Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezident İlham Əliyev MDB Müdafiə Nazirləri Şurası iclasının iştirakçılarını qəbul etdi - FOTO / YENİLƏNDİ

Image


Prezident İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

- Çox şadam ki, Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçirilir. Bu tədbir özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizi daha sıx birləşdirir, ikitərəfli gündəliyə dair söhbət etmək üçün yaxşı imkan yaradır. Bildiyiniz kimi, bu yaxınlarda Aşqabadda dövlət başçılarının Zirvə Görüşü çox uğurlu keçdi. MDB üzvü olan digər ölkələr kimi, Azərbaycan da bu təşkilatda iştiraka böyük əhəmiyyət verir. Bir sıra məsələlərə dair bizim konstruktiv mövqeyimiz də MDB çərçivəsində qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsinə töhfə verir. Əlbəttə, xüsusən müasir mərhələdə bizim regionda mövcud olan və yarana biləcək təhlükələr nəzərə alınmaqla hərbi sahədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Zənnimcə, buna görə MDB üzvü olan ölkələrin sabitliyi və davamlı inkişafı çox cəhətdən dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır.

Dövlət başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə edilən mövzulardan biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələsi idi. Biz Azərbaycanda da buna çox fəal hazırlaşırıq. Bu bizim ümumi Qələbəmizdir, Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Qələbədir. 9 May ölkəmizdə dövlət bayramıdır. Bu bayram Heydər Əliyev Azərbaycana qayıdandan sonra bərpa edildi. Təəssüf ki, müstəqilliyin ilk illərində Xalq Cəbhəsinin xalqa zidd olan iqtidarı təqvimdəki bu qırmızı günü silməklə onu xalqımızın yaddaşından da silməyə cəhd göstərdi, veteranlara hörmətsizlik etdi. Əslində bu, Böyük Vətən müharibəsinin tarixini təhrif etmək cəhdləri idi. İndi bəzi ölkələrdə belə cəhdlər təəssüf ki, kifayət qədər kütləvi xarakter alır. Beləliklə, 9 May günü uzun illər boyu dövlət bayramı kimi qeyd edilir və veteranlara qayğı bizim gündəlik işimizin ayrılmaz tərkib hissəsidir. Veteranlar diqqət və qayğı ilə əhatə olunub, onların maddi vəziyyəti təmin edilir. Onlar bizim üçün, hamı üçün qəhrəmanlıq nümunəsidir.

Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Bunu demək kifayətdir ki, ümumi Qələbəmiz üçün tələb olunan yanacağın çox böyük hissəsini – neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Bakı təmin edirdi. Bu potensial olmasaydı, faşist Almaniyasına qalib gəlmək çox çətin olardı. Təsadüfi deyil ki, faşist Almaniyası gözlərini Bakıya zilləmişdi, Bakını tutmaq planları vardı. Bu halda sovet ordusu zəruri yanacaqdan məhrum olardı. Tarixdən yaxşı bilirik ki, faşistlərin öz hücumlarını inkişaf etdirə bilməməsinin bir səbəbi məhz o idi ki, onlar yanacaq sarıdan korluq çəkirdilər. Bakı neftçiləri əsl fədakarlıq göstərir, gecə-gündüz işləyirdilər. Məhz həmin illərdə neft hasilatı rekord səviyyəyə – orta hasilat səviyyəsindən iki dəfə yüksək həddə çatmışdı. Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub. Xalqımızın 600 mindən çox nümayəndəsi müharibədə iştirak edib, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfəri Azərbaycanın nümayəndələridir. Bu, xalqımızın qürur mənbəyi, böyüməkdə olan nəsil üçün örnəkdir.

Təsadüfi deyil ki, tarixin saxtalaşdırılması, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi, tarixin yenidən yazılması cəhdlərinə Azərbaycanda çox həssas yanaşırıq. Bu, təkcə tarixin təhrif edilməsi baxımından deyil, gələcək nəsillər üçün də böyük təhlükədir. Çünki onlar bu miflərə inana bilər, mahiyyət etibarilə tarixi həqiqətdən uzaqlaşa bilərlər. Buna görə biz müharibənin səbəbləri haqqında, təcavüzkarın kim olması və həm ölkəsini, həm də dünyanın yarısını XX əsrin bu taunundan xilas etmiş sovet xalqının qəhrəmanlığı barədə həqiqətin dünyaya çatdırılması üçün ümumi səylərimizlə çox fəal iş aparmalıyıq.

Aşqabad Zirvə Görüşü zamanı mən belə bir məsələ də qaldırdım ki, MDB məkanında da, təəssüf ki, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adam deyirdi ki, “Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür”. Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir “xadim”ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib. Mən həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdim ki, MDB məkanında bu, yolverilməz hərəkətdir. Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir. Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük. Buna görə biz öz tərəfimizdən bundan sonra da həm Birlik ölkələrinin, həm də digər dövlətlərin ictimaiyyətinin bu məsələyə diqqətini Qələbənin 75 illiyinə hazırlıq prizmasından cəlb edəcəyik. Düşünürəm ki, biz birgə səylərimizlə bundan sonra da işimizi bu istiqamətdə davam etdirəcəyik ki, Böyük Vətən müharibəsi haqqında həqiqət bütün dünya birliyinin, xüsusən gənc nəslin diqqətinə çatdırılsın.

Bugünkü iclas məsələsinə qayıdaraq, qeyd etmək istəyirəm ki, əlbəttə, sizin gündəliyiniz çox zəngindir. Əminəm ki, müzakirələr ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə kömək edəcək. Bir daha xoş gəlmisiniz.

Sonra çıxış edən Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib:

- Biz konkret olaraq Qələbənin gələcək yubileyi, ata və babalarımızın igidlikləri ilə bağlı xatirəni ümumi səylərimizlə qoruyub saxlamalı olmağımız barədə Sizin baxışlarınıza şərikik. Əlbəttə, o tarixi yenidən yazmaq, qalibləri məğlublar, məğlubları isə qaliblər kimi qələmə vermək məqsədilə göstərilən hər hansı cəhdlərə qarşı mübarizə aparmaq üçün nə mümkündürsə etmək lazımdır. Eyni sözlər bu böyük savaşın, ölkəmiz üçün ağır müharibənin gedişində törədilmiş cinayətlərə də aiddir. Bu gün bir tərəfdən tarixi yenidən yazmaq, digər tərəfdən qaliblərin məğlub sayılması üçün əlindən gələni etmək istəyənlərin sayı get-gedə artmaqdadır. Biz bunu nəzərə alaraq, bütün həmkarlarımızı Moskvada keçiriləcək bayram tədbirinə dəvət etmişik ki, Birlik ölkələrindən olan hərbi kontingent Qızıl Meydanda Qələbə paradında iştirak etsin. Ümidvaram ki, azərbaycanlı hərbi qulluqçular da, əvvəllər olduğu kimi, bu tədbirdə çox fəal iştirak edəcəklər.

Bizim gündəliyə gəldikdə isə, o kifayət qədər genişdir. Əməkdaşlıq bizim birlikdə baxdığımız, təsdiq etdiyimiz planlar üzrə inkişaf edir. Burada xüsusi qeyd etmək istərdim ki, bu gün Rusiya beynəlxalq terrorizmə qarşı mübarizədə böyük təcrübə qazanıb, biz bu təcrübəni həmkarlarımızla bölüşməyə hazırıq. Bu, həm beynəlxalq terrorizmə qarşı mübarizə, həm humanitar kömək, o cümlədən minalardan təmizləmə, tibbi yardım və bir sıra başqa məsələlərə aiddir. Son hadisələr, Soçidə aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, bizim Prezident və Türkiyə Prezidenti tərəfindən imzalanmış Memorandum çətinliklə həyata keçirilir, lakin görürük ki, bu, sülhün bərqərar olması, Suriyanın suverenliyinin qorunub saxlanması üçün yeganə üsuldur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ