şənbə günü, 26 sentyabr 2026
     

"Ermənistan sentyabrda Azərbaycanla müharibəyə başlaya bilər" - Paşinyan qorxunc sözlər dedi...

Image


Ermənistanda seçkiqabağı vəziyyət getdikcə daha gərgin xarakter almağa başlayıb. Bu fonda diqqətçəkən məqamlardan biri məsələyə Rusiyanın müdaxilə cəhdlərinin genişlənməsidir.

Xatırladaq ki, bu yaxınlarda Ermənistanın baş naziri ilə görüşdə Rusiya prezidenti Vladimir Putin bunları bildirib: “Biz çox istərdik ki, bütün siyasi partiyalar və siyasətçilər seçkilər zamanı daxili siyasi işdə iştirak edə bilsinlər. Bilirəm ki, bəziləri Rusiya pasportlarına baxmayaraq həbsdədir. Bu sizin qərarınızdır; biz müdaxilə etmirik, amma istərdik ki, hamısı heç olmasa bu daxili siyasi işdə iştirak edə bilsinlər”. Qeyd edək ki, söhbət burada ilknövbədə Rusiya vətəndaşlığını daşıyan milyarder Samvel Karapetynadan gedir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirir ki, Moskva Ermənistanda gedən prosesləri, məsələn, Seçki Məcəlləsinə düzəlişlərin qəbul edilməsini görməzdən gələ bilməz. Onun sözlərinə görə, bu düzəlişlər seçkilərdə iştirak edən siyasi qüvvələrin adlarına əhəmiyyətli məhdudiyyətlər qoya bilər: “Bilirsiniz, bunun müxalifətin seçki imkanlarını qəsdən məhdudlaşdırmaq üçün edilməməsi vacibdir. Çünki biz Nikol Paşinyanın bu yaxınlarda Rusiya prezidenti ilə görüşdə qarşıdan gələn seçkilər barədə danışarkən “Ermənistan demokratik ölkədir” deməsini xatırlayırıq”. Bu fonda onu da qeyd edək ki, "Ermənistan" blokunun lideri Robert Köçəryan Rusiya prezidentinin və digər rəsmilərinin seçkiqabağı proseslərlə bağlı fikirlərini Ermənistanın daxili işlərinə müdaxilə hesab etmir: “Səbəb-nəticə əlaqəsini xatırlamaq vacibdir. Rusiya prezidenti Ararat Mirzoyanın Brüsselə səfəri, hibrid müharibə haqqında söhbətlər və Aİ missiyasının səfəri olmasaydı, bu məsələni qaldırmazdı. Bu hakimiyyət orqanları məsələni qızışdırırlar. Rusiyanın gözləri qarşısında Moldovanın nümunəsi var. Ermənistan bu yolu tutur və bunu gizlətmir”. Keçmiş prezident əlavə edib ki, Ermənistan hakimiyyəti Rusiya ilə daha güclü münasibətlər tərəfdarı olan qüvvələri neytrallaşdırmağa çalışır, Rusiya prezidenti isə erməni xalqına seçim etmək imkanı vermək zərurətindən danışır. O, xatırladıb ki, Aİ-dən yardım almaq təşəbbüsü Ermənistandan gəlib və Avropanın iştirakı avtomatik olaraq Rusiyanın iştirakı deməkdir. Onun sözlərinə görə, Aİ geri çəkilərsə, Rusiya da geri çəkiləcək. Yeri gəlmişkən qeyd edək ki, Paşinyan ilə Köçəryan arasında sözlü qarşıdurma açıq müstəviyə keçib. Köçəryan Paşinyanın sosial mediada aktivliyini tənqid edərək bildirib ki, “kim eşşək kimi anğırsa, sosial mediada daha çox populyarlaşır və baxış toplayır”. Buna cavab olaraq Nikol Paşinyan daha sərt ritorika seçib. O, Köçəryanı istehza ilə sosial mediada “eşşək kimi anğırmağa” çağıraraq, bunun heç bir ciddi maraq doğurmayacağını bildirib. Paşinyanın sözlərinə görə, bu, Köçəryanın aşağı reytinqinin və ictimai nüfuzunun zəifliyinin göstəricisidir. O, açıq şəkildə bəyan edib ki, əgər Robert Köçəryan və Rusiya yönümlü qüvvələr hakimiyyətə gəlsə, sentyabr ayında “dəhşətli müharibə başlaya və bu, Ermənistan üçün fəlakətli nəticələr doğura bilər. Müxalifət isə əmindir ki, Paşinyan erməniləri qorxutmağa çalışır. Bu vəziyyətdə on altı insan haqları təşkilatı və jurnalist birliyi Nikol Paşinyanı Qarabağdan olan ermənilərə qarşı nifrət yaratmaqda ittiham edib. İttiham onun İrəvan metrosunda Qarabağdan olan bir erməni ilə mübahisəsindən qaynaqlanıb. Baş nazir ona üzərində Ermənistan xəritəsi olan bir sancaq təklif edib, lakin qadın Qarabağdan olduğu üçün fərqli bir xəritəsi olduğunu iddia edərək imtina edib və deyib: “Qarabağa qayıtmaq ümidimizin əlimizdən alınmasına icazə verməyəcəyik”.

Bunu eşidən baş nazir qəzəblənib və həmsöhbətini Qarabağdan könüllü qaçmaqda günahlandırıb. Sonradan məlum oldu ki, baş nazirin həmsöhbəti Birinci Qarabağ müharibəsi zamanı həlak olan Merujan Mosyanın qızı Armine Mosyan olub. Bu fonda Ermənistan-Azərbaycan münaqişəsinin yekun sülhlə həlli hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki kampaniyasının əsas mövzusuna çevrilib. Paşinyan iddia edir ki, əgər onun partiyası seçkilərdə uduzsa, Azərbaycanla sülh müqaviləsini yenidən nəzərdən keçirməyə çalışanlar hakimiyyətə gələcək və bu da payızın əvvəlində müharibəyə səbəb olacaq. Diqqətəlayiqdir ki, Robert Köçəryanın “Ermənistan” bloku məhz bunu etmək niyyətini gizlətmir. Bundan əlavə, “Güclü Ermənistan”dan Narek Köçəryan və “Çiçəklənən Ermənistan”dan Qaqik Tsarukyan da hesab edirlər ki, ermənilər Paşinyanın gətirdiyi sülhdən daha yaxşı sülhə layiqdirlər. Paşinyan isə qeyd edir: “Bu o deməkdir ki, onlar müharibəyə qapı açırlar. Hətta ən optimist proqnoza əməl etsək belə, sülh müqaviləsinin yenidən nəzərdən keçirilməsi danışıqlar prosesi vasitəsilə sonda razılaşdırdığımız bütün məzmunu dəyişdirmək üçün fürsət yaradır. Nəzəri olaraq, bu məzmunun yaxşılaşa biləcəyi, eyni zamanda pisləşə biləcəyi düşünülür. Lakin onun tamamilə çökməsi ehtimalı daha yüksəkdir”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Paşinyanın qiymətləndirməsi ilə razıdır. Jurnalistlər nazirdən “ya biz, ya da müharibə” ifadəsinin şantaj olub-olmadığını soruşduqda, o, “Şantaj nədən ibarətdir? Biz sülh təklif edirik. İnanın mənə, fərqli şəraitdə Ermənistanın uğuru və ya inkişafı deyil, müstəqil dövlət kimi mövcudluğu böyük şübhə altındadır” deyə cavab verib. Mirzoyan həmçinin izah edib ki, hakim partiya üzvlərinin rəqiblərini “müharibə qüvvələri” hesab etmək üçün siyasi hüququ var. Eyni zamanda, diplomat Ermənistanla Azərbaycan arasında sülhün buludsuz adlandırıla bilməyəcəyinə əminlik bildirib: “Bu münaqişə on illərdir davam edir. Bu qədər qan tökülüb. Deməli, bu yaralar hələ də təzədir”. Bu durumda siyasi analitik Tiqran Köçəryan qeyd edib: “Müharibə məsələsi ciddidir. Amma Paşinyanın sentyabr ayında Azərbaycanın hücum edə biləcəyini haradan bildiyi bəlli deyil. Əliyev ona planları barədə danışıbmı? Lakin müharibənin qarşısını almaq da ən yaxşı mövzu deyil, çünki Ermənistan Paşinyanın səkkiz illik hakimiyyəti dövründə üç-dörd böyük hərbi münaqişə yaşayıb”. Parlament sədri Alen Simonyan vurğulayır ki, Ermənistanda keçiriləcək parlament seçkilərində ölkə əhalisi sülh ilə mümkün müharibə arasında seçim etməli olacaq: “Bəli, müharibə partiyası var və sülh partiyası var. 2026-cı il seçkiləri sülh və mümkün müharibə haqqında olacaq”. Ermənistanın indiki hökuməti, Vətəndaş Müqaviləsi sülh partiyasıdır, qalanları, əsas müxalifət qüvvələri isə müharibə partiyalarıdır. Reallıq belədir. Əgər insanlar hər hansı bir tələb irəli sürməli olduqlarını deyirlərsə, bu, müharibə adlanır”. Yeri gəlmişkən, Simonyan bu günlərdə bildirib ki, Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı Azərbaycandır: “Bir çox qüvvələr Azərbaycan və Ermənistanı ən azından bir-birinə qarşı müharibəyə cəlb etmək istəyirlər. Bu, açıq-aydın görünür. Çünki onlar bizim vasitəmizlə dominantlıq etmək istəyirlər. Biz iki xalq və dövlət buna imkan verməməliyik”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ