şənbə günü, 26 sentyabr 2026
     

NATO parçalanma həddinə çatdı - ABŞ çıxır, sabiq baş katib “haray çəkdi”...

Image


Qulamhüseyn Əlibəyli: “NATO bir qurum olaraq ABŞ-ın qlobal liderlik strategiyasının mühüm tərkib hissəsi hesab olunur”

NATO ABŞ olmadan yaşaya, Avropa İttifaqı isə alyansın rolunu yerinə yetirə bilməz. Bunu deyən Norveçin maliyyə naziri və NATO-nun sabiq Baş katibi Yens Stoltenberq NATO-nun hazırkı formasının ABŞ-siz mövcud olmayacağını vurğulayıb.

“Birləşmiş Ştatlarsız NATO təxminən 80 ildir tanıdığımız kimi olmayacaq. Bu, Avropa və ABŞ-ın bütün təhdidlərə qarşı birlikdə mübarizə aparması ilə bağlıdır. Avropa və ABŞ arasında parçalanmanın qarşısını almaq üçün mümkün olan hər vasitədən istifadə etmək vacibdir”, - deyə Yens Stoltenberq bildirib.

Analitiklərin sözlərinə görə, NATO-da yaranmış hazırkı böhranının səbəblərindən biri ABŞ-ın Qrenlandiyanı nəzarətə götürmək istəyi ilə bağlıdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir müddət öncə Vaşinqtonun NATO siyasətini ciddi şəkildə yenidən nəzərdən keçiriləcəyini açıqlayıb. Dövlət başçısının sözlərinə görə, ABŞ-ın “NATO-ya trilyonlarla dollar xərcləməsinə” baxmayaraq, Şimali Atlantika Alyansı İran məsələsində Vaşinqtona dəstək verməyib.

Maraqlıdır, bütün bu deyilənlərin fonunda NATO parçalana bilərmi? ABŞ NATO-dan çıxacaqmı?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, 1949-cu ildə yaradılan NATO-nun əsas məqsədi kollektiv müdafiə, transatlantik təhlükəsizliyin təmin edilməsi və Sovet təhlükəsinə qarşı vahid müdafiə mexanizmi formalaşdırılması idi: “Soyuq müharibənin başa çatmasından sonra NATO yalnız hərbi blok kimi deyil, həm də siyasi təhlükəsizlik platforması kimi fəaliyyətini davam etdirməkdədir. Lakin son bir neçə ildə, xüsusən də ikinci Tramp administrasiyası dövründə beynəlxalq münasibətlər sistemində tez-tez baş verən dəyişikliklər alyans daxilində ciddi fikir ayrılıqları və institusional böhran əlamətləri yaratmışdır. NATO hazırda tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayır. Hazırda Tramp administrasiyası ilə Avropa dövlətləri arasında təhlükəsizlik yükünün bölüşdürülməsi, müdafiə xərcləri, Ukrayna müharibəsi, Çin amili, enerji təhlükəsizliyi və strateji prioritetlər kimi məsələlər NATO daxilində gərginliyi daha da artırmışdır. Bu səbəbdən bəzi ekspertlər NATO-nun gələcəyi, ABŞ-ın alyansdakı rolu və təşkilatın parçalanma ehtimalı barədə ciddi müzakirələr aparırlar. Hesab edirəm ki, NATO-nun saxlanma xərcləri ilə bağlı, İranla əlaqədar məsələlərdə Avropanın ABŞ-ı müdafiə etməməsi ilə əlaqədar narazılıqlar məsələnin daha çox üzdə olan tərəfidir. NATO daxilində böhranın yaranmasının əsas səbəbi ABŞ ilə Avropa arasında transatlantik maraqların, təhlükəsizlik prioritetlərinin fərqlənməsidir. ABŞ məşhur “Monro doktrinası”na görə Amerika kontinentini ənənəvi olaraq özünün strateji maraq dairəsi hesab edir və oraya başqa dövlətləri buraxmaq istəmir. Eyni zamanda qlobal güc kimi Çinlə rəqabət apararaq Yaxın Şərq, Mərkəzi Asiya, Hind və Sakit okeanı regionunda təsir dairəsini daha da genişləndirmək istəyir. Avropa dövlətləri isə əsasən məhz Avropada regional təhlükəsizlik məsələlərinə, konkret olaraq Rusiyadan gözlənilən təhlükə məsələlərinə fokuslanırlar”.

Q.Əlibəylinin fikrincə, Rusiya-Ukrayna müharibəsi də ABŞ-la Avropa arasında uzunmüddətli perspektivdə yeni fikir ayrılıqları yaradıb: “ABŞ və bəzi Avropa ölkələri Ukraynaya böyük həcmdə hərbi yardım göstərsələr də, alyans daxilində yardımın miqyası və müharibənin gələcək strategiyası ilə bağlı fərqli mövqelər mövcuddur. Mahiyyət etibarilə, ABŞ-la Avropa arasında transatlantik maraqların, təhlükəsizlik prioritetlərinin fərqlənməsi, Rusiya-Ukrayna müharibəsinə, ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsinə münasibətdəki bu fərqli məqamlar NATO daxilində strateji koordinasiyanı zəiflədir. Alyans daxilində vahid strategiyanın formalaşdırılmasını çətinləşdirir və Avropanı öz təhlükəsizlik arxitekturasına yenidən baxmağa məcbur edir. Bu məsələdə Türkiyə ilə münasibətlər daha cəlbedici olduğu halda, Fransa irəli çıxmağa çalışır. Qeyd etmək lazımdır ki, Türkiyə NATO daxilində ABŞ-dan sonra ikinci mühüm hərbi gücdür. Lakin Türkiyənin Rusiya ilə münasibətləri, Yaxın Şərq regionundakı siyasəti alyans daxilində mübahisələrə səbəb olur. Bəzi Avropa dövlətləri Türkiyənin müstəqil xarici siyasətini NATO-nun ümumi strategiyasına zidd hesab edirlər. Türkiyə də bunun müqabilində terror təhlükəsi və regional maraqlar məsələsində Qərb ölkələrinin Türkiyəyə kifayət qədər dəstək vermədiyini bildirir. Bu münasibətlər fonunda ABŞ-ın NATO-dan çıxması hüquqi baxımdan mümkün olsa da, bu addım son dərəcə mürəkkəb siyasi nəticələr doğura bilər və yaxın perspektivdə baş verməsə daha az ehtimal olunur. Belə ki, bir tərəfdən, ABŞ Konqresi və Amerikanın təhlükəsizlik institutlarının böyük hissəsi NATO-nu Amerikanın qlobal liderliyinin əsas alətlərindən biri hesab edir. NATO vasitəsilə ABŞ Avropada hərbi mövcudluğunu qoruyur, siyasi təsir imkanlarını genişləndirir və qlobal təhlükəsizlik sisteminə nəzarət edir. Yəni NATO bir qurum olaraq ABŞ-ın qlobal liderlik strategiyasının mühüm tərkib hissəsi hesab olunur. Tramp administrasiyası çox vaxt dərin təhlillər etmədən qərarlar qəbul etməyə meylli olsa da, strateji qərarların qəbulunda istəməsə də Konqres və təhlükəsizlik institutlarının mövqeyini nəzərə almağa məcburdur. Digər tərəfdən ABŞ-ın NATO-dan çıxması Avropanın təhlükəsizlik sistemini və ABŞ-ın Avropadakı təsiri dairəsini ciddi şəkildə zəiflədə, Rusiyanın geosiyasi təsir imkanlarını artıra, qlobal güc balansında Çin və Rusiya daha üstün mövqeyə keçə bilər. Həm də nəzərə alınmalıdır ki, NATO onilliklər ərzində formalaşmış geniş hərbi komanda sistemi, kəşfiyyat əməkdaşlığı və ortaq müdafiə mexanizmlərinə malikdir. Bu strukturların birdən-birə dağılması praktik baxımdan çox çətindir. Bundan başqa, müasir beynəlxalq münasibətlərin gərginliyi fonunda NATO-nu tam əvəz edə biləcək effektiv beynəlxalq təhlükəsizlik təşkilatı mövcud deyil. Qeyd etdiyimiz kimi, Avropa ölkələri müəyyən təhlükəsizlik təşəbbüsləri irəli sürsə də, NATO səviyyəsində hərbi potensiala malik deyil. Məhz bu səbəblərdən yaxın perspektivdə ABŞ-ın tam şəkildə NATO-dan çıxması və ya alyansın tam parçalanması nəzəri və hüquqi cəhətdən mümkün görünsə də, faktiki baş vermə ehtimalı çox azdır. Yaxın perspektivdə NATO-nun saxlanma xərclərinin daha balanslı bölüşdürülməsi və yeni qlobal təhlükələrə uyğun ortaq strategiyanın hazırlanması ehtimalı isə daha çoxdur”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ