24/07/2019 01:19
728 x 90

ABŞ Konqresinin Qarabağ probleminin həlli ilə əlaqədar qəbul etdiyi maraqlı qətnamə - danışıqlar prosesinə real təsir olacaqmı...

“Mən ABŞ Konqresinin saytında bu adda sənədə rast gəlmədim”

img

Ermənistan KİV-inin verdiyi məlumata görə, ABŞ Konqresi Dağlıq Qarabağda atəşkəs rejimini möhkəmləndirməyə yönələn düzəlişi qəbul edib. Qeyd edilir ki, respublikaçı konqresmen Cudi Çunun təklif etdiyi düzəlişlər Dağlıq Qarabağda atəşkəs rejimi ilə bağlı bir sıra məqamları əks etdirir: Təmas xəttindən snayperlərin, ağır texnikanın və yeni silahların geri çəkilməsi, ATƏT-in müşahidəçilərinin sayının artırılması, təmas xəttində atəşkəs rejiminin pozulmasının fiksasiya olunması.

Artıq ABŞ-dakı erməni diasporu düzəlişin qəbul olunmasına müsbət reaksiya verib. Konqresmen Cudi Çu ermənipərəst mövqeyi ilə tanınır. Qondarma “DQR”in “rəsmiləri” mediaya verdikləri açıqlamada bunu böyük uğur kimi xarakterizə edirlər. Əslində nə baş verir və bunun Qarabağla bağlı danışıqlara nə kimi təsiri ola bilər?

  • Yeganə Hacıyeva: “Söhbət “Milli Müdafiə Aktı” adlı sənədə təklif olunan düzəlişlərdən gedir”

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu heç də ABŞ Konqresinin Azərbaycana qarşı xüsusi qətnamə qəbul etməsi kimi yozulmamalıdır: “Mən ABŞ Konqresinin saytında bu adda sənədə rast gəlmədim. Dövlətlərin və xüsusilə də nizamlayıcı missiyası olan ölkələrin konfliktlərə yanaşması xüsusi olmalıdır. Burada söhbət sırf konfliktlə bağlı düzəlişlərdən getmir. Söhbət “Milli Müdafiə Aktı” adlı sənədə təklif olunan düzəlişlərdən gedir. Orada ümumi maraqların qorunması və sülhə dəstək bəndi var. Hər iki konqresmenin göstərdiyi bu yenilikləri onlar belə əsaslandırırlar ki, guya təkliflərin ABŞ-ın ümumi maraqlarına xeyri var. Aydındır ki, bu, erməni lobbi qruplarının xüsusi sifarişi əsasında baş tutur. Çünki təkilfləri verən konqresmenlərin hər ikisi ermənipərəstliyi ilə seçilir. Təklif olunan düzəlişlər ABŞ qanunvericiliyində əksini tapa bilməz. Bu, hüquqi mübahisə mövzusudur. Çünki bunlar ABŞ-ın ümumi maraqları ilə uzlaşmır. Atəşkəs rejimi ilə bağlı müşahidələrin gücləndirilməsini uzun müddətdir ermənilər təklif edir. Azərbaycan tərəfinin bununla bağlı mövqeyi konkretdir. Biz deyirik ki, əvvəl işğalçı ordu əraziləri tərk etməlidir, sonra bu məsələ ətrafında müzakirələr aparıla bilər. Bu cür halları gündəmə gətirməklə ermənilər informasiya piarı aparırlar. Söhbət konkret qətnamənin və ya düzəlişin qəbulundan deyil, olunan təkliflərdən gedir. Bu məsələdə xüsusilə də media mənsubları həssas olmalıdırlar. Sadəcə, erməni lobbisi ABŞ-ın ümumi maraqlarına uyğun olan düzəlişlərə bəzi bəndləri soxuşdurub, onu öz qələbəsi kimi qəbul etdirmək istəyir. ABŞ Konqresinin Dağlıq Qarabağ münaqişəsinə təsir edə biləcək mexanizmi yoxdur. ABŞ-ın vasitəçi mövqeyi var ki, bu da deyilən məsələ ilə qətiyyən uzlaşmır. Hətta belə düzəliş qəbul edilsə belə, bunun danışıqlar prosesinə heç bir təsiri olmayacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər