şənbə günü, 07 noyabr 2026
     

Köçəryanın ardınca Sarkisyanın da həbs planına start verildi

Image


Ermənistanda “Qarabağ klanı” ilə mövcud hakimiyyət arasında çəkişmələrin daha da şiddətlənməsi müşahidə olunur və belə görünür ik, birincilər Nikol Paşinyan iqtidarından revanş almaqda israrlıdır. Paşinyan isə, öz növbəsində, “Qarabağ klanı”nın əsas təmsilçilərini hüquqi müstəvidə sıradan çıxarmaqda davam edir.

Sabiq prezident Robert Köçəryanın həbsindən sonra bu dəfə diqqət “Qarabağ klanı”nın digər əsas təmsilçisi Serj Sarkisyan üzərində cəmləşməkdədir. Ermənistanın “Joxovurd” nəşri yazır ki, Sarkisyan öncə 2016-cı ilin aprelində Dağlıq Qarabağda baş verənlər barədə məlumat verməsi üçün parlamentə dəvət olunacaq. Daha sonra onun günahkar bilinərək məhkəmə istintaqına cəlb edilməsi və bununla da həbsə atılması gözlənir. Keçmiş müdafiə naziri Seyran Ohanyanı da eyni aqibət gözləyir.

Yaranmış vəziyyətdə “Qarabağ klanı” Rusiya və digər ölkələrdən dəstək almaqla Paşinyanın onlara qarşı gedişlərini neytrallaşdırmaq istəyir. Elə bundan irəli gəlir ki, Robert Köçəryanın tərəfdarları Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuskun bu ölkəyə səfər etdiyi gün İrəvanda aksiya keçiriblər. Köçəryanın tərəfdarları Donald Tusk və Nikol Paşinyanın mətbuat konfransı keçirdikləri hökumət binasına yaxınlaşmağa cəhd ediblər. Lakin polis etirazçıların qarşısını alıb. Ermənistanın sabiq prezidentinin vəkili Ayk Alumyan isə bildirib ki, Robert Köçəryanın oğlu Sedrak Köçəryana atası ilə görüşməyə imkan verilmir: "Hazırda Köçəryanın yaxınlarına onunla görüşməyə imkan verilmir. Məsələn, onun oğlu Sedrak Köçəryana atasına baş çəkməyə icazə vermədilər". O əlavə edib ki, bu problemi məhkəmə vasitəsilə həll edəcəklər və lazım olsa, beynəlxalq ictimaiyyətin də diqqətini buna cəlb edəcəklər. Vəkil qeyd edib ki, Köçəryanı ziyarətlə bağlı problemlər hələ ilin əvvəlindən başlayıb. Köçəryanın qohumlarına yeni ilin bayram günlərində onu ziyarət etməyə imkan verilməyib. Onun sözlərinə görə, bütün bunlar ölkədə diktatura idarəçilyinin nəticəsidir. Köçəryan əsas etibarı ilə “1 mart” işinə görə ittiham olunur. Qeyd edək ki, bir neçə gün öncə Köçəryan bəyanatla çıxış edərək, Nikol Paşinyanın 2008-ci ilin martında İrəvanda baş verən kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıdığını bildirmişdi: "Ermənistanın hazırkı baş naziri 2008-ci ilin 1 martındakı kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır. Onun təsəvvüründə günahkar mənəm".

Xatırladaq ki, iyunun 25-i Ermənistanın Apelyasiya Məhkəməsi Köçəryanın həbsdən azadlığa buraxılması haqqında qərarı ləğv edərək, onun həbsi barədə qərar çıxarıb. Hazırda Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın da məhkəməsi gedir. Onların da tezliklə həbsə atılması gözlənir. Həmin şəxslər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər. Yuxarıda qeyd olunduğu kimi, onların sırasına Serj Sarksiyanın da qatılması gözlənir.

Erməni politoloq Hayk Martirosyan Ermənistanda bu fonda yaranmış böhranlı vəziyətlə bağlı danışarkən maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, baş verən proseslər onu göstərir ki, yaxınlarda Ermənistanda məhz saray çevrilişi olacaq: “Siyasi səhnədən keçmiş rejimi və onun qalıqlarını uzaqlaşdırmaq üçün kəskin fəaliyyət göstərməklə prosesləri başqa istiqamətdə aparmaqdan ötrü bütün imkanlara malik olan hakimiyyət öz funksiyasını yerinə yetirməyib. Hazırda köhnə rejim yeni simalar, yeni qüvvələr, yeni güc və dəstəklə - o cümlədən, yalnız daxildə deyil - hərtərəfli mübarizəyə qoşulub. Bu da məntiqə uyğundur.  Sülh şəraitində keçmiş rejim saray çevrilişi istiqamətində fəaliyyət göstərir. Bu ssenari ətrafında mövcud hakimiyyət daxilindən yalnız daxili deyil, bir sıra xarici güclərlə də həvəslə əməkdaşlıq edəcək insanlar tapılacaq. Belə olan halda Paşinyanı dəstəkləyənlər ordusunun sıfıra düşməsindən parlament çevrilişi istisna olunmur. Məhz “Mənim Addımım” fraksiyasının müxtəlif qolları və parlamentin digər partiyaları tərəfindən saray çevrilişi olacaq”. O qeyd edib ki, Paşinyan xəyanətkar axtararkən güzgüyə baxsın, bəlkə ona daha tez qovuşdu: “Belə olan halda indiki iqtidar hakimiyyətdə çox qala bilməz. Keçmiş siyasi xadimlərin çoxdan siyasi səhnədən uzaqlaşdırmalı və türmələrdə cəzalarını çəkməli olduqları halda artıq siyasi amilə çevrilmələri biabırçılıqdır. Bu, inqilab liderləri tərəfindən xalq inqilabına xəyanət deməkdir. Paşinyan ölkədə itin yiyəsini tanımadığı bir vəziyyət yaradıb”. Martirosyan Paşinyanı heç nəyə yaramayan rəhbər adlandırıb.

Ermənistan daxilində olanlarla yanaşı, “Qarabağ klanı” ilə mövcud hakimiyyət arasında çəkişmələrin Azərbaycanın işğal edilmiş ərazilərində də şiddətlənməsi müşahidə olunur. Ermənistanda nəşr edilən “Past” qəzeti yazır ki, tərəflər əvvəlki qaydada separatçı rejimin rəhbəri vəzifəsinə öz adamlarını gətirməyə çalışır. Qəzet yazır ki, bu durumda Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” general Samvel Babayanın Azərbaycanın işğal altındakı ərazilərində hakimiyyətə gəlmək üçün apardığı fəaliyyət vəziyyəti daha da qarışdıra bilər: “Paşinyan Samvel Babayana qarşıdır və onun Qarabağdakı rejimin rəhbəri olmasını istəmir. Digər tərəfdən, Babayan gələn il keçiriləcək “prezident seçkilərində” namizədliyini irəli sürə bilməz, çünki Qarabağdakı rejimin indiki “konstitusiyası” buna imkan vermir. Babayan “Dağlıq Qarabağ vətəndaşı” deyil.

Lakin o, tərəfdarlarını toplayaraq “konstitusiyanı” dəyişdirməyə çalışır, imza toplayır. Hazırda Babayan 20 minə yaxın imza toplayıb. Dağlıq Qarabağın “təhlükəsizlik xidməti” isə ona eyhamla bu günlərdə belə bir xəbərdarlıqla çıxış edib ki, hakimiyyət “antikonstitusion addımların, qanunsuzluğun, sabitliyi pozmaq cəhdlərinin” qarşısını alacaq. Hakimiyyətə yaxın KİV-də belə məlumatlar dərc olunur ki, Babayan Qarabağda çaxnaşma yaratmağa, destablizasiyaya hazırlaşır. Beləliklə, yaxın vaxtlarda Qarabağda maraqlı hadisələr gözlənilir və bizim məlumatımıza görə, hakimiyyət yolverilməz hərəkətlərin qarşısını almaq üçün bütün səyləri göstərir. Paşinyan belə vəziyyətdən istifadə etməklə Qarabağda öz adamını rəhbər təyin etməyə cəhd edir”.

Belə vəziyyətdə  Nikol Paşinyanla Dağlıq Qarabağdakı qondarma rejim arasında münasibətlərin daha da gərginləşəcəyi gözlənir. Çünki, qeyd olunduğu kimi, Paşinyan Qarabağda öz adamını hakimiyyətə gətirməyə çalışır, “Qarabağ klanı“ isə öz adamlarını - general Vitali Balasanyanı “prezident” etmək istəyir. Bu durumda Samvel Babayanın Qarabağda vəziyyəti qarışdırması zəbt edilmiş ərazilərdə xaotik bir vəziyyətin yaranmasına gətirib çıxaracaq. İndi belə vəziyyətdən həm “Qarabağ klanı“, həm də Paşinyan öz məqsədləri üçün istifadə etməyə çalışır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ