şənbə günü, 07 noyabr 2026
     

Ermənistanın təcavüzkar siyasəti üzündən KTMT-də Azərbaycanın xeyrinə dərin proseslər başlayıb

Image


İşğalçı Ermənistanda bu gün böyük narahatlıq və narazılıq predmetinə çevrilən məqamlardan biri də Azərbaycan-Türkiyə-Rusiya üçbucağında genişlənən əlaqələrdir. İndi siyasi, iqtisadi, hərbi və digər istiqamətlərdə bu üç dövlət arasında intensiv əməkdaşlıq münasibətlərinin qurulması  müşahidə olunur. Qarşıdakı dövr ərzində birgə əməkdaşlıq nəticəsində Azərbaycan, Türkiyə və Rusiyanın işbirliyinin daha da güclnəməsi gözlənir. Belə vəziyyət isə işğalçı Ermənistanda getdikcə daha böyük təşviş doğurur. Burada hesab edilir ki, yaranmış vəziyyət Dağlıq Qarabağ münaqişəsinin də gedişinə təsir göstərərək Ermənistanın regionda mövqelərinə daha ciddi şəkildə zərbə vuracaq.

Ekspertlər hesab edir ki, indiki məqamda ermənilərin ciddi narahatlıq keçirməsi heç də əbəs deyil. Məsələ burasındadır ki, Rusiya və Türkiyə artıq böyük dövlətlər kimi dünya siyasətinə təsir edə bilir. Azərbaycan da Cənubi Qafqazın lider dövləti olaraq hər iki ölkə ilə yüksək səviyyəli əlaqələrə malikdir. Bununla yanaşı, Rusiya və Azərbaycan zəngin enerji ehtiyatlarına malikdir və bu fonda da dünyanın siyasi, iqtisadi arenasında mühüm rol oynayırlar. Türkiyə isə artıq bu dövlətlərin enerji resurslarını ixracında əsas tranzit ölkə qismində çıxış edir. Qeyd edilən səbəblərdən bu üç dövlətin əməkdaşlığı regional və qlobal miqyasda geosiyasi əhəmiyyət kəsb edir. Digər tərəfdən daha bir mühüm məqam bundan ibarətdir ki, indi  Moskva ilə Ankara arasında əlaqələr müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Türkiyənin NATO üzvü olmasına baxmayaraq, bu, hərbi sahəni də əhatə etməyə başlayıb. Bunun fonunda iki böyük dövlət arasında siyasi, mədəni, nəqliyyat, enerji, turizm və başqa vacib sferalarda qarşılıqlı faydalı əməkdaşlıq inkişafdadır. Görünən həm də budur ki,  Ankara və Moskva əlaqələri yeni səviyyəyə yüksəltməkdə qərarlıdır. Burada Azərbaycan faktorunu da unutmaq olmaz. Ən azı o baxımdan ki, məhz Azərbaycan iki böyük qonşu dövlət arasında əməkdaşlığın inkişafına özünün töhfələrini verməkdədir. İndi faktiki olaraq bir çox sahələr üzrə bu üç ölkənin əməkdaşlığı yeni mərhəlyə yüksəlib və bu proses o dərəcədə inkişaf edib ki, artıq ekspertlər onun geosiyasi təsirindən bəhs edir. Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatı, ekspertlərin fikrincə, Cənubi Qafqazda geosiyasi mühitin sabitləşməsinə də töhfələr verə bilər. Elə bundan irəli gəlir ki, Ermənistan yaranmış durumda Azərbaycanla əməkdaşlıq edən Rusiyaya tez-tez iradlar bildirməyə çalışır. Eyni zamanda, Belarus və Qazaxıstana qarşı da müəyyən ittihamlar irəli sürür. Çünki bu ölkələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanla eyni sırada yer alsalar da Azərbaycanla, eləcə də Türkiyə ilə əməkdaşlığa daha çox önəm verirlər.

İndi Ermənistanda belə əndişə yaranıb ki, bu gedişlə Azərbaycan və Türkiyənin KTMT-yə üzvlüyünə Rusiya lazımi şərait yaradaraq İrəvanın bu təşkilatda sarsılmış mövqeyinə daha bir zərbə endirəcək. Halbuki, bundan əvvəl erməni siyasətçiləri, ekspertləri və hərbçiləri tez-tez Azərbaycana qarşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi imkanlarından istifadə edə biləcəklərini dilə gətirirdilər. Lakin bu məsələnin əslində belə olmadığı hamıya məlumdur. Əksinə, Ermənistanla təşkilatın digər üzvləri arasında fikir ayrılığı hələ də qalmaqdadır. Ötən ilin noyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammiti də Ermənistan  üçün bu xüsusda ciddi bir dərs oldu. Xatırladaq ki, həmin vaxt sammitdə təşkilatın baş katibi vəzifəsində olan Yuri Xaçaturovun azad edilməsi Ermənistanın 2020-ci ilə qədər bu təşkilatda söz sahibi olmaq niyyətini puç etdi. Astanada Qazaxıstanın o vaxtkı prezidenti Nursultan Nazarbayev isə çıxış edərək bildirdi ki, həmin vəzifəni Ermənistan nümayəndəsi deyil, Belarus nümayəndəsi tutmalıdır. Bu sammit həm də onunla yadda qaldı ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Elə o vaxtdan İrəvanda hay-həşir salmağa başladılar ki, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənəd Azərbaycanın bu quruma üzv olmasına hesablanıb. Ekspertlər də bildirirdi ik, faktiki olaraq Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq, KTMT öz nizamnaməsində dəyişiklik edərək həmin təşkilat yanında müşahidəçi dövlət statusu müəyyən edib. Ermənistan rəhbərliyi bundan sonra əmin oldu ki, Azərbaycanın KTMT-də çox ciddi nüfuzu var. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Ermənistanın hər zaman təşkilatın imkan və potensialından istifadə etməklə Azərbaycanı hədələməsi istiqamətində cəhdlərinin boşa çıxması idi. Təşkilatın mövqeyi  bir daha onu göstərdi ki, Azərbaycana bu qurumda böyük hörmət, ehtiram var. İndi Ermənistanı qorxudan başlıca məsələ Azərbaycan və Türkiyənin quruma üzv olaraq burada İrəvanı daha sərt şəkildə sıxışdırmaq imkanı qazanmasıdır.

Ermənistanın “1in.am” nəşri baş verənlərlə bağlı yazır ki,  Kreml Bakı və Ankaranı təşkilatda görməyi çox arzu edir. Qeyd olunur ki, məhz belə bir vaxtda Rusiya prezidenti Vladimir Putin KTMT-də müşahidəçi statusu və təşkilatda təmsil olunan ölkələrin səlahiyyətlərinin aydınlaşdırılması haqqında qanun layihələri paketini təsdiq olunmaq üçün Dövlət Dumasına təqdim edib. Nəşr yazır ki, müvafiq  sənədin əsaslandırılmasında KTMT-nin “üzv ölkələrinin nümayəndələri” anlayışı aydınlaşdırılır: “Sənədin əsaslandırılmasında qeyd edilib ki, KTMT-nin “üzv ölkələrinin nümayəndələri” anlayışı aydınlaşdırılır. KTMT-də səlahiyyətli nümayəndə anlayışı əvəzinə daimi və səlahiyyətli nümayəndə anlayışı daxil edilir. Baş katibin müavini vəzifələri və onların anlayışı müəyyən olunur. Bu təlimatla, həmçinin, güzəştlər və toxunulmazlıqlar yalnız baş katib və onun ailəsi üçün deyil, onun müavinləri və ailə üzvləri üçün də tətbiq olunur. Burada 1961-ci il aprelin 18-də diplomatik münasibətlər haqqında Vyana konvensiyasının əsas götürüldüyü bildirilib. Üçüncü təlimatda isə KTMT-nin “müşahidəçi” və “tərəfdaş” statusları təşkilat üzvü olmayan, lakin onun məqsəd və problemlərini bölüşən ölkələr və beynəlxalq təşkilatlar üçün müəyyən edilməsini nəzərdə tutur. Maraqlıdır ki, təsdiq olunmağa təqdim edilən 2002-ci il oktyabrın 7-də KTMT-nin hüquqi statusu haqqında razılaşmada dəyişikliklər edilməsi haqqında ikinci və üçüncü təlimatlar 2018-ci il noyabrın 8-də Astanada imzalanıb. Başqa sözlə, Ermənistanın Astanadakı müzakirələrdə iştirak etdiyi və öz razılığını verdiyi məlum olur”. Nəşr qeyd edir ki, müttəfiqlər dolayı yolla institutsional səviyyədə İrəvanın fəaliyyətini tənqid edib: “Diqqət etsək, o zaman rəsmi İrəvanın razılığı ən azı qəribə görünür. İkinci təlimatın müddəaları qüvvəyə minərsə, bunun ardınca ən azı Ermənistan hakimiyyətinin KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı fəaliyyətləri hüquqi ekvivalentlikdən kənar qalır. Məlumdur ki, KTMT-yə üzv digər ölkələr bu düzəlişləri keçən ilin yay ayında Ermənistanda baş verən dramatik hadisələrdən, yəni “1 mart” işi üzrə KTMT-nin yüksək vəzifə sahibi olan Xaçaturova qarşı ittiham irəli sürülməsindən sonra razılaşdırıblar. Başqa sözlə, bizim strateji müttəfiqlərimiz, dolayı yolla institutsional səviyyədə İrəvanın fəaliyyətini tənqidi qiymətləndirərək, bu kimi hadisələrin təkrarlanmasının qanuni şəkildə qarşısını alıblar. Ermənistan, faktiki olaraq, buna razı olub. Bu da Ermənistan hakimiyyətinin “prinsipial” siyasətinin növbəti təzahürüdür. Lakin Ermənistan üçün daha böyük problemi KTMT-nin “müşahidəçi” və “tərəfdaş” statusları anlayışı yaradır. Bu addım, yayılan fikirlərə əsasən, təşkilatın qapılarının Azərbaycan və Türkiyənin üzünə açılmasıdır. Başqa sözlə, Ermənistan üçün yeni pusqular qurula bilər. Keçən il noyabrın 8-də bu məsələ Astanada müzakirə olunarkən irəli sürülən yeniliklərin Ermənistana qarşı istifadə edilməyəcəyinə dair rəsmi İrəvan zəmanət alıb, yoxsa KTMT-də bu məsələ ətrafında Ermənistana qarşı “konsensus, mənfi fikir” formalaşdırılıb? Belə çıxır ki, rəsmi İrəvan ümumi nəzər nöqtəsinə alternativ çıxış yolu olmadığına görə buna razı olub. Aydındır ki, KTMT-də əsasnamə dəyişiklikləri Moskvanın təşəbbüsü ilə həyata keçirilir. Və sual yaranır, bu dəyişikliklər inqilabçı Ermənistanı cəzalandırmaq, yoxsa daha qlobal məqsəd daşıyır?”. “1in.am” nəşri qeyd edir ki, Azərbaycan və Türkiyənin hər hansı formada təşkilatda təmsil olunması Ermənistanın bu qurumda sonunun gəlməsi deməkdir.

Ekspertlər də qeyd edir ki, belə bir hadisə baş verərsə, Ermənistanın KTMT ümidləri Bakı tərəfindən tam alt-üst olunacaq. Burada bir məqamı da xatırladaq ki, Azərbaycanın da KTMT-nin yaranmasında rolu olub. Azərbaycan 1993-cü ilin sentyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsini beş il müddətinə imzalayıb. Lakin beş ildən sonra Azərbaycan bu müqaviləni uzatmayıb. İndi isə vəziyyət Ermənistanın istəmədiyi istiqamətdə əhəmiyyətli dərəcədə dəyişə bilər. Bunu Belarusdan olan siyasi icmalçı Roman Yakovlevski də istisna etmir. Onun sözlərinə görə, əvvəllər Ermənistanda Azərbaycanla müharibə vəziyyətində KTMT-nin köməyindən danışırdılar. Amma bu qətiyyən mümkün olan məsələ deyil və Azərbaycanın təşkilata gəlişi Ermənistan üçün böyük zərbə deməkdir: “KTMT-nin öhdəliklərinə görə, bu təşkilatın üzvləri bir-birinə yardım etmək, bir-birini qorumaq məcburiyyətindədir. Lakin mövcud reallıqlarda danışdığınız yardım sadəcə mümkün deyil. Bu yardım üçün bütün KTMT üzvlərinin razılığı tələb olunur. Bu razılıq isə yoxdur və ola da bilməz. KTMT üzvü olan Ermənistanın qonşu Azərbaycanla müharibə vəziyyətində olmasına baxmayaraq, Bakı ilə nəinki Belarus, həm də bu qurumun qalan üzvləri də hərbi-texniki əməkdaşlığı inkişaf etdirir. Azərbaycanın təşkilata üzvlüyü isə burada Ermənistanın daha arxa plana atılması deməkdir”.

Beləliklə, hadisələrin inkişafı Azərbaycanın qarşıdakı dövr ərzində Ermənistana daha çox zərbə vurması anlamına gəlir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ