şənbə günü, 26 sentyabr 2026
     

Makron bu faktdan sonra Ermənistana hərbi yardımı artıra bilməz...

Image


Afsəddin Nəbiyev: “Paris Ermənistana hərbi yardımı Bakı ilə sövdələşmə predmeti kimi saxlamaq niyyətindədir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Prezidentin "X" sosial media hesabında paylaşım edilib.

Paylaşımda deyilir: “Bu gün Prezident Emmanuel Makrondan (@EmmanuelMacron) telefon zəngi aldım. Telefon danışığı zamanı Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi apardıq. Biz, həmçinin regional və qlobal prosesləri müzakirə etdik”.

Maraqlıdır, bu danışıqdan sonra Fransanın Ermənistana hərbi dəstəyi sahəsində hansı dəyişikliklər ola bilər?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə prizmadan yanaşdı: “Makronun Azərbaycanın sülh təşəbbüslərini yüksək dəyərləndirməsi və Bakıya zəng etməsi bir neçə strateji və taktiki səbəbə söykənir. ​Azərbaycan və Ermənistan arasında delimitasiya və sülh müqaviləsi üzrə birbaşa, ikitərəfli vasitəçisiz danışıqlar real nəticələr verir. Paris regiondakı yeni reallıqların onsuz və onun iradəsinə zidd formalaşdığını görür. Tamamilə izolyasiya olunmamaq üçün Makron Bakı ilə körpüləri bərpa etməyə və prosesdə yenidən rəsmi olmasa da, siyasi "iştirakçı" imici qazanmağa çalışır. Fransa Ermənistanla hərbi sənaye, kibertəhlükəsizlik və süni zəka sahəsində 2026-cı ilin may ayının əvvəlində İrəvanda imzalanan yeni memorandumla əməkdaşlığı dərinləşdirir. Lakin birtərəfli qaydada yalnız Ermənistanı dəstəkləmək Fransanın regiondakı ümumi çəkisini və vasitəçilik iddialarını sıfırlamışdı. Regionda nəqliyyat dəhlizləri Orta Dəhliz və enerji təhlükəsizliyi məsələləri qlobal güclər üçün kritik əhəmiyyət kəsb edir. Fransa Avropa İttifaqının aparıcı dövləti kimi, regionun əsas söz sahibi olan Azərbaycanla kommunikasiyanı tamamilə qırmağın onun qlobal maraqlarına ziyan vurduğunu dərk edir. ​Bu telefon danışığı Fransanın Ermənistanı silahlandırmaq strategiyasından tamamilə imtina edəcəyi anlamına gəlmir. Lakin prosesin xarakterinə və formasına müəyyən korrektələr gətirə bilər. ​Fransa rəhbərliyi Ermənistana hərbi yardımları və texnika ötürülməsini müvəqqəti olaraq daha az səs-küylü, qapalı formatda apara bilər. Azərbaycanın haqlı təhlükəsizlik narahatlıqlarını və sülhə sadiqliyini qəbul etdiyini göstərmək üçün Paris hərbi dəstəyin "təcavüzkar deyil, yalnız müdafiə xarakterli" olduğunu iddia edən bəyanatlarını artıra bilər. ​Açıq şəkildə ağır hücum silahlarının (məsələn, zirehli texnikalar və ya artilleriya sistemləri) İrəvan küçələrində nümayiş etdirilməsi Bakının sərt reaksiyasına səbəb olur və sülh prosesini baltalayır. Bu səbəbdən Fransa hərbi dəstəyin fokusunu daha çox "qeyri-maddi" və texnoloji sahələrə – kibertəhlükəsizlik, hərbi kəşfiyyat sistemləri, süni zəka inteqrasiyası və kadr hazırlığına yönəldə bilər. Beləliklə, həm İrəvana dəstək davam edir, həm də Bakı ilə birbaşa qarşıdurmadan qaçılır. ​Paris Ermənistana hərbi yardımı həm də Bakı ilə sövdələşmə predmeti kimi saxlamaq niyyətindədir. Fransa eyham vura bilər ki, əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tezliklə imzalansa və regionda sabitlik təmin olunsa, İrəvanın həddindən artıq silahlandırılmasına ehtiyac qalmayacaq. Bu, bir növ "diplomatik alver" elementidir”.

A.Nəbiyev onu da qeyd etdi ki, Makronun İlham Əliyevə zəng etməsi və Azərbaycanın sülh təşəbbüslərini təqdir etməsi Fransanın Cənubi Qafqaz siyasətində dalana dirəndiyini və taktiki geri çəkilmə manevr etdiyini göstərir: “​Fransa regionda dayaqlarını tam itirməmək üçün Azərbaycanın hərbi və siyasi üstünlüyünü, eləcə də sülh gündəliyinin diktəedici tərəfi olduğunu de-fakto qəbul etmək məcburiyyətində qalıb. Ermənistanla hərbi əməkdaşlıq strateji xətt olaraq qalsa da, Paris artıq Bakının qırmızı cizgilərini daha ciddi hesaba almaq və sülh prosesinə açıq şəkildə mane olmamaq xəttini seçməyə meyllidir. Bütün bu sadaladığım faktlar ondan ibarətdir ki, rəsmi Fransa Azərbaycanın Cənubi Qafqazda apardığı uğurlu siyasəti qəbul etməklə reallıqla barışmaq məcburiyyətindədir. Bu bir gerçəklikdir”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ