Cümə axşamı günü, 05 noyabr 2026
     

Fəzail Ağamalı dövlətçiliyə, yoxsa təxribatçı güclərə xidmət edir?

Image


Son illərdə Azərbaycanı sevməyən bəzi daxili və xarici güclər hər vasitə ilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən və xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edən tədbirlərin üzərinə ləkə salmağa cəhd edirlər. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən ötən həftədən başlayaraq həyata keçirilən islahatlar vəziyyətdən istifadə etməyə cəhd edən və qisas ovqatı ilə alışıb yanan bəzi dairələrin əlinə öz çirkin məqsədlərini həyata keçirmək üçün  fürsət verib.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qərəzli şəkildə hədəfə alınması da bir daha sübut etməkdədir. Nə qədər qəribə olsa da, ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlara kölgə salmaq  istəyənlərdən biri də Ana Vətən Partiyasının sədri, millət vəkili  Fəzail Ağamalı, Əliağa Hüseynov və təqaüdçü Qulu Məhərrəmlidir. Azərbaycanda xalq hərəkatı başlayandan sonra dəfələrlə mövqeyini dəyişən və Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra özünü iqtidar tərəfdarı kimi qələmə verən və bununla da millət vəkili seçilməyə nail olaraq kifayət qədər  imtiyaz əldə edən Fəzail Ağamalının dövlətçiliyimizə xidməti isə ara-sıra parlamentdə boğazdan yuxarı İlham Əliyevin kursunu dəstəklədiyini bildirən çıxışları  və bu ruhda bəzi KİV-lərə verdiyi açıqlamalar olub. Lakin əməli fəaliyyətdə onun bu açıqlamaları hər hansı bir şəkildə öz əksini tapmayıb. Bunu Fəzail Ağamalının prezident İlham Əliyev tərəfindən dəstəklənən KİVDF-nin fəaliyyətini şübhə altına salma cəhdləri də bir daha təsdiq etməkdədir. Fəzail Ağamalı mətbuata verdiyi açıqlamasında hər hansı bir fakta əsaslanmadan KİVDF-nin fəaliyyətindən narazılığın olduğunu, bəzi jurnalistlərin 2-3 dəfə mənzil aldığını və bu sahədə şəffaflığın təmin edilməsinin, adı çəkilən sahədə islahatlar keçirilməsinin  vacib olduğunu bəyan edib. Amma  adını millət vəkili qoyan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının əlində heç bir fakt olmadan əsassız iddialarla çıxış etməsi və prezidentin KİV-lərə göstərdiyi qayğını, onlar üçün binalar inşa edilməsini şübhə altına alması ölkə rəhbərliyinin müsbət işlərinə kölgə salmağa cəhd edən təxribatçı güclərə verilən dəstəkdən başqa bir şey deyil.

Fəzail Ağamalının KİVDF-yə münasibətdə qərəzli açıqlamaları və onun  prezidentin fəaliyyətinə kölgə salmaq istəyən bəzi güclər tərəfindən dərhal dəstəklənməsi də bir daha dediklərimizin sübutu hesab edilə bilər. Bütün bunlar da əslində Fəzail Ağamalının üzdə dövlətçiliyi dəstəklədiyinı, ancaq pərdə arxasından prezidentin fəaliyyətinə kölgə salmaq istəyən qüvvələri dəstəklədiyi ehtimalını  bir daha üzə çıxarır. Əgər həqiqətən də Fəzail Ağamalı özünün iddia etdiyi kimi dövlətçiliyi, prezident İlham Əliyevin siyasətini dəstəkləyirdisə, onda o, məsələ ilə bağlı ondan-bundan eşitdiyi sözlərlə deyil, faktlara istinad edərək məsələni  rəsmi şəkildə gündəmə gətirərdi. Amma o bunu etməyib və öz çirkin xislətinə uyğun olaraq hər hansı fakta əsaslanmadan KİVDF-ni hədəfə alaraq  ölkə rəhbərliyi səviyyəsində görülən işlərə ləkə salmağa çalışıb. Fəzail Ağamalı KİVDF-ni hədəfə almazdan öncə yaxşı olardı ki, parlamentdəki 5 il ərzində ağzına su alıb oturan bəzi  millət vəkillərinin fəaliyyətinə qiymət verəydi, onların bu müddət ərzində nə ilə məşğul olduğu ilə maraqlanaydı. Digər tərəfdən də millət vəkili olaraq Fəzail Ağamalı nə vaxt xalqın problemlərini parlament qarşısında qaldıraraq onların həllinə cəhd edib. Bax bunu demək çətindir.

Halbuki Fəzail Ağamalının “seçildiyi” seçki dairəsində kifayət qədər problemlər mövcuddur və onların aradan qaldırılması onun üzərinə düşüb. Və yaxud millət vəkili kağız üzərində deyil, rəsmi şəkildə sonuncu dəfə nə vaxt seçiciləri ilə görüşərək onların problemləri ilə maraqlanıb?  Fəzail Ağamalı kifayət qədər millət vəkili imtiyazlarından istifadə edərək özünə yaxşı gün ağlaya bilib və əsl kapitalist kimi yaşayır. Bunun əvəzində isə o xalqa heç nə verməyib.

Nəhayət, 72 yaşlı Fəzail Ağamalı əgər prezidentin həyata keçirdiyi islahatları dəstəkləyirsə, niyə millət vəkili kimi və eyni zamanda partiya sədri kimi yaşına görə dərhal istefa verməyib? Əgər həqiqətən də prezidentin fəaliyətini dəstəkləyirsənsə zəhmət çək, ərizəni yaz, istefa ver, öz yerini partiyanda olan cavan üzvlərə təhvil ver.

Eyni sözləri Fəzail Ağamalını dəstəkləyən millət vəkili Əliağa Hüseynov barəsində də demək olar. Əliağa Hüseynovun hərbi komissar işlədiyi vaxt hansı oyunlardan çıxdığı isə heç kimə sirr deyil və bu barədə illər öncəsi mətbuatda kifayət qədər məlumatlar gedib. Onun hərbi komissar işlədiyi vaxt rüşvət alaraq cağırışçılara ordudan möhlət hüququnun verilməsi üçün az qala qiymət cədvəli tərtib edib komissarlıqda divardan asmışdı: Qısa müddətli möhlət üçün 500-700 usd, uzun müddətli möhlət üçün 1500-2000 usd müəyyən etmişdir. Yaxşı olardı ki, onun komissar kimi fəaliyyət göstərdiyi illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırma aparsın və həmin illərdə möhlət hüququ verilən çağırışçılardan hansı əsaslarla xidmətə göndərilməyiblər. Əgər dəqiq araşdırılma aparılarsa keçmiş komisarın dəbdəbəli villaları, restoranları və şadlıq saraylarını  hansı pulla əldə etdiyi üzə çıxar. Vergilər Nazirliyi həmin müəssisələri yoxlasa, dövlət büdcəsindən nə qədər yayınmalar olduğu görünər.

Nəhayət Əliağa Hüseynovun millət vəkili kimi parlamentdə prezidentin siyasi kursunu dəstəklədiyi barədə çıxış etməsini də xatırlamaq çətindir, əgər prezident kursunu dəstəkləyirsə onda 72 yaşı olduğu üçün özü birinci getməlidir. Amma belə bir adamın ölkə rəhbərliyi tərəfindən dəstəklənən KİVDF-nin fəaliyyətinə ləkə salmağa cəhd edən Fəzail Ağamalını dəstəkləməsi də onun çirkin niyyətindən xəbər verir. Fəzail Ağamalı kimilərinə ən layiqli cavabı da daim ölkə rəhbərliyini dəstəkləyən xalqımız verəcək.

Qulu Məhərrəmliyə gəldikdə isə, biz onu savadlı jurnalist kimi tanıyırdıq, ancaq bu çıxışlarından görünür ki, heç bir fakta istinad etmədən qərəzli mövqe tutub. Qulu müəllimi başa düşmək olar, çünki 10 ildən çoxdur ki, o media aləmində yox kimidir. Jurnalistikanın İnkişafına Yardım Fondunun isə özü kimi  heç bir fəaliyyəti görünmür. Yaxşı olardı ki, Qulu Məhərrəmlinin yaratdığı qurum Kütləvi İnformasiya Vasitələrinə və jurnalistlərə göstərdiyi hansısa yardım haqqında hesabat versin.

Emin AXUND
“Oxu məni” qəzetinin baş redaktoru, “Mediainfo” təsisçisi...



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ