Cümə axşamı günü, 05 noyabr 2026
     

ABŞ Türkiyəni itirir, Ankara isə Moskva ilə birlikdə Yaxın Şərq və Qafqazda güclənir

Image


Eyni hərbi blokda təmsil olunmalarına və Türkiyəni strateji müttəfiq adlandırmasına baxmayaraq, ABŞ qardaş ölkəyə qarşı hələ də anlaşılmaz bir siyasət yürüdür. Belə görünür ki, Türkiyənin Suriya siyasəti, “Sülh çeşməsi” əməliyyatı, Rusiya ilə dinamik inkişaf edən münasibətlərini ABŞ-da müəyyən qüvvələr həzm edə bilmir.

Ümumiyyətlə, ABŞ-ın Türkiyə siyasətində ciddi parçalanmalar müşahidə olunur. Bir tərəfdə Ağ Ev Türkiyə ilə münasibətləri inkişaf etdirmək istədiyi halda, qanunverici orqan buna qarşı çıxır. Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Suriyada keçirilən əməliyyat, həmçinin Rusiyadan S-400 sistemlərinin alınması ilə əlaqədar Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini böyük səs çoxluğu ilə bəyənib. Qəbul edilmiş qanun layihəsi “Halkbank”a və müdafiə naziri də daxil olmaqla, ən yüksək vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiqini, həmçinin türk məmurlarının aktivlərinin dondurulmasını nəzərdə tutur. Sənəd qüvvəyə minməsi üçün Senatdan keçməli, daha sonra isə ABŞ prezidenti tərəfindən imzalanmalıdır. Amma Nümayəndələr Palatasının qəbuledilməz addımları bununla bitmir. Belə ki, Nümayəndələr Palatası qondarma “erməni soyqırımını” rəsmi olaraq tanıyan qanun layihəsini də təsdiq edib. Səsvermənin canlı yayımı Konqresin saytında nümayiş olunub. Deputatlar 223 səs lehinə, 191 səs əleyhinə qarşılığında qanun layihəsini qəbul edib. Qanun layihəsinin müəllifi, ermənipərəstliyi ilə taınnan Adam Şiff bu qərarın “öz vaxtında” qəbul edildyini bildirib. Qəbul edilən layihə Senatda müzakirəyə çıxarılacaq. Senatda qəbul olunarsa, bu, ABŞ Konqresinin qondarma “erməni soyqırımı”nın tanınması üçün tövsiyə xarakterli qərarı olacaq. 

Xatırladaq ki, ABŞ ştatlarının Missisipidən başqa hamısı indiyədək “erməni soyqırımını” tanıyan qətnamələr qəbul edib. Əvvəllər Türkiyə hökuməti bu məsələnin qanunvericilik halına gəlməməsi üçün uğurlu lobbiçilik fəaliyyətində olub. Lakin iki ölkə arasında hazırda yaranmış vəziyyətdə bunu etmək son dərəcə çətin hala gəlib. Qanun layihəsi Konqres üzvlərinin vise-prezident Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əldə olunmuş atəşkəs razılaşmasından kifayətlənmədiklərinin ifadəsi olub. İndi prezident Tramp Türkiyəyə qarşı sanksiyaları Konqresə məlumat verməklə hər dəfə 90 gün müddətinə dondura bilər. Amma bunun üçün Türkiyənin atəşkəsi pozmaması tələb edilir. Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri, ermənipərəst konqresmen Eliot Engel deyib ki, prezident Tramp Ərdoğanın “əl-qolunu açıb”, amma Konqres Amerika hökumətinin əsl mövqeyini göstərməlidir. Beləliklə, qanun layihəsinə görə, Türkiyə Suriyada atəşkəsi pozarsa, ən sərt sanksiyalarla üzləşə bilər. Lakin Ərdoğanın sözçüsü Fahrettin Altun bildirib ki, Türkiyəni sanksiyalarla hədələyən qanun layihəsi strateji müttəfiqliyin ruhuna birbaşa ziddir. Türkiyənin Xarici İşlər Nazirliyi də Ankaraya qarşı sanksiyalar haqqında qanun layihəsinin qəbulu ilə əlaqədar ABŞ-ı ittiham edib. Qurumun  saytında yerləşdirilən bəyanatda deyilir: “ABŞ Nümayəndələr Palatasında “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbulunu qətiyyətlə ittiham edirik”. Xarici siyasət idarəsindən bildiriblər ki, qanun layihəsi NATO-nun ruhuna uyğun deyil və Suriya üzrə Türkiyə-ABŞ razılaşmasına ziddir. Türkiyə hakimiyyəti, həmçinin, ABŞ Konqresini daxili siyasi hədəflər üçün ikitərəfli münasibətlərlə bağlı məsələlərdən istifadə etməməyə çağırıb: “Biz ABŞ administrasiyasını münasibətlərimizin sonrakı kəskinləşməsinin qarşısını almaq üçün lazımlı ölçüləri qəbul etməyə çağırırıq”.

Nazirlik qondarma “erməni soyqırımı” məsələsinə də sərt reaksiya verib: “Məclislərin siyasi əhval-ruhiyyəsinə görə tarixi formalaşdırmağa çalışmaqdan daha ciddi bir səhv ola bilməz. Qərar, eyni zamanda, 1948-ci il soyqırımın qarşısının alınması haqqında Konvensiyanın müddəalarına, eləcə də ABŞ qanunlarına və beynəlxalq hüquqa ziddir. Beynəlxalq hüquqda 1915-ci il hadisələrini “soyqırımı” olaraq təyin edən heç bir qətnamə yoxdur. Sözügedən dövrdə baş verən hadisələr siyasətin deyil, tarix elminin sahəsidir. Türkiyə və ABŞ arasındakı müttəfiqlik bağının və dostluq əlaqələrin davamına dəstək verən amerikalı dostlarımızın bu dəhşətli səhvi araşdıracağına və məsullarının ABŞ xalqının vicdanında mühakimə ediləcəyinə inanırıq”.

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu da Nümayəndələr Palatasının addımını qətiyyətlə pisləyib və deyib ki, bu qərar qanunsuz və etibarsızdır. Çavuşoğlu qeyd edir ki, Türkiyə Suriyanın şimal-şərqinə hücumla “böyük oyunun” qarşısını alıb və Konqresin qərarı da bu əməliyyata görə qisasdır: “Niyyətləri baş tutmayanlar nimdaş qətnamələrə əl atırlar. Onların bu yolla qisas alacaqlarını düşünənlər səhv edir. Tarixi siyasət üçün istismar edənlərin qərarları hökumətimiz və xalqımız üçün qanunsuz və etibarsızdır. Bizdən bu yolla intiqam alacağını sananlar yanılır. Tarixi siyasətə alət edənlərin bu utancverici qərarı hökumətimizin və xalqımızın gözündə yox hökmündədir”. Məsələ ilə bağlı ABŞ-ın Türkiyədəki səfiri Devid Saterfild Xarici İşlər Nazirliyinə çağırılıb.

Ekspertlər bildirir ki, belə vəziyyətdə baş verənlər ABŞ-ın Türkiyəni itirməsi anlamına gəlir. Çünki bu halda tərəflər arasında münasibətlərdə qarşılıqlı etimad tam aradan qalxır. Əvəzində gözlənir ki, Türkiyə və Rusiya arasında yaxınaşma daha intensiv xarakter alsın. Hətta artıq ABŞ-ın ehtiyat etdiyi daha bir məsələnin reallaşması da bu fonda baş tuta bilər. Söhbət Türkiyə ilə Rusiya arasında Su-35 döyüş təyyarələrinin alqı-satqısından gedir. Bu razılaşma əldə olunsa, Su-35 döyüş təyyarələri "S-400"dən sonra Türkiyənin Rusiyadan aldığı ikinci böyük silah sistemi olacaq. Ankara bu məsələni təkzib etsə də, ABŞ-ın atdığı addımlar, ekspertlərə görə, vəziyyəti dəyişəcək, Türkiyənin Rusiya ilə daha çox yaxınlaşmasına rəvac verəcək.  Tərflər onsuz da Suriyada artıq ciddi əməkdaşlıq edirdi. Amma bundan sonra əməkdaşlığın daha da dərinləşməsi, digər istiqamətlərə, o cümlədən Qafqaza da təsir etməsi gözlənir. Rusiya Türkiyəni qazanmaq üçün Ankaranın bu regionda da güclənməsinə göz yummağa hazırdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ