şənbə günü, 26 sentyabr 2026
     

İlin sonuna kimi Azərbaycanın əlavə milyardlar qazanmaq şansı var...

Image


ABŞ prezidenti Donald Trampın İranla ikihəftəlik atəşkəs elan etməsindən sonra neftin qiyməti 100 dollardan aşağı düşüb. Hesablamalar göstərir ki, neftin qiymətləri təxminən 17% azalıb. Lakin fiziki neft tədarükünün çatışmazlığı yaxın həftələrdə daha da pisləşəcək. Buna görə də, alıcılar “qara qızıl”ın hər bareli üçün 140 dollardan çox pul ödəməyə hazırdırlar.

Amerika proqnozlarına görə, İran müharibəsinin qaynar mərhələsinin apreldə başa çatacağı ehtimalına görə, qlobal neft bazarının normallaşması yalnız 2026-cı ilin sonuna qədər mümkündür. İstehlakçılar üçün yanacaq qiymətləri yüksək olaraq qalacaq. Hələlik isə İran və ABŞ arasında müvəqqəti atəşkəs xəbərlərindən sonra qlobal bazarlarda neft fyuçerslərinin qiymətləri azalır. Lakin bu cür fyuçerslər sadəcə fond bazarı spekulyasiyaları üçün kağız alətdir. Faktiki neft tədarükü bazarında vəziyyət gərgin olaraq qalıb. “Platts”ın məlumatına görə, “Brent” markalı neftin satış qiyməti bir barel üçün 144 dolları keçib. Belə yüksək qiymətlər təkcə Hörmüz boğazından tankerlərin hərəkətinə qoyulan məhdudiyyətlərlə deyil, həm də hasilatın aşağı düşməsi və ixracatçı ölkələrdə neft daşınması üçün texniki gücün azalması ilə əlaqədardır. İraq, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər və Bəhreyn mart ayında ümumilikdə hasilatı gündə təxminən 7,5 milyon barel azaldıblar. ABŞ Energetika Nazirliyinin məlumatına görə, aprel ayında neft hasilatının azalması gündə 9,1 milyon barelə qədər artacaq. Onların hesablamaları münaqişənin aprel ayında başa çatacağı və Hörmüz boğazından ticarət axınının tədricən bərpa olunacağı ssenariyə əsaslanır. Bu ssenariyə əsasən, ABŞ Energetika Nazirliyi may ayında ümumi hasilat azalmasının gündə 6,7 milyon barelə qədər həddə enməsini gözləyirç ABŞ Energetika Nazirliyinin məlumatına görə, bu ssenariyə əsasən, yalnız 2026-cı ilin sonuna qədər müharibədən əvvəlki qlobal neft hasilatı səviyyələrinə qayıtmaq mümkündür. “Brent” markalı xam neftin spot qiymətinin 2026-cı ilin ikinci rübündə barrel üçün 115 dollara çatacağı proqnozlaşdırılır. Bununla belə, Energetika Nazirliyi gələcək təchizat fasilələri ilə bağlı qeyri-müəyyənlik səbəbindən proqnoz dövründə neft qiymətlərinin yüksəlməsinin davam edəcəyini gözləyir. “Brent” markalı xam neftin qiyməti yalnız 2026-cı ilin dördüncü rübündə barel üçün 90 dollardan aşağı düşəcək. ABŞ rəsmilərinin fikrincə, növbəti ildə, 2027-ci ildə isə orta illik qiymət barel üçün 76 dollar ətrafında olacaq. Bu neft qiyməti proqnozu Azərbaycan hökumətinin ssenariyə daxil edilmiş gözləntilərindən çox fərqlidir.

Neftin qiymətinin hər 10 dollar artması Azərbaycanın illik ixrac gəlirlərini təxminən 3 milyard dollar artırır. Bu isə ölkə iqtisadiyyatı üçün təxminən ÜDM-in 4%-i həcmində əlavə gəlir deməkdir. Beləliklə, neft qiymətlərinin yüksəlməsi dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına, Dövlət Neft Fondu vasitəsilə valyuta ehtiyatlarının artmasına və ümumilikdə makroiqtisadi sabitliyin güclənməsinə şərait yaradır. Neft gəlirlərinin artması iqtisadi artımı stimullaşdıran amillərdən biridir. Digər tərəfdən, neft gəlirlərinin artması dövlət xərclərinin genişlənməsinə, infrastruktur layihələrinin icrasının sürətləndirilməsinə, regionların inkişafına əlavə təkan verir, həmçinin əməkhaqlarının, pensiya və sosial ödənişlərin artırılması üçün fiskal baza yaradır. Dövlət investisiyalarının artması tikinti sektorunun, xidmət sahələrinin, nəqliyyat və logistika sektorunun aktivləşməsinə səbəb olur. Cari il ərzində isə yüksək neft qiymətləri Azərbaycan üçün əlavə imkanlar yaradır. Lakin ekspertlərə görə, neft qiymətlərinin artması qısamüddətli dövrdə müsbət effekt versə də, uzunmüddətli dövrdə əsas prioritet bu gəlirlərin iqtisadiyyatın diversifikasiyasına yönəldilməsi olmalıdır. Çünki dayanıqlı iqtisadi inkişaf yalnız neft gəlirlərinə deyil, güclü qeyri-neft sektoruna əsaslanmalıdır. Əgər əldə olunan əlavə gəlirlər istehlaka deyil, sənayeləşmə, ixracyönümlü istehsal, texnologiya, kənd təsərrüfatı və yüksək əlavə dəyər yaradan sahələrin inkişafına yönəldilərsə, bu zaman neft gəlirləri ölkənin real və davamlı iqtisadi gücünə çevrilə bilər. Əks halda, neftdən asılılıq davam edər və gələcəkdə neft qiymətlərinin azalması yenidən iqtisadi risklər yarada bilər. İndiklikdə benzin, dizel yanacağı və reaktiv yanacağın qiymətləri qlobal miqyasda artır və gəmi çarter xərcləri də yüksəlir. Neft və qaz müqavilələrinin qiymətlərinin artması qaçılmaz olaraq əlaqəli şirkətlərin yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Bu, nəqliyyat xidmətlərinə, logistikaya və elektrik enerjisinə təsir göstərəcək. Sənaye xərcləri və inflyasiya təzyiqi artacaq. Beləliklə, nəticələr beynəlxalq yanacaq və enerji sektorundan çox kənara çıxır. Bütün bunlar Azərbaycan üçün yeni imkanlar pəncərəsi açır. Lakin bu imkanların düzgün dəyərləndirilməsi və vaxtında istifadə edilməsi də çox mühümüdür. Onu da qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı, neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. 2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (38 milyard 423 milyon manat) 16 milyon 350 milyon manatı neft-qaz sektorunun hesabına formalaşmalıdır. Bu ilin yanvar-mart aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat təşkil edib. Bu da proqnozun 458.9 milyon manat və ya 5 faiz üstələnməsi deməkdir. 2026-ci ilin yanvar-mart aylarında dünya bazarlarında “Azeri Light” markalı neftin 1 barelinin orta illik ixrac qiyməti 85,11 ABŞ dollarına bərabər olub. Qeyd edildiyi kimi, mövcud qiymət Azərbaycanın neft ixracından əldə etdiyi gəlirlərin və strateji ehtiyatların artmasına şərait yaradır ki, bu da iqtisadiyyat üçün müsbət amildir. Bununla yanaşı, proseslərin uzunmüddətli davamı idxal məhsullarının bahalaşması və idxal inflyasiyası riskləri yarada bilər. Lakin Mərkəzi Bankın son açıqlamalarında qeyd olunduğu kimi, hazırda inflyasiyanın sürətli artımı ilə bağlı ciddi təhlükə müşahidə edilmir və uçot dərəcəsi dəyişdirilməyib. Ümumilikdə qiymət artımının Azərbaycanın makroiqtisadi göstəricilərinə təsirinin daha çox müsbət olacağı gözlənilir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ