şənbə günü, 26 sentyabr 2026
     

Putin tarixində görmədiyi reytinq itkisi ilə üzləşdi...

Image


Rusiyada prezident Vladimir Putinin başına son illərdə görünməmiş iş gəlib: onun reytinqində ciddi azalma var. Ölkə üzrə mobil internetin kəsilməsi, Ukraynanın dron hücumları, Sibirdə xəstə heyvanların kütləvi məhvi və fermerlərin buna kəskin etirazı mümkün səbəblər sırasında göstərilir. Üstəlik, Kremlin Ukraynaya qarşı müharibəsi beşinci ildir gedir. Hər halda, Putin daha əvvəlki kimi populyar deyil.

Son həftələr iki ictimai rəy sorğusu bu düşüşü üzə çıxarıb. Onların ikisini dövlətə bağlı şirkətlər keçirib. Bir sorğuya görə, Putinə ictimai inamın səviyyəsi 2022-ci ilin sentyabrından bəri ən aşağı həddə - 71 faizə düşüb. Beynəlxalq məsələlər üzrə ekspert Mayk Ekkel yazır ki, reytinqin düşməsi Kreml üçün siyasi böhran demək deyil, Putin ölkənin rəqibsiz lideri olaraq qalır. Kreml rəsmiləri, xüsusilə Prezident Administrasiyası illərdir seçki proseslərini elə düzüb qoşublar ki, sanki rusiyalılar liderlərini gerçəkdən seçirlər, bunun adı "idarəolunan demokratiya"dır. Bununla belə, ekspertlərin fikrincə, Kreml ictimai rəydəki dəyişikliklərə həssas yanaşır. Londondakı Kral Kollecinin Rusiya İnstitutunun direktoru Gülnaz Şarafutdinova deyir ki, reytinqin azalması müxtəlif hadisə və insidentlərlə təsdiqlənir. O, Kreml tərəfdarı vəkilin Putini tənqid etdikdən sonra psixiatriya xəstəxanasına salınmasını qeyd edir. Təhlilçinin fikrincə, əhval-ruhiyyədəki dəyişiklik bir neçə amillə izah oluna bilər: Ukrayna dronlarının yaratdığı pozuntular; Telegram, WhatsApp və internetə məhdudiyyətlər; ABŞ-nin dəstəklədiyi sülh danışıqlarından gözləntilərin doğrulmaması; uzanan müharibənin səbəb olduğu ümumi yorğunluq və bunun iqtisadiyyata təsirinin daha aydın hiss olunması: "Bu, inqilabın qaçılmaz olduğu demək deyil, amma artan gərginlik Kreml üçün yaxşı əlamət sayılmır". Təl-Əvivdə yaşayan sosioloq, Rusiya hökumətinin keçmiş müşaviri Konstantin Qaaze isə hələlik bu azalma ilə konkret sosial qruplardakı proseslər arasında birbaşa əlaqə qurmaqdan ötrü yetərincə məlumat olmadığını deyir: "Kim yorulub, kim məyusdur, kim qəzəblidir?". O, müharibənin Rusiyanın mərkəzinə getdikcə daha dərindən nüfuz etdiyini, dron hücumları, neft emalı zavodlarına zərbələrin zamanla üst-üstə yığıldığını vurğulayır.

İllərdir Rusiyada internet üzərində nəzarət gücləndirilir. Son bir ildə isə rəsmilər getdikcə daha çox regionda mobil interneti tamamilə kəsməyə başlayıblar. Kreml bunu Ukrayna dronlarının Rusiya şəbəkələrindən istifadəsinin qarşısını almaq üçün etdiyini bildirir. Amma Telegram, WhatsApp kimi tətbiqlərin zəiflədilməsi milyonlarla insanın, xüsusilə Moskvada yaşayanların həyatını pozub. "Levada" Mərkəzinin keçən ay yaydığı sorğuya görə, internet problemləri ilə üzləşən rusiyalıların sayı artıb, hakimiyyətin Telegram və WhatsApp-a təzyiqindən narazıların da həmçinin. Fevralın əvvəlində Sibirdə quduzluq, digər yoluxucu xəstəliklərə görə on minlərlə mal-qara məhv edilib. Fermerlər bunu aşırı addım sayıb, etiraz bildiriblər. Bəziləri kompensasiyanın yetərli olmadığını deyib. Etirazlar Moskvaya, Qırmızı meydanacan gedib çıxıb, bu isə bugünlərdə nadir siyasi addım sayılır. Rusiyanın iqtisadiyyatı da zəifləyir. İlk illər müharibə xərcləri hesabına sürətli artım yaşandı, indi inflyasiya qiymətləri artırıb, faiz dərəcələri kəskin yüksəlib, maaş artımı dayanıb. Xatırladaq ki, fevralın 24-də Ukraynaya qarşı təcavüzkar müharibənin dördüncü ili tamam oldu. ABŞ prezidenti Donald Tramp 2025-ci ilin yanvarında vəzifəyə gələndə bu müharibəni bitirməyi prioritet elan etmişdi. Onun təmsilçiləri Putinlə bir neçə dəfə görüşüb, danışıqlar aparılıb. Sonradan danışıqlar dalana dirənib. Bir səbəb ABŞ və İsrailin İrana qarşı hücumları idi. Amma Rusiyanın ərazi və təhlükəsizlik ilə bağlı sərt tələbləri də öz sözünü deyir, Ukrayna bu tələbləri qəbuledilməz sayır. Ukrayna ordusu Rusiyanın sürətli irəliləyişinin qarşısını alıb, rusiyalılar ağır itkilər veriblər. Putinin reytinqi sonuncu dəfə 2022-ci ilin sentyabrında ciddi aşağı düşmüşdü. Onda müharibənin yeddi ayı tamam olurdu. Kreml müharibənin tezliklə bitməyəcəyini anlayanda Putin genişmiqyaslı səfərbərlik elan etdi. Bu, cəmiyyətdə şok effekti yaratdı, yüz minlərlə insan ölkəni tərk etdi. İndi Rusiyada fərqli fikir, demək olar, tamamilə susdurulub. "Vaqner" hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin müharibənin gedişatını açıq tənqid edirdi. O, 2023-cü ildə uğursuz qiyam cəhdindən sonra həlak oldu. Ötən ay Kremlin tərəfdarı İlya Remeslo müharibə və ölkənin vəziyyəti ilə bağlı kəskin tənqidi məqaləsində Putini də hədəfə almışdı. Onu "hərbi cinayətkar" adlandırıb, Rusiyanı dağıtmasından şikayətlənmişdi. Məqalənin dərcindən iki gün sonra Remeslo psixiatriya xəstəxanasına yerləşdirilib. Bunun könüllü baş verib-vermədiyi məlum deyil. Hazırda harada olduğu da bilinmir. Sosioloq Yelena Koneva deyir ki, "Putinə dəstək" adlanan böyük bir qar yığını əriməyə başlayır: "Birdən-birə dağılmayacaq, yavaş-yavaş əriyəcək. Gerçəkdən mühüm dəyişiklikdir. İlkin əlamətdir və onu repressiya ilə dayandırmaq mümkün deyil, səbəblər çoxdur".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ