13/11/2019 22:19
728 x 90

Sorğuya görə, Aİ Azərbaycanda ən etibarlı beynəlxalq təşkilat hesab olunur

img

Avropa İttifaqı (Aİ) Azərbaycanda ən etibarlı beynəxalq təşkilat hesab olunub. Trendin məlumatına görə, bu barədə Aİ-nin ölkədə keçirdiyi rəy sorğusunda qeyd edilir.

Respondentlərin 35 faizi Aİ-ni ən etibarlı təşkilat hesab edib. Sonrakı sırada BMT (25 faiz), NATO (20 faiz), Avrasiya İqtisadi İttifaqı (25 faiz) yer alıb.

Azərbaycn əhalisinin 46 faizi Aİ barədə müsbət fikrə malikdir, 31 faizi neytral yanaşır, 8 faizi mənfi fikrdədir, 15 faizi isə Aİ barədə heç vaxt eşitməyib.

Sorğuya əsasən, 74 faiz respondent Aİ ilə Azərbaycanın münasibətlərini yaxşı, 14 faiz pis, 12 faiz neytral hesab edir.

Son xəbərlər