqgörən siyasət yürüdür“. Onun sözlərinə görə, rəsmi İrəvan bəzi əsas detalları yaddan çıxarır:“Bunlardan ən vacibi Rusiya amilidir. Kreml ABŞ-ın bu addımına cavab olaraq, hətta Kubada hərbi baza aça bilər. Əlbəttə ki, ABŞ regionda Rusiyanın liderliyinə kölgə salmaga çalışır, amma yaddan çıxarmaq lazım deyil ki, Ermənistanın taleyi Moskvanın əlindədir. Paşinyan ABŞ-a arxalanaraq Qarabag məsələsində “nala-mıxa” vurmagı davam etdirsə, Bakı hərəkətə keçəcək”. Arkov əmindir ki, bu prosses baş verən kimi Ermənistan ABŞ-dan dəstək gözləyəcək, Vaşinqton isə kağız üzərində olan bir bəyanatla kifayətlənəcək: “Biz tərəfləri atəşkəs rejiminə riayət etməyə çagırırıq” deyəcəklər, vəssalam”. Amma ekspert bunların əvəzində Rusiyanın Ermənistanı ciddi şəkildə sıxacağını da xüsusi vurğulayır.

Bunlar fonunda Rusiyanın Ermənistandakı 102-ci bazasını gücləndirməsi də təsadüfi sayılmır. Bazanın rəhbəri Nikolay Martınyuk bildirib ki, hərbi hissənin potensialı yeni və modernizasiya edilmiş silahlar, texnika ilə təchiz edildikdən sonra təxminən iki dəfə artırılacaq. Rusiyanın Cənub Hərbi Dairəsinin general-leytenantı Sergey Kuzovlev 102-ci bazanın tam şəkildə yeni silah və texnika ilə təchiz ediləcəyini bildirib. Ekspertlər isə bunları təsadüfi saymır. Çünki Moskva birmənalı şəkildə Paşinyan iqtidarının ona qarşı xəyanətkar mövqedə olduğunu bilir. Artıq məlumdur ki, Ermənistanın siyasi dairələrində və güc strukturlarında mühüm post tutan rusiyameylli simalar vəzifələrindən uzaqlaşdırılıb. Onlardan  bəziləri həbs edilib. Paşinyan öz komandasına, əsasən anti-Rusiya siyasətçilərini toplayıb. Onun komandasında nazirlərin mütləq əksəriyyəti “Sorosun uşaqları” adlandırılan siyasətçilərdir ki, onlar da birbaşa Amerika ilə bağlı şəxslərdir.  Eyni zamanda, Paşinyan ABŞ və Qərblə əməkdaşlığı Rusiyanın maraqlarına zidd müstəvidə inkişaf etdirməkdə də maraqlıdır və belə vəziyyət Moskva tərəfindən heç də xoş qarşılanmır. Bu fonda da İrəvanın xarici siyasətində Rusiya ilə münasibətlər nəzərəçarpacaq dərəcədə pisləşib. Ermənistanın “İrates” qəzeti yazır ki, bunlara əsas səbəb Ermənistanın hazırkı hakimiyyətinin Rusiya ilə yalnız sözdə əlaqələr qurmasıdır. Məlumata görə, son zamanlar parlamentdənkənar bəzi xadimlərlə rus diplomatların görüşü zamanı ruslar Ermənistan hakimiyyətindən narazılıq edib və qeyd ediblər ki, problem getdikcə böyüyür. Bunların fonunda xatırlanır ki, Ermənistanın müdafiə naziri David Tanoyan bu ilin yayında Rusiya sərhədçilərinin ölkəsindəki dislokasiya məsələsinə yenidən baxılmasının mümkünlüyü haqda fikir səsləndirib. Kreml isə bunu İrəvana bağışlamaq niyyətində deyil.  Ermənistan Müdafiə Nazirliyinin elan etdiyi silah tenderində Rusiyanın silah şirkətlərinin iştirakı nəzərdə tutulsa da, tenderin müəmmalı şəkildə ləğv edilməsi də Kremlin yadından çıxmayıb. Rusiyanın Ermənistan münasibətlərində getdikcə daha çox korrektələr etməsi də elə bundan qaynaqlanır. Görünən budur ki, Ermənistanın, xüsusən də baş nazir Nikol Paşinyanın siyasətdə yol verdiyi naşılıqlar, xətalar işğalçı ölkəni əsas himayədarlarından, o cümlədən Rusiyadan məhrum edir. İndi ABŞ-ın regionda möhkəmlənmək üçün erməni kartından da istifadə etmək niyyəti, ekspertlərə görə, Rusiyanın Ermənistana qarşı siyasətində daha sərt hərəkətə keçməsi ilə nəticələnəcək. Hər halda, hadisələrin gedişi Ermənistanın Rusiya və ABŞ arasında qalıb əziləcəyini istisna etmir. Bölgədə yalnız Azərbaycanın neytral xarici siyasət nəticəsində ABŞ və Rusiyanın yeni Qafqaz çəkişməsinin təsirlərindən kənarda qalacağı da əsas proqnozlar sırasında yer alır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ