şənbə günü, 26 sentyabr 2026
     

Netanyahu ABŞ-İran sülhünü pozdu, müharibə təhlükəsi qayıtdı...

Image


Məlum olduğu kimi, bu günlərdə ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan etdi. O, münaqişənin qarşı tərəfi ilə bütün fikir ayrılıqlarının həll olunduğunu, lakin hərbi əməliyyatların tamamilə dayandırılması barədə razılığa gəlmək üçün hələ də zəmin yaradılmalı olduğunu bildirdi. Pentaqon isə "Epik Qəzəb" əməliyyatının məqsədlərinə çatıldığını bildirdi. İsrail də hərbi əməliyyatlarda fasilə verməyə məcbur oldu, lakin Livanda “Hizbullah”a qarşı əməliyyatını dayandırmaqdan imtina etdi.

İndi bütün bunlar Yaxın Şərqdə yenidən gərgin vəziyyət yaradır, atəşkəsi təhdid altına atır. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirin açıqlamasına görə, İsrail qüvvələri İranla iki həftəlik atəşkəs barədə razılığa gəlmələrinə baxmayaraq, Livandakı “Hizbullah” hədəflərinə hücum etməyə davam edəcək: “Biz “Hizbullah” terror təşkilatına zərbələr endirməyə davam edəcəyik və bunun üçün hər fürsətdən istifadə edəcəyik. Güzəştə getməyəcəyik”. Aprelin 8-dən İsrail ordusunun Livana qarşı kütləvi hücumlar başlatdığı bildirilir. Yerli medianın məlumatına görə, 10 dəqiqə ərzində ölkədə 100-dən çox hədəfə hücum edilib və yüzlərlə insan həlak olub. İsrail genişmiqyaslı “Əbədi Qaranlıq” əməliyyatının “Hizbullah”ın bütün komandanlıq mərkəzlərini hədəf aldığını açıqlayıb. Əməliyyatın məqsədi silahlı hərəkatı məğlub etməkdir. İsrailin baş naziri Benyamin Netanyahu Livanın İranla iki həftəlik atəşkəs razılaşmasının əhatə dairəsinə düşmədiyini və İsrail Müdafiə Qüvvələrinin hücumlara davam edəcəyini bildirib. Bu arada, İranın “Fars” xəbər agentliyinin hərbi mənbəyə istinadən verdiyi məlumata görə, İran hakimiyyəti Hörmüz boğazından tankerlərin hərəkətini dayandırıb və Livana hücumları ilə əlaqədar İsrailə qarşı əməliyyat keçirməyi nəzərdən keçirir: “İsrail ordusunun Livan və ölkənin İslam Müqavimət Hərəkatı ilə müvəqqəti atəşkəsi pozmasından sonra İran İsrail hərbi mövqelərinə qarşı çəkindirmə əməliyyatı keçirməyi düşünür. Tankerlərin isə Hörmüz boğazından keçməsi dayandırılıb”. İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən verilən açıqlamada isə deyilir: “Biz xain Amerikaya və onun əlaltısı olan sionist cəllada sərt xəbərdarlıq edirik: əgər sevimli Livana qarşı təcavüz dərhal dayandırılmasa, biz öz vəzifəmizi yerinə yetirəcək və bölgədəki pis təcavüzkarlara sarsıdıcı cavab verəcəyik”. İranın hərbi və siyasi liderləri əvvəllər bildirmişdilər ki, əgər Təl-Əviv bütün səviyyələrdə əldə edilən razılaşmalara baxmayaraq hücumları davam etdirərsə, bu, Vaşinqtonun Netanyahu üzərindəki təsirini itirdiyini və onun hərəkətlərini idarə edə bilmədiyini göstərəcək. Buna görə də Tehran atəşkəsdən geri çəkilə bilər. Elə bu durumda ABŞ-ın vitse-prezidenti Ceyms Vens bildirib ki, Vaşinqton və İsrail İran razılaşmasından sonra Livanda atəşkəs vəd etməyiblər. O, əks iddiaları boş təbliğat və ya axmaqlıq adlandırıb. Danışıqları təşkil edən Pakistan açıq şəkildə Livanın razılaşmanın bir hissəsi olduğunu bildirib. Lakin agentlik vurğulayır ki, Ağ Ev bu məlumatı təkzib edir. Vens Tehrana xəbərdarlıq etdi ki, qonşu ölkədəki vəziyyətə görə böyük bir razılaşmanı pozmaq strateji səhv olardı: “Əgər İran bu danışıqların - Livanla heç bir əlaqəsi olmayan və ABŞ-ın heç vaxt atəşkəsin bir hissəsi olduğunu demədiyi bir münaqişədə - dağılmasına icazə vermək istəyirsə, deməli, bu, sonda onların seçimidir. Biz bunun axmaqlıq olacağını düşünürük, amma bu, onların seçimidir”. Amerikalı rəsminin sözlərinə görə, İran tərəfi öz xəyalının qurbanı ola bilər. O, iranlıların sadəcə atəşkəsin Livana da şamil olunduğunu düşündüklərinin səhv olduğunu, bunun qəsdən dezinformasiya və “vicdansız təbliğat” olduğunu da istisna etmir.

Tehran da öz növbəsində aqressivdir. İranın xarici işlər naziri Abbas Əraqçi artıq Vaşinqton qarşısında konkret tələb irəli sürüb. O, Pakistanın baş naziri Şahbaz Şərifin Livandan bəhs edən açıqlamalarına istinad edir: “İran və ABŞ arasında atəşkəs müqaviləsinin şərtləri aydın və birmənalıdır: ABŞ atəşkəs və ya İsrail üzündən müharibəni davam etdirmək arasında seçim etməlidir. Onların hər ikisi ola bilməz”. İran tərəfi artıq hərbi cavab tədbirlərinə işarə edir. Bundan başqa, İsrailin Livana kütləvi hücumundan sonra İran yenidən Hörmüz boğazını bağlayıb. Buna cavab olaraq Donald Tramp Hörmüz boğazı ilə bağlı daha bir ultimatum verib . ABŞ lideri neft tankerlərinin hərəkətinin bərpa olunmasını tələb edir və Tehranın gəmilərin keçidi üçün ödəniş almağı dayandırmasını istəyir. Livan məsələsi ilə yanaşı, əsas intriqa, münaqişənin əvvəlində İran qüvvələri tərəfindən bağlanmış strateji əhəmiyyətli gəmiçilik arteriyası olan Hörmüz boğazı üçün yaranacaq yeni tranzit rejimi ilə bağlıdır. İranın xarici işlər naziri Abbas Əraqçinin izah etdiyi kimi, ticarət gəmilərinin Hörmüz boğazından keçməsi İslam Respublikasının Silahlı Qüvvələri ilə əlaqələndirilməli və müəyyən texniki məhdudiyyətlərə tabe olmalıdır. İran dövlət mediasının məlumatına görə, Tehranın icazəsi ilə ilk ticarət gəmisi 8 apreldə Hörmüz boğazından keçib. Həmin gün keçirilən brifinqdə ABŞ komandanlığı təsdiqləyib ki, bu günə qədər əldə edilən razılaşmalarda nəzərdə tutulduğu kimi, marşrut hazırda gəmiçilik üçün açıqdır. Lakin dəniz nəqliyyatını təhlil edən şirkətlərin qeyd etdiyi kimi, arteriyanın tam funksionallığının bərpası iki həftədən çox vaxt aparacaq. Sənaye nümayəndələri bəzi məlumatlara görə, tranzit haqlarının tətbiqini, eləcə də ABŞ və İran tərəfindən müəyyən edilmiş atəşkəsin praktikada nə dərəcədə işlədiyini qiymətləndirəcəklər. “Sükut rejimi”nin ilk günündə də göstərildiyi kimi, ABŞ-İran razılaşmaları olduqca kövrəkdir. Vaşinqton və Tehranın açıqlamalarından sonra İranın ada bölgəsi hücuma məruz qalıb, İslam Respublikası isə Körfəz ölkələrinə raket və dronlar atmaqla cavab verib. Səudiyyə Ərəbistanında yerləşən Şərq-Qərb neft kəməri də zərbələrə məruz qalıb. Lakin ən əsası İranın ABŞ ilə razılaşmalarına bu arenanı daxil etmək üçün ilk cəhdinə baxmayaraq, İsrail və Livanın “Hizbullah”ı arasında hücumlar davam edir. İsrailə gəldikdə isə, o, atəşkəsə yalnız İranın Yaxın Şərqdəki gəmi yollarını dərhal aşması və ABŞ, İsrail, region ölkələrinə qarşı bütün hücumları dayandırması şərti ilə riayət etməyə razılaşıb. Başqa bir sual, İranın hazırkı vəziyyətdə ABŞ-ın maksimalist tələblərinə razı olub-olmayacağıdır. Amerikanın “Axios” xəbər agentliyinin mənbələrinə görə, atəşkəs razılaşması əsasən Əraqçinin İslam İnqilabı Keşikçiləri Korpusunu hərbi əməliyyatları dayandırmağa inandırmaq səylərinin nəticəsidir. ABŞ, razılaşma ümidləri puç olarsa, istənilən vaxt tammiqyaslı hərbi əməliyyatlara davam etməyə hazır olduğunu açıq şəkildə bildirir. İsrailin baş naziri Binyamin Netanyahu isə bildirib: “Açıq deyim: hələ də yerinə yetirməli olduğumuz vəzifələr var və biz onları ya razılığa gəlməklə, ya da hərbi əməliyyatları bərpa etməklə yerinə yetirəcəyik. İstənilən an yenidən müharibəyə başlamağa hazırıq, barmağımız tətiyin üzərindədir”. Netanyahu bir daha bildirib ki, Yaxın Şərqdəki atəşkəs “Hizbullah” yaraqlılarına qarşı əməliyyatlara şamil edilmir. Baş nazirin sözlərinə görə, bu əməliyyatlar davam edəcək və o, şəxsən İranla atəşkəsin Livan qrupuna şamil edilməməsində israr edib. İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf bildirib ki, Tehranın təklif etdiyi 10 maddəlik atəşkəs planının pozulması səbəbindən atəşkəs və ABŞ ilə danışıqlar mənasızdır. O, sosial mediada yazıb: “ABŞ-a qarşı dərin, tarixi etimadsızlığımız onun hər cür öhdəlikləri dəfələrlə pozmasından irəli gəlir, təəssüf ki, bu davranış nümunəsi yenidən təkrarlanıb. Belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar məsləhət görülmürdü”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ