şənbə günü, 26 sentyabr 2026
     

İran cəbhəsində anormal atəşkəs, Trampsayağı bitirilmiş "müharibələrə" yeni nümunə, İlham Əliyevin praktikası... Aydın QULİYEV yazır...

Image


Amerika prezidentinin "həll etdim" dediyi və hələ də öz qeyri-müəyyənliyi ilə ortada yarım-yaylaq qalan müharibələr sırasına biri də əlavə olundu. Adına "atəşkəs elan olundu" desələr də, ABŞ və İsrailin İrana təcavüzü kəsilmək bilmir. Necə atəşkəsdir ki, ortada ala-yarımçıq olsa da, imzalı bir sənəd yoxdur.

Qəribədir ki, ABŞ və İran dayandıqlarını elan etsələr də, İsrail Livana qarşı durmaq bilmir, "atəşkəs Livana aid deyil" iddiasını açıqca bildirir... Ən pisi odur ki, "Tramp Netanyahunun oyununa uyaraq ABŞ üçün lazımsız müharibəyə başladı" kimi tənələr hələ də ortan qalxmadığı halda, Tramp öz ziyanına daha da irəli gedərək "bəli, Netanyahu haqlıdır və atəşkəs Livana aid deyil" kimi özünün "yedəyə düşmüş lider" imicini daha da qabardır... Sanki demək istəyirlər ki, "Hizbullah"la birlikdə Livanı tam işğal etməyimizə İran gərək dözümlü yanaşsın. Belə atəşkəs olur?! Hamı bilir ki, Livan məhz ABŞ və İsrail-İran müharibəsinin qurbanıdır və İranın mənafelərinə uyğun mövqe tutur. ABŞ-İsrail birliyinin anormal atəşkəs məntiqi ilə hərəkət etmiş olsaq, nəzəri olaraq təxminən belə bir vəziyyətə gəlib çıxa bilərik - İran Atlantik okeanında "atəşkəs bu yerləri əhatə etmir" məntiqinə söykənərək ABŞ və İsrailin gəmilərini vurur... Belə atəşkəs olar?!... "Prezident Tramp İranın sülh təkliflərini sözün həqiqi mənasında zibilə atdı" kimi özündən razı və yekəxana bəyanatlar verən bir təcrübəsiz qızın təqdimatlarının ümidinə buraxılmış "zavallı atəşkəsin" taleyi bundan yaxşı ola bilməzdi...

Diqqətçəkicidir ki, ABŞ administrasiyasında nisbətən təmkinli, soyuqqanlı, məsuliyyətli təsir bağışlayan az sayda personaların səsi çox da ucadan gəlmir... Onlar hələ suyun şırıltısına qulaq asmağa üstünlük verirlər... Sanki komandanın Heqset, Levitt kimi "hay-küyçü" adamlarının Trampla birlikdə uçuruma doğru daha çox yaxınlaşmalarını seyr edirlər... Qabaqda maraqlı şeylər var...

Atəşkəsdən sonrakı ilk saatlarda İranda partlayışlar dayanmadı, İran cavab olaraq Küveyti, Bəhreyni və Əmirlikləri yenidən vurmaq zorunda qaldı, İsrail heç nəyə baxmadan Livanı düzləməkdə davam etdi, Tramp Netanyahuya "Livanı vur" mesajı verdi, İran cəmi bir neçə saat fasilədən sonra Hörmüz boğazını yenidən bağladı, Tramp isə "dil qəfəsə qoymadan" təkrar vura biləcəyini deyir... Belə atəşkəs qalıcı sülhün yox, olsa-olsa "Trampsayağı bitirilmiş 8 müharibə silsiləsinin" növbəti uğursuz həlqələrindən birinin bazasına çevrilə bilər. Artıq heç nəyə...

Ancaq müasir münaqişələr tarixində "Trampsayağı İran atəşkəsindən" fərqli əsl atəşkəs nümunələri var.

1994-cü ilin Bişkek atəşkəs razılaşmasını xatırlamaq olar. 26 ildən çox qüvvədə qaldı. Doğrudur, 2020-ci ilədək atəşkəs hər gün pozuldu, lakin ona görə yox ki, atəşkəs sənədi və bunun arxasındakı iradə zəif idi, ona görə ki, Qarabağ münaqişəsi fundamental olaraq həll edilməmişdi... 2020-ci ilin noyabrında İlham Əliyevin Putin və Paşinyanla imzaladığı sənəd də öz növbəsində əsas sülh sazişinə qədər bir atəşkəs razılaşması oldu. 2022-ci ilin oktyabrında Praqada İlham Əliyev Paşinyanın dilindən "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir" bəyanatının səsləndirilməsinə nail oldu. Əslində bu da əsas sülh sazişinə qədər atəşkəsi möhkəmləndirən hüquqi akt rolu oynadı. 2025-ci ilin avqustunda Vaşinqtonda Əliyevin və Paşinyanın "Sülh sazişini paraflaması" atəşkəsin daimilik statusunu daha etibarlı etdi. Sonrakı mərhələdə İlham Əliyevin Ermənistana tranzit daşımaların üzərindən 33 illik məhdudiyyəti birtərəfli şəkildə götürməsi, Sərhəd komissiyaları barədə Əsasnamələrin təsdiqlənməsi bölgədə davamlı atəşkəsin yeni təzahürləri kimi qəbul olundu. Azərbaycanın adı və imzasının olduğu "münaqişə sənədləri" 1994-cü ildən indiyə kimi Bakı-İrəvan münasibətlərində hər gün atəşkəsi "Böyük sülhə" aparan irili-xırdalı addımlara çevirdi. Bizim Azərbaycanın atəşkəsini bu günlərdə şahidi olduğumuz "anormal atəşkəsin" gününə düşməkdən saxladı... Azərbaycanın 33 il əvvəl başlatdığı atəşkəsin 44 günlük Zəfərdən keçən yolu bu gün möhkəm və qəti sülhə çevrilməyin "0,5" addımlığındadır...

Bir tərəfdə Azərbaycanın müharibə, atəşkəs və böyük sülhü təşviq etmək nümunəsi var, o biri tərəfdə ABŞ və İsrail-İran müharibəsinin anormal atəşkəs və bilinməyən perspektivlik nümunəsi var. Fərq böyükdür və çoxlarına bəllidir...

Bəs Azərbaycanın və şəxsən İlham Əliyevin uğurlu praktikasının kökləri nədədir?

Bəzi əsas variantlar üzərində dayanmaq olar. İran hücum edən tərəf olmadığı üçün müqayisə arqumentlərini ABŞ və İsrailin nümunəsində seçmək daha doğru olardı.

1. Prezident Trampın qürur və fəxrlə "həll etdim" dediyi 8, ya 9 müharibənin içində əslində Trampın yox, İlham Əliyevin özünün xalqımızla birlikdə qəti sonluqla həll etdiyi bir yeganə müharibə nümunəsi var. Əliyev bu müharibəyə başlayanda hansısa başqa bir regional, ya qeyri-regional qüvvənin yox, məhz Azərbaycanın milli, dövlət maraqlarından, 17 il əvvəl xalqına verdiyi vəddən, beynəlxalq hüquqdan çıxış etdi. Heç kim demədi, deyə də bilməzdi ki, İlham Əliyev Qarabağ uğrunda hansısa yad bir gücün xatirinə, ya mənafeyi naminə vuruşurdu... Bu nüansları ABŞ və İsrail rəhbərliyinə aid etmək çətindir. Tramp İranı vurarkən xalqına verdiyi "yeni müharibə açmayacağam" vədini unutdu, beynəlxalq hüququ cındır parçasına çevirdi, Amerika dövlətinin yox, müəyyən lobbi-diaspor maraqlarına daha çox uydu... Bu da nəticələr... Ölkəsinin böyüklük hekayəsi iflasa uğradı, hakimiyyəti zəiflədi, bütün əsas müttəfiqlərindən oldu, icra edilməyən və sabahı bilinməyən anormal atəşkəs əldə etdi...

2. İlham Əliyev Qarabağ uğrunda böyük müharibəni başlayanda öz gücünü və imkanlarını yaxşı bilməklə yanaşı, "bir neçə saata, ya bir neçə günə bitirəcəyəm" kimi eyforiyalara qapılmadı, xalqı da ona salmadı. Hər şeyə real yanaşdı, cəmiyyətə hansısa müddəti yox, "əlimizə düşmüş unikal şansdan maksimum istifadə etməliyik" kimi siyasi-psixoloji hədəfi aşıladı. Nə erməni tərəfi, nə də özümüzün barəsində heç nəyi yalan və şişmiş variantlarda təqdim etmədi, ziddiyətlərə yol vermədi... Nəticə uğurlu oldu. Xalqın etimadı qırılmadı, Siyasi lider və ali komandan imici zədələnmədi... İran müharibəsində nə gördük? İlk başlanğıcda müharibəni kimin başladığını da dəqiq deməkdən çəkindilər. Rubio dedi ki, İsrailin İranı vuracağını bilirdik, lakin İran da qayıdıb cavab olaraq Amerikanın obyektlərini vuracaqdı, İran ilk zərbənin müəllifi olsaydı, ziyanları daha çox olacaqdı, odur ki, qabaqlayaraq ilk zərbəni biz vurduq... Yəni hər şeyi biz Amerika olaraq başlatdıq. Ardınca ABŞ-dan çox mötəbər yerlərdən "Netanyahunun Trampı oyuna saldığı" formasında yeni xəbərlər gəldi. Hətta açıq sübut etməyə çalışdılar ki, müharibə İsrailin yox, sırf Amerikanın planıdır... Belə yerdə dövlətin və liderlərin güvəni sağ-salamat qalmaz...

3. İlham Əliyev Qarabağ müharibəsini hansısa müttəfiqlərin hərbi yardımına, canlı hərbi qüvvəsinə bel bağlayaraq başlamadı. İlk gündən söz bu oldu - bu müharibədə gücümüz ordu, xalqın birliyi, Prezidentə etimadı, torpaqlara olan əbədi-əzəli haqqımız, iqtisadi potensiallarımız, yetişmiş yeni gənc nəslimizdir... Diplomatik, siyasi, mənəvi müttəfiqlərimiz olan dost ölkələri bir an belə unutmadı. Bunlardan kənarda kimlərəsə, nələrəsə arxayın olub müharibəyə girmədi, "qonşuya ümid olub şamsız qalanların" yolunu tutmadı.

Bu nöqteyi-nəzərdən İran müharibəsində hücumçu tərəfin mövqelərinə baxın.

Əvvəlcə deyildi ki, "dünyanın ən güclü dövləti və ən qüdrətli ordusu" olaraq heç kimin dəstəyinə ehtiyacımız yoxdur, hər şeyi öz gücümüzlə qısa zamanda bitirəcəyik. Az sonra NATO üzrə müttəfiqlər və Avropa Birliyi ölkələri adbaad köməyə çağırıldı... Çağırışlar yerə salındı, hər kəs "bu bizim müharibəmiz deyil" dedi, birinə "mən unutmayacam, sən pis oğlansan" deyildi, birinə "arvadın qapazından hələ özünə gəlməyib" dedilər, dünən nefti gen-bol işlədən dövlətləri "gəlin nefti Hörmüzdə özünüz alın" deyərək şantaj etdilər və sair... Blok müttəfiqin olan ölkədən ərazi tələb elə, hərbi planlarını onlardan gizlət, jurnalistlərə "mən planlarımı sizə açaram, NATO müttəfiqlərimə yox" deyərək onları aşağıla, sonra da onlardan hərbi dəstək um... Belə olmur... Nəticə nə oldu? Nəticəsizlik və təklənmə, sonda isə daha bir yarımçıq buraxılmış müharibə, anormal atəşkəs...

Başqa heç nə...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ