şənbə günü, 07 noyabr 2026
     

Ermənistanın 4 dövlət arasında sıxılıb qaldığını hətta Köçəryan da dilə gətirdi

Image


Xarici siyasət sahəsində Azərbaycanın atdığı addımlar bu gün dünya miqyasında Ermənistanın etibarsız tərəfdaş imicinin formalaşmasında mühüm rol oynamaqdadır. Məhz bundan irəli gəlir ki, regionda maraqlı olan qüvvələr üçün Azərbaycanla əməkdaşlıq ön planda yer aldığı halda, Ermənistan daha sürətlə arxa plana keçir. Bu fonda, xüsusən də son dövrlərdə ABŞ, Rusiya, İran kimi ölkələrin Ermənistana dəyişən münasibəti indi İrəvanda böyük həyəcanla qarşılanır.

Ermənistanın “168.am” qəzeti yazır ki, əvvəllər Ermənistanın yanında olduğu iddia edilən ABŞ, əslində bu gün tam fərqli mövqe nümayiş etdirir. Misal kimi qəzet yazır ki, Ermənistandan fərqli olaraq, bu il Donald Tramp administrasiyası təhlükəsizlik məqsədilə Azərbaycana edilən yardımın həcmini əhəmiyyətli dərəcədə artırıb. Nəşrə görə, ABŞ-ın Azərbaycana maliyyə yardımı Ermənistandan imtina edilməsi anlamına gəlir. Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən “Tərəfdaşların imkanlarının möhkəmləndirilməsi” layihəsi çərçivəsində 2018-2019-cu maliyyə ili ərzində Azərbaycan Birləşmiş Ştatlardan 100 milyon dollardan artıq yardım alacaq. Artıq 2018-ci maliyyə ilində 58.6 milyon dollar alıb, 2019-cu maliyyə ili üçün isə 42.9 milyon dollar nəzərdə tutulur. Öncəki illərdə bu yardımların həcmi cəmi 3 milyon dollar təşkil edib.  2018-ci maliyyə ilində Ermənistan 4.2 milyon dollar hərbi yardım alıb, 2019-cu ildə isə bu yardımın həcminin 2.8 milyon, 2020-ci ildə 2.1 milyon dollar olması nəzərdə tutulur. Erməni ekspert Suren Sarkisyan bildirir ki, erməni lobbisinin işə qarışması belə hansısa nəticə vermir. Onun sözlərinə görə, yaranmış vəziyyət ABŞ üçün Azərbaycan və Ermənistanın əhəmiyyətini aydın surətdə meydana qoyur. Britaniyalı siyasi analitik Neyl Makfarleyn bildirir ki, erməni tərəfinin belə vəziyyətə düşməsi çoxsaylı faktorlarla bağlıdır. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində hissedilən dəyişikliklər öz nəticələrini verir. “Azərbaycan çoxvektorlu siyasət istiqamətində daha çox irəliləyir. Bu sahədə Ermənistanın KTMT-yə üzvlüyü və Rusiyanın maraqları, Rusiya Federasiyasının ABŞ münaqişəli əhval-ruhiyyəsini nəzərə almaqla Ermənistan-ABŞ, yaxud Ermənistan-Qərb sıx əməkdaşlığı müəyyən mənada məhdudlaşdırılıb. Qərbdə birmənalı olaraq qəbul edilməyən Suriyada Ermənistanın hərbi missiyası da Ermənistan üçün müəyyən problemlər yaradır”.

Sabiq erməni deputat Aqvan Vardanyan  da ölkəsinin xarici siyasətində yol verilən çoxsaylı qüsurlar üzündən indiki vəziyyətin yarandığını bildirir. O qeyd edir ki, Azərbaycan bu vəziyyətdən öz maraqları uğrunda məharətlə istifadə edir. Onun sözlərinə görə, bu durumda hakimiyyət suverenlik, müstəqil xarici siyasət haqqında danışsa da, reallıq tam fərqlidir: “Bundan irəli gəlir ki, parlament sədri ABŞ-da analitiklərlə görüşür və xahiş edərək deyir ki, İrana qarşı sanksiyaların tətbiq edilməsində ABŞ-ın bizə təzyiq göstərməsini istəməzdik. O qeyd edir ki, biz belə bir qiyməti ödəyə bilmərik. Bu, bədbəxt bir haldır. Hakimiyyətin davranış tərzini tənqid etməkdən başqa çıxış yolu yoxdur. Suverenlik bundan ibarətdir?! Ermənistanın birinci siması aylarla Rusiya prezidenti ilə 10 dəqiqəlik məzmunsuz görüşə səy göstərir. Budur suverenlik?!”. Onun sözlərinə görə, Ermənistana bu gün ABŞ-da da, Rusiyada da heç də yaxşı münasibət bəslənilmir.

“Bir Ermənistan” partiyasının siyasi burosunun üzvü, enerji məsələləri üzrə ekspert Vahe Davtyan isə qeyd edir ki, məsələnin narahatlıq doğuran başqa bir tərəfi İran amildidir. O vurğulayır ki, Tehran üçün də İrəvan getdikcə arxa plana atılır. Bu xüsusda o, Azərbaycanın fəal iştirak etdiyi “Şimal-Cənub” nəqliyyat dəhlizini ölkəsi üçün zərbə olan yeni transmilli layihə kimi təqdim edir. Bildirir ki, bu layihə nəticəsində Ermənistan yenə də nəqliyyat dəhlizi olma gücünü itirmiş olacaq. Onun sözlərinə görə, Ermənistanın daxili siyasi məsələlərə baş qoşduğu bir vaxtda Bakı, Tehran və Moskva avqust ayında Soçidə keçiriləcək zirvə görüşünün gündəminə gətiriləcək Ermənistanın maraqlarına birbaşa zidd olan bir sıra layihələrə fəal hazırlıq görür: “Üçtərəfli görüşdə müzakirəsi ehtimal edilən layihələr Ermənistanın regional maraqlarına ziddir. Gündəmə iki xüsusi məsələnin çıxarılacağını ehtimal edirəm. Bunlardan biri “Şimal-Cənub” enerji dəhlizinin inşasıdır. Bu layihə ilə Azərbaycanın enerji sistemi vasitəsilə İran və Rusiya enerji sisteminin sinxronlaşdırılması nəzərdə tutulur. İkinci layihə isə “Şimal-Cənub” beynəlxalq nəqliyyat logistika dəhlizindəki Azərbaycan komponentinə əlaqələndirilmiş status verilməsidir. Bu layihəyə görə, söhbət Qəzvin-Rəşt-Astara dəmir yolunun inşasından gedir. Bu dəmir yolu xətti 2000-ci illərdən sonra Rusiya tərəfindən “Şimal-Cənub”beynəlxalq nəqliyyat logistik keçidinin əsas tərkibi kimi nəzərdən keçirilir. Bu iki layihə Ermənistanın bölgədəki maraqlarına ziddiyyət təşkil edir. Azərbaycanın enerji sistemi vasitəsilə İran və Rusiya enerji sisteminin sinxronlaşdırılması dəhlizinin yaradılmasına görə hazırda Ermənistanın cəlb edilməsi ilə həyata keçirilən İran-Ermənistan-Gürcüstan-Rusiya şimal-cənub enerji keçidi layihəsinin zəruriliyi əhəmiyyətini itirə bilər. Belə çıxır ki, əvvəllər bu enerji dəhlizinin yaradılmasında Ermənistan əsas amil kimi nəzərdən keçirilirdisə, 2018-ci ildən sonra Azərbaycanın bu layihəni də öz nəzarətinə alması nəticəsində həm Tehran, həm də Moskva ilə geniş iş aparılıb. Qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı artıq Azərbaycan, Rusiya və İran nümayəndələrinin sentyabr ayında Bakıda mütəxəssislərinin iştirakı ilə üçtərəfli görüş keçirməsi nəzərdə tutulur”. O hesab edir ki, Ermənistan nəqliyyat dəhlizi olma gücünü itirmiş olsa vəziyyət kritik həddə çata bilər: “Bu, Ermənistan üçün ciddi çağırışdır. İran-Ermənistan və Ermənistan-Rusiya yeni yüksək gərginlikli xətt layihələrini həyata keçirmək üçün 300 milyon ABŞ dolları kredit cəlb edib. İndi isə Ermənistan, faktiki olaraq, enerji blokadası şəraitinə düşə bilər. Nəqliyyat logistik komponentinə dair məsələyə gəldikdə isə, aydındır ki, 2007-2008-ci illərdən sonra “Şimal-Cənub” nəqliyyat keçidinin əsas hissəsi İran-Ermənistan dəmir yolu xətti olaraq nəzərdən keçirilirdi. Bir sıra geosiyasi, daxili siyasi və digər problemlərdən irəli gələrək, bu layihə həyata keçirilmədi. Lakin bunun baş tutmamasına əsas səbəblərdən biri yenə də Azərbaycan tərəfindən İran-Azərbaycan dəmir yol xətlərinin birləşdirilməsini nəzərdə tutan layihənin icrası üzrə fəal iş aparılması olub. Bu layihə yekun olaraq “Şimal-Cənub”nəqliyyat keçidi layihəsinin əhəmiyyətli və strateji tərkib hissəsi kimi tanınarsa, Ermənistan yenə də nəqliyyat dəhlizi olma gücünü itirmiş olacaq.
Ermənistanın ixrac etməyə enerji gücü olsa da, Azərbaycan tərəfindən öz elektrik enerjisini müxtəlif istiqamətlərə, xüsusilə İran və Gürcüstan istiqamətinə ixrac etməyə yönəlmiş fəal siyasət buna mane olur. Bunun nəticəsində Ermənistan üçün vacib olan enerji bazarları, xüsusilə İran və Gürcüstan bazarı tədricən itirilməkdədir. Bildirilir ki, problem yalnız Azərbaycanın enerji bazarlarını ələ keçirməsi yox, həm də Ermənistanda istehsal edilən enerjinin maya dəyərinin baha olmasıdır. Hazırda istər İranda, istərsə də Gürcüstanda güclü diplomatik və lobbi fəaliyyətinə ehtiyac var”. Amma Davtyan etiraf edir ki, bu sahədə itirlmiş mövqelərin bərpası getdikcə daha çətin görünür.

Onu da qeyd edək ki, Azərbaycanın Ermənistanı getdikcə daha çətin duruma salmasına dair Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da “Ermənistanın səsi” qəzetinə müsahibəsində olduqca maraqlı fikirlər səsləndirib. Sabiq prezident vurğulayır ki, artıq Ermənistan üçün xarici siyasətdə dəhliz fövqəladə həddə daralıb. Onun sözlərinə görə, bir gecə içində siyasi oriyentasiyasını dəyişən hakimiyyət üçün vəziyyət ağırlaşır: “Səmimiyyəti təqlid edirlər ki, bu da həmişə alınmır. Burada siyasi riyakarlıq ortaya çıxır, nəticədə tərəfdalarla münasibətlər pozulur”. Köçəryan hesab edir ki, bu durumda Ermənistan üçün geosiyasi vəziyyət çətinləşib: “ABŞ-İran münasibətləri, gürcü iqtisadiyyatında yeni çətinliklər və Türkiyə-Azərbaycan amilinin artması Ermənistan və Qarabağ üçün gələcək çağırışları özündə saxlayır. Bizim ölkəmiz bu çağırışlara qarşı durmağa hazırdırmı, yoxsa biz inkişaf imkanını qəti şəkildə itirə bilərik?! Məsələni düzgün qoymalıyıq. Regionumuzun nüfuzlu oyunçusu olmaq Ermənistana lazımdır? Biz nə ilə maraqlanmalıyıq, qonşularımızdan üstün cəhətlərimiz nədir, problemlərimiz haradadır? Bu məsələlərin dürüst cavabı arzuolunmazdır. Biz dörd ölkənin arasında sıxılıb qalmışıq. Bizim Türkiyə və Azərbaycanla münasibətlərimiz yaranmadı, İran ABŞ-ın sanksiyalarına məruz qalır. Gürcüstan Ermənistana zidd olan geosiyasi ittifaqa fəal meyil edir. Ermənistanda demoqrafik vəziyyət pisləşir, əhali qocalır. Türkiyə və Azərbaycanla münasibətlərin problemli olması bizim regional imkanlarımızı azaldır. Digər tərəfdən, təbii resursların kasadlığı bizim ölkəyə transmilli şirkətlərin marağını öldürür”. Məhz belə bir vəziyyətdə, Köçəryan da daxil olmaqla, Ermənistanda böyük əksəriyyət hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı İrəvanın bütün manevr imkanları tükənir. Gözlənir ki, Azərbaycan və Türkiyə faktoru ilə yanaşı, regionda digər oyunçuların da Ermənistana yönəlik təzyiqləri artacaq. Belə vəziyyət, öz növbəsində, Qarabağ məsələsində Ermənistanın müqavimət imkanlarının daha sürətlə sıradan çıxmasına, konfliktin nəhayət Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxaracaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ