Cümə günü, 06 noyabr 2026
     

"Ana dünyada ən gözəl varlıqdır"

Image


– Baş üstə, anam, – Şəhla xanımın övladı üçün narahat olan bir ana yanımcıllığını duyub şirin bir təbəssümlə gülümsəmişdi Əmrah.

Bəlkə o zaman heç ağlına da gəlməmişdi ki, illər keçəcək və ana qədər sevdiyi Şəhla müəlliməsi onun bu sözlərini yadına salıb yanıb-yaxılacaq, varından yox olacaq.

Hələliksə, ana-oğul mehr-ülfətini incə bir yumora çe­virib üstünə iri hərflərlə "ANA..." yazdığı xatirə dəftərinə köçürməklə məşğul idi:

Adı: Ana

Silahı: Başmaq

Atış məsafəsi: 5-6 metr

Hədəf: kürək, çiyin

Dəymə ehtimalı: 100 faiz"

Sonra isə ürəyinin sözünü, ən məhrəm duyğularını əmanət etdiyi həmin dəftərin başqa bir səhifəsinə:

Ah, o tatlı gülüşünə,

Şəfqətli ürəyinə,

Hələ bir də

YAVRUM

deyişinə ölürüm,

ANNEM...

– sözlərini də qeyd etməkdən özünü saxlaya bilmədi.

Əmrah, ümumiyyətlə, şirin zarafatları çox sevirdi. Hərdən – bu gün sizə pulsuz konsert verəcəm,

– deyib Uşaq evinin müəllim və şagirdlərini bir yerə toplayar və aktyorları, xüsusən də "Bozbaş Pictures"in Fəlakətini təqlid edib onları güldürərdi.

Bəzən də Şəhla xanım Əmrahın bir küncə çəkilib kövrəldiyini görərdi. Yaxına gedib onu bağrına basar, qara saçlarından öpüb: – Mənim ağıllı Qaraşıma nə olub yenə? – deyə könlünü almağa çalışardı. Əslində isə nə olduğunu yaxşı bilirdi. Yaxşı bilirdi ki, Uşaq evinin bütün sakinlərinin xiffəti, kədəri ev, ailə, ata-ana sevgisidir. Burada onların bu dərdlərinə nə qədər məlhəm olmağa çalışsalar da, reallıq öz reallığında qalırdı.

Bir neçə gündən sonra Əmrah Şəhla xanımı yeni fikri ilə təəccübləndirdi. Bəzən "ana", bəzən də "müəllimə" deyə müraciət etdiyi qrup rəhbərinin qarşısına keçib: – Bilirsən, Şəhla müəllimə, mənə elə gəlir ki, səni nə qədər çox sevdiyimi bilmirsən. İstəyirəm bunu sənə sübut edim, – dedi.

Əmrahın bu uşaq etirafı Şəhla xanım üçün maraqlı olduğu qədər də, gülməli göründü.

– Necə sübut etmək istəyirsən, oğlum? – gülümsəyərək soruşdu.

– Qoluma "ana" sözü döydürəcəm. Anasını çox sevən oğullar belə edir.

Şəhla xanım ciddiləşdi:

– Qətiyyən belə iş görmə. Bunu oğlunun sevgisinə inanmayan analar üçün edirlər. Sən mənim ağıllı balamsan, heç vaxt da məni çox istədiyinə şübhəm olmayıb.

– Yaxşı, döymə etdirmərəm.

– Bax ha, qolunda döymə görsəm sənə çox hirs­lənərəm.

– Döymə görməzsən, mənim tatlı annem, – deyib ana sevgisinin şəfqətindən siması nura boyanan Əmrah gülümsədi. Ürəyində isə bir az əvvəl qəti qərara gəldiyi fikrini necə həyata keçirə biləcəyini düşündü. Bu, elə bir yol olmalı idi ki, həm Şəhla müəlliməsinin sözündən çıxmamalı, həm də ona olan övladlıq sevgisinin möhürünü vurmalı idi.

İllər sonra Şəhla xanım şəkillərə baxarkən Əmrahın bu fikrini necə həyata keçirdiyinin şahidi oldu; Əmrah sol biləyinə – şah damarının üstünə tatu ilə deyil, qələmlə "ANA" yazmışdı. Bu duyğusal sevginin səmimiyyətindən gözləri dolan Şəhla xanım: "Tanrı bizi cənnətində qovuşdursun, Qaraşım, sənə deməli o qədər sözüm var ki. Mən sənin bu saf övladlıq sevginin borcunu qədərincə qaytara bilmədim," – dedi ürəyində.

Amma Şəhla xanımın unutduğu bir məsələ var idi ki, əslində Əmrah ailə ocağının istisinə məhz burada qızınmış, qəlbində kök salmış ana sevgisinin aclığını məhz burada doyurmuşdu. Buna isə müəllimləri, xüsusən də "Yad ikən doğma olan anası" Şəhla xanım səbəb olmuşdu. Məhz onların təmənnasız, təmiz sevgisi sayəsində əlini üzdüyü həyata yenidən bağlanmış, gələcəyinə inam hissi yaranmışdı. Bütün bunların dəyəri isə heç nə ilə ölçülə bilməzdi.

Əmrah hərdən Şəhla xanıma: – Qayğanaq istəyirəm. Amma sən bişir, – deyirdi. Əvvəllər Əmrahın bu istəyi Şəhla xanımı təəccübləndirsə də, sonradan bu, bir adət halını almışdı. Çünki dövlətin qayğı və diqqəti ilə tam əhatə olunmuş Uşaq evində uşaqlar üçün hər cürə yeməklər bişirilir, qəlyanaltılar hazırlanır, meyvə və şirniyyatlardan heç bir korluq çəkilmirdi. Bütün bu bolluğun qarşısında Əmrahın ondan qayğanaq istəməsi bir az qəribə görünmüşdü Şəhla xanıma. Amma burada heç bir qəribəlik yox imiş. Əmrah bu qayğanağı dadlandıran ana əlinin şəfqətini duymaq istəyirmiş.

Şəhla xanım Əmrahın bu istəyini məmnuniyyətlə yerinə yetirirdi. Tez-tez evdə ya qayğanaq, ya da kartof qızartması bişirib çörəyin arasına qoyar, uşaqları dərsdən götürərkən çantasından çıxarıb Əmraha verərdi. Əmrah da bu çörəkarasını Uşaq evinə çatanacan yolboyu böyük iştaha ilə yeyib bitirərdi. Sonra da gülə-gülə Şəhla xanıma baxıb: – Əlinə sağlıq, annem, – deyərdi.

Şəhla xanım da eyni təbəssümlə cavab verərdi: – Nuş olsun, Qaraşım.

Şəhla xanım Əmrah üçün bişirdiyi qayğanağın dəyərini çox sonralar – Əmrahın ona yazdığı məktubdan öyrənib bildi. 2017-ci il iyul ayının ortaları idi. O, iş yeri olan Uşaq evindən məzuniyyətə çıxmışdı. Geri dönəndə isə Əmrahı burada görmədi.

– Əmrah getdi, – dedilər.

– Necə yəni, getdi? Axı o, hara gedə bilər? Demişdim axı, məni gözləsin, heç yerə getməsin!

– Artıq orta məktəbi bitirdi. Axı getməyi qanunidir.

– Bilirəm. Amma o hara gedə bilər ki? Bir şey fikirləşərdik.

– Xalasının yanına getdi. Dedi ki, sizi görsə, gedə bilməyəcək. Heç siz də getməsinə icazə verməzsiniz.

– Məni görmədən necə gedib axı? Özü də bilirdi ki, onun təhsili, işi ilə bağlı planlarım var.

– Bu dəftəri sizə qoyub. İçində bir məktub da var.

Şəhla xanım iş yoldaşının verdiyi ümumi dəftəri alıb otağına keçdi və həyəcanla vərəqləyib içindəki məktubu oxumağa başladı:

"Salam, ana!

Salam, ana. Necəsən? Yəqin ki, yaxşı olarsan. Nə vecinə? Oğlun yanında, həyat yoldaşın yanında. Həyat sənindi sanki. Amma bilmirsən ki, səndən ayrı, sənin yolunu gözləyən daha bir oğlun var.

Bəlkə də sən onu heç yadına salmırsan, heç onun üçün darıxmırsan və s.

Amma sənin səndən ayrı oğlun, yəni mən sənin üçün çox darıxıram, hər zaman ağlımdasan, heç vaxt ağlımdan çıxmırsan.

İnan ki, sənin üçün çox darıxmışam, Ana.

İstəyirəm üzünü görüm, səsini eşidim... Ancaq sanki kor olmuşam, üzünü görə bilmirəm. Sanki kar olmuşam, səsini eşidə bilmirəm, Ana.

Ana, sən mənim doğma Anam deyilsən, sənə niyə belə bağlanmışam? Sən mənim yadkən doğma Anamsan. Bunu unutma, bəs edər.

Ana, bilirsən, hərdən xəyal edirəm ki, bəlkə sən mənim yadkən doğma Anam yox, həqiqi doğma Anamsan.

Amma o saat xəyallardan ayılıram. Çünki sən mənim doğma anam deyilsən! Sən onun kimi bir Ana deyilsən.

Sən onun qədər qəddar biri deyilsən, Ana!!!

Elə yadkən doğma Anam olmağınla fəxr edirəm. Və bununla Allaha min şükür edirəm. Ana, bunları yazmaq, inan ki, elə də asan deyil. Bilirsən, bunları yazanda sənin üçün daha da darıxdım. İstəyirəm yanımda olasan. Ancaq heyif, olmayacaq bir şey istəyirəm!!!

Ana, istəyirəm yenidən uşaq olam. Anam məni atıb gedəndə sən məni övladlığa götürəsən, mənimsə bundan heç vaxt xəbərim olmaya. Bu dünyaya ilk dəfə gözümü açanda səni görüm. İlk dəfə dilim söz tutub danışanda Ana sözünü sənə deyim. Hər bir şeyi səndən öyrənim.

Ana, bilirsən necə darıxmışam?

Mən sənə WhatsApp-da CANIM ANNEM yazanda,

sənin mənə QARAŞIM, AĞILLI BALAM dediyin sözlər üçün çox darıxmışam, Ana.

Çox qayğanaq, kartof qızartması yemişəm,

amma sənin bişirdiyin kimi dadmır, Ana.

Mən elə bilirdim bütün Anaların bişirdiyi yeməklərin dadı eyni olur. Sən demə yanılmışam. Axı səndən bu həyatda bir dənədir, Ana, elə deyilmi? Off, Ana, kaş yanımda olsaydın...!!!

Çox darıxmışam sənin üçün, CANIM ANNEM!!!

Mənim yadkən doğma Anam!

tarix: 21.06.2017"

Şəhla xanım yazı masasından qalxıb pəncərəyə yaxınlaşdı. Gözlərindən axan acı göz yaşlarını barmaqlarının ucu ilə silə-silə həyətdə qaçışan uşaqlara baxdı. Bir neçə ay əvvəl Əmrah ilə aralarında olan söhbəti xatırladı.

– Nə yaxşı ki, sən mənim doğma anam deyilsən.

– Niyə, oğlum? Bu nə sözdür?

– Axı mənim doğma anam çox qəddardır. Qorxuram doğma anam olsan, sən də belə qəddar olarsan və məni atıb gedərsən.

– Axı deyirdin ki, mən sənin böyük oğlunam. Səni necə ata bilərəm?

– Doğrudur, sənin bir yox, iki oğlun var. Əli kiçik oğlundur, mənsə böyük. Amma sən mənim elə yad ikən doğma anam olsan yetər. Sən mənim doğma anama oxşamasan yaxşıdır.

– Sən mənim ağıllı balamsan.

Şəhla xanımın oğlu Əli ilə Əmrahın arasında on bir yaş fərqi var idi. Əmrah onu çox sevir və böyük qardaş olaraq qayğısına qalmağı özünə borc bilir və bundan zövq alırdı. Onun üçün kartondan müxtəlif oyuncaqlar, baraban, xüsusən də tapança və maşın düzəldib Şəhla xanıma verər, – bunu Əliyə apar, de ki, qardaşın öz əlləri ilə düzəldib, – deyərdi.

Şəhla xanım yenidən masanın arxasına keçdi. Üstünə iri və naxışlı hərflərlə "ANA..." yazılmış dəftəri əlinə alıb oxumağa başladı. Əmrah dama-dama vərəqli dəftərdə "Ana dünyada ən gözəl varlıqdır." – cümləsini yazmışdı.

(Ardı var)

Fərruxə Umarova



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ