“Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində maraqlı bir paylaşım edib.
A.Quliyev yazır:
Trampın çevrəsində nələr olur?
Dünya gündəmini İran müharibəsi tutub... Atəşkəsin taleyi tükdən asılıb. Livan vurulur, Körfəz ölkələri yenidən vurulur... Elə bu dəmdə dəqiqələr öncə Trampın xanımı Meloni öncədən deyilmədən, qəfil jurnalistləri yığır və bəyanatlar verir:
- Mənə qarşı bu qaralamaları dayandırın...
- Mənim Epşteynlə heç əlaqəm olmayıb..
- Mən Epşteynin adasında heç olmadım...
- Məni Trampla Epşteyn tanış etməyib...
- Mən Trampla 1998-ci ildə özüm tanış oldum...
Və sair…
Heç dəxli var? Epşteyn dosyası müvəqqəti olaraq gündəmdən çıxıb. Heç kim Melonidən bununla bağlı nəsə tələb etmir(?). Adam meydana çıxaraq özünü Epşteyn biabırçılığından mühafizə edən açıqlamalar verir...
Nələr baş verir Amerikada? İzləyək...
Tahir TAĞIYEV