ABŞ və İran arasında iki həftəlik atəşkəs hələ də Livana şamil edilmir. Bu fonda son günlərdə təkcə Beyrutun cənub rayonları deyil, həm də şəhərin mərkəzi rayonları atəşə tutulur. Hava hücumları Livanda ermnilərin yaşadıqları ərazilərə çatmayıb, lakin limanın yaxınlığında yaşayan bir erməni məktəbinin müəllimi Maral Manis deyir ki, hər kəs səslərdən dəhşətə gəlib.
“Səsi aydın eşitdim, çünki balkonda idim, təyyarə... qorxduq, çox güclü idi... çox qorxduq. İsrail Qərb tərəfindən terrorçu kimi tanınan “Hizbullah” liderlərinin olduğu və ya silah anbarlarının yerləşdiyi, lakin qurbanların mülki şəxslər olduğu əraziləri hədəf aldığını açıqlayıb ”, - deyə Beyrutdakı bir erməni məktəbinin müəllimi Maral Manis “Azatutyun” radiosuna bildirir. Livanın gündəlik “Azdaq” qəzetinin redaktoru, politoloq Şahan Qandaharyanın sözlərinə görə, ermənilər arasında qurban, xəsarət alan və ya maddi itki olmayıb: “Erməni məhəllələrinə təsir göstərilməyib, amma atmosfer ağırdır, dəhşətlidir. İndi nisbətən sakitdir, amma bu, atəşkəs olduğu anlamına gəlmir, toqquşmalar olmadığı anlamına gəlmir, son zorakılıq isə görünməmiş və nəticələri ilə birlikdə ağrılı idi. Əgər əvvəlki həftələrdə İsrail yalnız cənub bölgələrini atəş altında saxlayırdısa, indi coğrafiya genişlənib - indi bütün Livan hədəfdədir. Bəlkə də beynəlxalq aktorların Təl-Əvivə Livanda atəşkəsi qorumaq üçün təzyiqi gərginliyi azaltmağa kömək edəcək”. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas atəşkəsin Livana da çatmalı olduğunu və İranın dəstəklədiyi “Hizbullah” qrupunun da tərksilah edilməli olduğunu əlavə edib. Lakin “Hizbullah” tərksilah elan etmir, əksinə İsrailin hücumlarına cavab elan edir. Politoloq Qandaharyan əmindir ki, atəşkəs Livandan yan keçməməlidir: "Bu, bir-biri ilə əlaqəli hərbi əməliyyatlar zənciridir və atəşkəs Livana da şamil edilməlidir". Şahan Qandaharyan ABŞ və İran arasında kompromis əldə olunsa belə, hələlik sülh üçün heç bir perspektiv görmür: "Haradasa Vaşinqton və Təl-Əvivin maraqları toqquşacaq, çünki Təl-Əvivin cənubda təhlükəsizlik zonası yaratmaqda problemi var". Bu gün Livanda bir milyondan çox qaçqın var - cənub bölgələrindəki yanğından qaçan ailələr. Maral Manis deyir ki, Livan erməniləri arasında ölkəni tərk etmək əhval-ruhiyyəsi yoxdur, səbəb həm də iqtisadi vəziyyətin çətin olması, çoxlarının sadəcə yaşamaq üçün yeni bir yer tapmaq imkanı olmamasıdır. Amma vəziyyət lap çətin olarsa, bəzi ermənilər Ermənistana və digər yerlərə köç edə bilər.
Samirə SƏFƏROVA