Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanın bolşevik diktatoru S.M.Kirov

Image


Mən istərəm tarixə

Bu gündən də iz gala
O heykəlin yerində
O heykəli yıxanın
Tunc heykəli ucala...

Bəxtiyar Vahabzadə

Aprel, 1966.

Nəriman Nərimanov rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra 1921-1933-cü ilə qədər, yəni Mir Cəfər Bağırov respublikaya rəhbər təyin olunana qədər demək olar ki, Azərbaycana rus və erməni millətindən olan şəxslər başçılıq etmişlər. Bunlardan da biri Azərbaycan xalqına qarşı cinayətlərə rəhbərlik etmiş Sergey Mironoviç Kirov olmuşdu. O, 24 iyul 1921-20 yanvar 1926-ci il tarixlərində Azərbaycana rəhbərlik etmişdir.

1919-cu ilin fevralında Kirov Həştərxan Vilayət Müvəqqəti İnqilab Komitəsinə sədr, həmin il mayın 7-də XI ordunun Hərbi İnqilab Komitəsinin üzvü, 7 iyulda Qırmızı Ordunun cənub qrupu Hərbi İnqilab Komitəsinin üzvü təyin olunmuşdur. 1919-cu ilin yanvarında Kirov və Q.K.Orconikidze XI ordunun Şimali Qafqaza hücumuna rəhbərlik etmiş və onların rəhbərliyi altında ordu 30 martda Vladiqafqazı, 27 apreldə Bakını işğal etmişdir.

XI ordunun işğalından sonra Bakıda həyata keçirilmiş “soyğun həftəsi”(qrab nedelya) zamanı yerli əhaliyə qarşı törədilmiş dəhşətli cinayətlərə, vəhçiliklərə rəhbərlik edənlərdən bir məhz Kirov olmuşdur. Bir həftə ərzində və ondan sonrakı günlərdə yerli müsəlman əhaliyə qarşı törədilmiş vəhşiliklər haqqında faktlar bilərəkdən ləğv edildiyinə görə onlar haqqında elmi ədəbiyyatda kifayət qədər məlumata rast gəlmək olmur. XI ordunun işğalından sonra bir il ərazində 40 mindən çox azərbaycanlının qətlə yetirilməsində Kirovun da əli vardı.

1921-ci ilin iyul ayında Kirov Azərbaycan KP MK -nın katibi seçilmiş, 1922-ci ilin dekabrında ZSFSR -in təşkilatçılarından biri olmuşdur.1926 - cı ilin fevralında Kirov ÜK(b)P Leninqrad quberinya komitəsinin birinci katibi seçilmişdir. 1934-cü il dekabrın 1-də Leninqradda, Smolnıda Kirov sui-qəsd nəticəsində öldürülmüş və Moskvada Kreml divarlar yanında dəfn olunmuşdur.

Azərbaycana 5 ilə yaxın rəhbər etmiş bu şəxs haqqında bir çox kitab və məqalələr yazılmasına baxmayaraq demək olar ki, onun fəaliyyəti hələ də obyektiv şəkildə geniş tədqiq olunmayıb.

Z.Bünyadovun “Arxiv sənədlərində (Azərbaycan diktatoru S.M.Kirov haqqında)” məqaləsi ( “Elm” qəzeti 16 mart 1991) bu məsələdə istisna təşkil edir. Məqalədə bu şəxsin mənfi cəhətləri göstərilib və onun Azərbaycanda törətdiyi cinayət faktları açıqlanıb. Müəllif bu məqalədə ilk dəfə olaraq S.M.Kirovun Azərbaycanda törətdiyi cinayətləri faktlarla sübut etmişdir.

Kirovun Azərbaycandan kənarda da cinayətkar fəaliyyətini davam etdirməsinə aid son illər nəşr olunmuş kitab və məqalələrdə məlumatlar verilib.

V.C.Braçevin ““Akademik Platonov” işi” adlı məqaləsində qeyd olunur ki, S.M.Kirov Elmlər Akademiyası aparatında yoxlama aparan komissiyaya rəhbəri kimi 20 avqust 1929-cu il tarixdə Stalinə müraciət göndərib. Müraciətdə təhlükəsilik orqanlarını bu işə cəlb etmək üçün icazə verilməsi xahiş olunurdu. Bundan sonra qondarma “Akademik Platonov” işi hazırlanaraq akademiyanın 525 işçisinə qarşı cəza tədbirləri həyata keçirilib. Onlar akademiyadan qovularaq bir hissəsi sürgün edilib, bir hissəsi həbs olunaraq güllələnib. ( “ Voprosı istorii KPSS” jur.,. Moskva ( na rus. əzıke) № 5,1989)

S.V.Volkovun tərtib etdiyi, Moskvada 2004-cü ildə. Rus dilində çap olunmuş “Rusiya xəritəsində yeri olmayan adların qara kitabı” əsərində də S.M.Kirovla bağlı bu cür faktlar öz əksini tapıb.

Xalq Komissarları Soveti 7 avqust 1932-ci ildə S.M.Kirov tərəfindən irəli sürülmüş “Dövlət müəssisələrinin əmlakının qorunması haqqında” qərarı qəbul etdi. Xalq arasında bu qərar “Beş sünbül haqqında qanun” adlanırdı. Bu qanun hətta uşaqlarını yedirmək imkanı olmayan və taxıl biçinindən sonra tarlada qalan sünbül qalıqlarının toplayan çoxuşaqlı analara da şamil edilirdi. Onlar buna görə ağır cəzaya məhkum edilirdilər.

S.M.Kirov1934-cü il yayın axırlarında aclıqdan əziyyət çəkmiş Qazaxstana taxıl tədarükünə rəhbərlik etmək üçün göndərilmişdi. O, bunu kütləvu repressiyalar vasitəsilə həyata keçirmişdi. Onun rəhbərliyi ilə yüz minlərlə məhbus sadə əmək alətləri ilə Ağ dəniz-baltik kanalının çəkilişində 20 ayda 200 km qazıntı işləri yerinə yetirmişlər.

1934-cü ildə sui-qəsd nəticəsində öldürüldükdən sonra Kirovun adının əbədiləşdirilməsi üçün SSRİ miqyasında geniş tədbirlər həyata keçirilib. 1952-ci ildə SSRİ-də 1178 küçə, meydan, döngə, 241 yaşayış məntəqəsi, 3078 kolxoz və sovxoz Kirovun adını daşıyırdı. Bu dövrdə SSRİ-də onun 158 heykəl və memorial lövhəsi qoyulmuşdu.

1934-cü ildə Azərbaycanda Gəncə şəhəri Kirovabad, Ermənistanda Qarakilsə şəhəri Kirovokan, Rusiyanın Vyatka şəhəri Kirov, Xibinoqorsk şəhəri Kirovsk adlandırıldı. Hazırkı Bakı dövlət Universiteti sovet dövründə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, Bakı şəhərinin hazırkı Binəqədi rayonu Kirov rayonu adlanır, çoxlu sayda kolxoz, sənaye müəssisələri və s. obyektlər onun adını daşıyırdı. Hazırkı Şəhidlər Xiyabanı, Kirov adına dağüstü park adlandırılaraq orada 1939-cu ildə, memar Pinxos Sabsay və Lev İlyin tərəfindən hazırlanmış böyük heykəli qoyulmuşdu.

Azərbaycan SSR-də 1966-cı ildə ssenari müəllifiləri Niyazi Bədəlov, Marlen Bağırov, rejissoru Niyazi Bədəlov, operatoru Vladimir Zbudski, bəstəkarı Fərəc Qarayev, səs operatoru Ələkbər Həsənzadə olan “Kirov Azərbaycanda” sənədli filmi çəkilmişdi.

SSRİ dağıdıqdan sonra əksər keçmiş sovet respublikalarında onun adı ilə bağlı yer adları, heykəllər ləğv edilsə də Rusiya Federasiyasında bunlar hazırda da qalmaqdadır. Məsələn, Rusiya Federasiyasında hazırda 4 min prospekt, küçə, meydan Kirovun adını daşıyır.

1939-cu ildə Bakıda qoyulmuş Kirovun heykəli 1990-cı ildə 20 Yanvar faciəsindən sonra, əhalinin tələbi ilə Azərbaycanın o zamanki kommunist rəhbərliyi heykəlin götürülməsi ilə bağlı qərar verməyə məcbur oldu. Ancaq Moskvanı qəzəbləndirməmək üçün Bayıl yamacında başlanan sürüşmə heykəlin yıxılması üçün ciddi təhlükə yaradığını əsas kimi göstərdilər.

Kirovun heykəlnin sökülməsi zamanın “Səhər” qəzetində tanınmış jurnalist Hidayət Elvüsal “Bayıl sürüşür, sən də sürüş yoldaş Kirov!” başlıqlı məqalə yazır. Məqalə qəzetə “Proşay, Kirov” (Əlvida,Kirov!) adı ilə dərc olunmuşdu. Buna görə qəzet bağlanmaq təhlükəsi ilə üzləşmişdi

Sovet işğalı ilə heç zaman barışmayan Azərbaycan xalq hələ sovet hakimiyyəti illərdə sovet cinayətlərini ört-basdır etmək üçün qoyulan bu cür heykəllərin götürülməsini tələb edirdi. Bu tələb Azərbaycan xalqının görkəmli şairi Bəxtiyar Vahabzadənin 1966-cı ildə yazdığı “Kirovun heykəli” adlı şerdə öz əksini tapmışdı:

0, heykəlmi? Yox ey dost!..

0, ölkenin sahibi.

Bagımızın üstündə

Siyrilib gilinc kimi.

Hədələyir o bizi.

Deyir mənimdir ölkə

- Bu goy, bu yer, bu dəniz!

Başınızı vuraram,

Ayaglarım altından

Başınızı səksəniz!

Ayagım altındadır

Namusunuz, arınız.

Başınızı sürüsün

Daim ayaqlarınız.

-Bu düzdür!

Bəs neyləyək?

Susub oturmaqmı?..

-Yox!

Biz nə gədər yaşayaq başımız üstdə yumruq?..

Öz dogma şəhərində

Sən kimin heykəlini istəyərdin ucala

O heykəlin yerində

-Koroglunun, -Babəkin.

-Yox, dostum, yox, bilmədin!

Mən istərəm tarixə

Bu gündən də iz gala

O heykəlin yerində

O heykəli yıxanın

Tunc heykəli ucala...

MƏHƏRRƏM ZÜLFÜQARLI,
t.ü.e.d, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ