Cümə günü, 06 noyabr 2026
     

Bircə amalı vardı: müharibə başlasın, ermənilərə 30 illik qəddarlığın əvəzini versin…

Image


(Dördüncü yazı)

Bilirik ki, ermənilərin qəfil törətdikləri Tovuz hadisələrindən sonra 27 sentyabr 2020-ci ildə Azərbaycanın hünərvər sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanan əks-hücum əməliyyatı Azərbaycan xalqının çoxdan gözlədiyi qətiyyətli addım kimi tarixə düşdü və həmin an xalq bütünlüklə könüllü surətdə Ordumuzun ətrafında sıx birləşdi.

Erməni vəhşiliyi, xüsusən də Azərbaycanımızın qəhrəman oğlu general-mayor Polad Həşimovun xain terror aktına məruz qalması xalqımızda necə hiddət yaratdısa, hamı nir nəfər kimi ayağa qalxdı, Bakı küçələri əlləri bayraqlı insanlarla doldu.

Beləliklə, 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlandı. Minlərlə Vətən oğlu bu müharibənin iştirakçısı oldu. Onlardan biri də Tahirov Vüsal Mehdi oğlu idi. O da müsəlləh əsgər kimi snayperinə sığınıb erməni quldurlarına qan uddurdu, onları torpaqlarımıza göz dikdikləri üçün peşman etdi…

Vətən müharibəsi cəmi 44 gün çəkdi. Sonrakı aylarda ermənilər terror aktları törətdilər və buna cavab olaraq Ali Baş Komandanımız Qarabağda lokal xarakterli antiterror əməliyyatlarının başlanmasına dair əmr verdi və Azərbaycan Ordusu tarixi torpaqlarımızı erməni hərbi quldur birləşmələrindən tam azad etdi.

Vətən müharibəsi və antiterror əməliyyatlarında xalqımız üç mindən çox şəhid verdi. Bu şəhidlərin qanları hesabına Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, erməni işğalında olan torpaqlarımız yad ünsürlərdən təmizləndi. Bu şərəfli işdə adları tarixin daş salnamələrinə qızıl hərflərlə yazılmış igid oğullarımızın, onların timsalında Tahirov Vüsal Mehdi oğlunun adı, şücaət və mərdliyi əsl dastana çevrildi.

Vüsal Tahirov (da bütün şəhid oğulların timsalında) Vətən naminə hər şeyindən - həyatından, gözəl arzularından, yaşamaq istəyindən, - sən mənim fəxrimsən, - deyən atasından, - sən əsl Vətən oğlusan, - deyən anasından, hər dəfə köksünə sığınarkən uşaqlaşan, kövrəlib ağlayan bacılarından, bir sözlə, şirin canından keçdi... Vüsal kimi qəhrəman oğullarla bu gün təkcə ailələri, doğmaları deyil, bütövlükdə Vətən qürur duyur, əbədi xatirələrinə sonsuz ehtiram bildirir.

***

Tarixən savaş görən xalqımızı müharibələr sarsıda bilmədi və bilməz də… Sanki bu xalq məhz mübarizə aparmaq, çətinliklərə sinə gərmək, pis qonşularla imtahan olunmaq… üçün yaranıb.

Xoş haldır ki, təkcə 44 günlük müharibədə deyil, bütün fövqəladə hallarda Azərbaycan öz mübarizə əzmini fədakarcasına nümayiş etdirib və bu gün də bu ənənə davam etdirilir.

Dünyanın əksər ölkələri, bəllidir ki, Vətən müharibəsini qələbə ilə başa vurduğu üçün Azərbaycanı, Azərbaycan Ordusunu ürəkdən alqışladı. Bu, dövlətimizin dünya arenasındakı təntənəsidir, buna görə (yuxarıda dediyimiz kimi) ümummilli lider Heydər Əliyevə, ölkə başçısı İlham Əliyevə və cəsur oğullarımıza sonsuz minnətdarıq.

Vüsal Tahirov kimi cəsur oğullar Vətən uğrunda canlarını fəda etməklə şəhidlik zirvəsinə ucaldılar, bu, qəhrəmanlıq fitrətidir, fəqət bu cəsur Azərbaycan cəngavərləri həm də öz yoxluqları ilə neçə-neçə insanın gözlərini ağlar qoydular. Nə xoş ki, indi onların müqəddəs qanları ilə suvarılmış torpaqlarımızın rəngi bayrağımızdakı rəng qədər qatıdır. Bu, hər birimizə misilsiz şərəf hissi yaşadır.

Vüsal Tahirov Vətənin qoynunda ölməyi özünə şərəf bildi, bunun üçün o, hər birimizin qürur və and yeridir.

Dini məxəzlərdə də deyilir, biz də bir neçə dəfə təkrar vurğulamışıq ki, şəhidlik ən ali zirvə, hamının yetə bilmədiyi ucalıqdır. Bütün fövqlərdə şəhidlik uca məqam sayılır. Gülümsər şəkilləri, müqəddəs ruhu önündə baş əydiyimiz Vüsal Tahirov da o yüksək məqama çatıb, milyonların ürəyində məskən salıb. O, işğal altındakı torpaqlarımızı düşməndən azad edəcəyinə and içdi, canını ana dediyi Vətən üçün fəda etdi, Vətən də onun şəhadətini sonsuzadək öz canında tutacağına dair and içib...

***

Vüsal Tahirov torpaqlarımızın illərlə erməni tapdağında qalmasına dözə bilməyən əsl kişilərdən biri idi. Bu səbəbdən onun gözlərinə doldurduğu kini-küdurəti hətta ən şad günündə də hiss etmək olurdu. Erməni təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi zamanı o, gözlərindəki kini və küdurəti ermənilərin üzərinə boşalda bildi.

Müharibə 44 günə başa çatdı, işğal altındakı torpaqlarımız geri alındı. Lakin Vüsal Tahirov minlərlə şərəf-şan sahibi kimi şəhadətə ucaldı, içində təlatümə gələn torpaq yanğısını söndürdü. Bir sözlə, arzusuna çatdı...

...Vüsal Tahirov indi Azərbaycan adlı məmləkətin parlaq səmalarında bərq vuran qeyrətli, qəhrəman Vətən oğullarından biridir.

***

Haqqında danışanlar bildirirlər ki, Vüsal Tahirov Vətən adı gələndə farağat durar, özünə səliqə-səhman verərdi. Bəllidir ki, onun günəş qədər parlaq olan qəlbində Vətən adı həmişə ən yüksək pillədə olub. O, vətənə vurğunluğu sayəsində də vətənin ən sadiq oğullarından birinə çevrildi, əbədiyyət yolçularından biri oldu. Bu gün onun işıqlı siması bütün ürəkləri, qəlbləri fəth edir. O, bu gün ölməzliyin ən uca məqamında oturub… Duyğuları, hisləri onu Vətən üçün fədai etmişdi. Onun ən narahat günləri Vətən naminə idi. O, torpaqlarımızın işğal altında qalmasına, kişiliyimizin, qürurumuzun sınmasına heç vəchlə dözmürdü. Bircə məqsədi, bircə amalı vardı: müharibə başlasın, ermənilərə 30 illik qəddarlığın əvəzini versin…

Vüsal və onun kimi minlərlə qəhrəman oğulun bu arzusu gerçəyə çevrildi, müharibə başlandı və torpaqlarımız geri alındı...

***

İkinci Fəxri xiyabandayıq. Gözlərimizi də, baxışlarımızı da olduqca səssiz, lal bir sükut sarıb. Yan-yana düzülmüş pərişan məzarlar bizi öz məcrasında əməlli-başlı sıxır...

İlahi, necə qəhrəmanlar yatır bu xiyabanda!...

Vaxt, kəpənək sürəti ilə bizi qəhrəman kəşfiyyatçı Tahirov Vüsal Mehdi oğlunun məzarının qarşısına gətirir. Cəsarətsiz baxışlarla gözlərini Vətən sevgisi sarmış şəhidimizin çöhrəsinə baxırıq. Qəfil fərqinə varırıq ki, qəhrəman oğulların çöhrələri də tamam başqa cür olur...

Vüsal Tahirovun ruhuna salavat çəkir, içimizdə dualar edirik. Barmaqlarımızın arasındakı qərənfillər məzar daşının üstündə titrək görkəm alır. Qeybdən gələn aşağıdakı misralar isə bizi öz ahənginə bulaşdırır...

Şəhər böyük, adam çox,

Hanı Nuhun əzabı?

Burda boşluq qıy vurur,

Bir də ruhun əzabı.

Təkliklə üz-üzəyəm,

Qəfil sönür şam da, eh.

Mey turş əcəl suyudu,

Sehir də yox camda, eh.

Oxu alın yazımı,

Gözlərini yumma, get.

Bağışlanmaz günaham,

Məndən kömək umma, get.

Bulanıqdı üst-başım,

Üz yoxdu baxım nura.

Şəhər dərin bir quyu,

Mən səhv düşmüşəm bura.

Vüsal Tahirovun məzarından qopan rahatlıq bizi düşdüyümüz əndişələrdən qurtarsa da, Vətən üçün heç nə edə bilmədiyimizə görə özümüzü bərk qınayırıq. Ruhumuz da elə bu misraların təsiri ilə titrəmək zorunda qalır: “Bulanıqdı üst-başım, Üz yoxdu baxım nura”... O nur dediyimiz qəhrəman şəhidimizin gözlərinin içindən pərvaz edərək bütün çöhrəsinə yayılıb...

Vüsalın məzarından aralanıb digər şəhid oğullara salam verir, əllərimizi yuxarı qaldırır, onlar üçün dua edirik. Bizə elə gəlir ki, əllərimiz duadan pörtür, elə zənn edirik ki, dualar baxtı yubadır... Necə ki, saat əhvaldan düşür, əqrəblər bilərəkdən vaxtı yubadır...

İlahi, bu xiyabanda nəzərlər necə də soyuqdur... Burada pərilər göz-gözə durub, ancaq düşünmürük ki, bu hal Allaha xoşdu... Acı hislərin qoynunda çabalaya-çabalaya mərmər qəbirlərə baxırıq, hər əsgər bir taledə, bir biçimdə; birinin qucağı dolu, birinin beşiyi boşdur...

Bu məqamda yenə susuruq, əlimizdən başqa bir şey gəlmir. Bir də baxırıq ki, elə Allah da susur...

Sizcə, şəhid məzarı qarşısında (hətta) beş-on dəqiqə rahat dayanmaq asanmı?

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ