17/09/2019 01:01
728 x 90

Rusiya və NATO hərbi rəhbərləri Bakıda bir araya gəldi - FOTO

img

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolterslə görüşüb.

Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, hərbi rəhbərlər Avropa və qlobal təhlükəsizliyin vəziyyəti, Rusiya-NATO təmas xəttində mümkün münaqişələrin qarşısının alınması, terrorizmə qarşı mübarizə məsələlərinə və Əfqanıstan İslam Respublikası və Suriya Ərəb Respublikasında vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı əlaqələrin davam etdirilməsinə birgə maraq ifadə olunub.

Son xəbərlər