şənbə günü, 26 sentyabr 2026
     

Həm regional, həm qlobal - Azərbaycanın təcrübəsi...

Image


Müasir dövrdə dünyanın üzləşdiyi və ciddi kataklizmlərə səbəb olan məqamlardan biri də müxtəlif coğrafiyalarda davam edən çoxsaylı konfliktlərdir. Bu durumda beynəlxalq münasibətlər sistemində sabitlik və təhlükəsizlik ciddi sınaqlarla üz-üzədir. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr və müharibələr yalnız iştirakçı tərəfləri deyil, qlobal miqyasda siyasi və iqtisadi tarazlığı da sarsıdır. Bu baxımdan, hazırkı geosiyasi vəziyyət göstərir ki, münaqişələr XXI əsrin ən aktual problemlərindən biri olaraq qalmaqdadır.

Son illərin ən diqqətçəkən qarşıdurmalarından biri Rusiya-Ukrayna müharibəsidir. Artıq dörd ildən çoxdur davam edən bu müharibə minlərlə insan itkisi, milyonlarla qaçqın, dağıdılmış şəhərlər və çökmüş infrastruktur ilə müşayiət olunur. Münaqişənin qısa müddətdə başa çatacağı ilə bağlı ilkin proqnozlar özünü doğrultmur, əksinə, tərəflər arasında qarşıdurma daha da dərinləşir. Bununla yanaşı, enerji bazarlarında qeyri-sabitlik, ərzaq təhlükəsizliyi problemləri və iqtisadi böhranlar bu müharibənin qlobal təsirlərini daha da gücləndirir. Digər tərəfdən, Yaxın Şərqdə gərginliyin artması da beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. İran ilə ABŞ və İsrail arasında baş verən qarşıdurmaların qısa müddətdə yekunlaşacağı gözlənilsə də, artıq həftələrdir davam edən bu proses regionda təhlükəsizlik risklərini artırıb. Atəşkəs razılaşması isə çox kövrək olaraq qalır. Bu münaqişənin nəticələrinin qeyri-müəyyənliyi yalnız region ölkələrini deyil, həm də dünya iqtisadiyyatını narahat edir. Neft qiymətlərində dalğalanmalar, beynəlxalq ticarətdə risklərin artması və investisiya mühitinin pisləşməsi bu qarşıdurmanın qlobal təsirlərinə nümunədir.

Belə mürəkkəb beynəlxalq fonunda Azərbaycanın əldə etdiyi hərbi-siyasi qələbə xüsusi diqqət çəkir. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan cəmi 44 gün ərzində ərazi bütövlüyünü bərpa etdi və Ermənistanı kapitulyasiyaya məcbur etdi. Bu qələbə müasir müharibə tarixində nadir rast gəlinən “mütləq qələbə” nümunəsi kimi qiymətləndirilir.

Azərbaycanın bu uğurunun əsas səbəblərindən biri ordunun yüksək döyüş qabiliyyəti və əsgərlərin qəhrəmanlığı oldu. Azərbaycan əsgəri yalnız texniki üstünlüklə deyil, həm də yüksək mənəvi ruh və vətənpərvərlik hissi ilə seçildi. Müharibə zamanı göstərilən rəşadət və fədakarlıq cəmiyyətin bütün təbəqələrində milli birlik və həmrəyliyi daha da gücləndirdi.

Bununla yanaşı, Azərbaycanın qələbəsində siyasi liderliyin rolu xüsusi vurğulanmalıdır. İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət ölkənin hərbi, iqtisadi və diplomatik gücünü sistemli şəkildə artırdı. Prezidentin dəfələrlə vurğuladığı kimi, “biz bu qələbəni döyüş meydanında qazandıq” tezisi Azərbaycanın münaqişənin həllində beynəlxalq hüquqa və ədalət prinsipinə əsaslandığını göstərir.

Prezident İlham Əliyevin çıxışlarında tez-tez səsləndirdiyi əsas fikirlərdən biri də ondan ibarətdir ki, Azərbaycan uzun illər ərzində danışıqlar prosesinə sadiq qalsa da, nəticə əldə olunmadığı üçün hərbi yolla öz haqqını bərpa etmək məcburiyyətində qalıb: “Ermənistan status-kvonu əbədi saxlamaq istəyirdi, lakin biz bunu qəbul edə bilməzdik”. Bu yanaşma Azərbaycanın prinsipial mövqeyini və milli maraqlara sadiqliyini əks etdirir.

2023-cü ildə həyata keçirilən Qarabağda antiterror əməliyyatı isə ölkənin suverenliyinin tam bərpası ilə nəticələdi. Bu əməliyyat qısa müddətdə və minimal itkilərlə həyata keçirildi, separatçı qüvvələrin fəaliyyəti tamamilə dayandırıdı. Bu da göstərdi ki, Azərbaycan yalnız müharibə meydanında deyil, həm də postmünaqişə dövründə effektiv idarəetmə və təhlükəsizlik strategiyasına malikdir.

Azərbaycanın əldə etdiyi bu uğur bir neçə mühüm amilin sintezi nəticəsində mümkün oldu: güclü iqtisadi baza, müasir silahlanma, peşəkar ordu quruculuğu, beynəlxalq arenada balanslı diplomatiya və ən əsası, qətiyyətli siyasi iradə. Bu model digər münaqişə yaşayan ölkələr üçün də müəyyən mənada nümunə kimi çıxış edir.

Fakt odur ki, müasir dünyada davam edən münaqişələr fonunda Azərbaycanın təcrübəsi göstərir ki, milli birlik, güclü liderlik və strateji yanaşma olduqda, uzun illər davam edən problemlərin belə qısa müddətdə həlli mümkündür. Bu baxımdan, Azərbaycanın qazandığı qələbə yalnız regional deyil, həm də qlobal miqyasda öyrənilməli və təhlil edilməli bir nümunə kimi dəyərləndirilir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ