şənbə günü, 07 noyabr 2026
     

Rusiyanın Türkiyəyə satdığı S-400-lərin Ermənistanı qorxuya saldığı məqamlar…

Image


ABŞ-ın bütün təzyiqlərinə baxmayaraq, Türkiyə Rusiyadan S-400 raketlərinin alışını başa çatdırmaq üzrədir. Artıq yaxın tezlikdə Türkiyənin Baş Qərargahlıq və Müdafiə Nazirliyi tərəfindən bu raketlərin yerləşdyiriləcəyi bölgələr də açıqlanacaq. Amma Türikyə təkcə S-400 raketlərinin alışı ilə kifayətlənmək niyyətində deyil.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi Gülnur Aybet Demirören qeyd edir ki, Ankara hərbi müstəvidə Moskva ilə işbirlyini daha da genişləndirməyi düşünür. Onun sözlərinə görə, Ankara Rusiya istehsalı olan S-400-lərdən sonra S-500-ləri də almağı düşünür: "S-400-ləri alırıq, çünki hazırda bizə ən sərfəli təklif S-400-lərlə bağlıdır. Biz bunu qəbul etdik. Lakin bizim raket və hava hücumundan müdafiə sisteminə ehtiyacımız burada bitirmi? Xeyr. Çünki biz əslində özümüzün raket və hava hücumundan müdafiə sistemimizi qurmaq istəyirik. Bunun üçün hələ də başqa alternativlərə baxırıq. Bu arada S-500-ləri də düşünürük. ABŞ-ın "Patriot" təkliflərinə açığıq. Yəni bu iş burada bitmiş deyil. Biz texnologiyanın paylaşımı və ortaq istehsal məsələsində qərarlıyıq".

Aybet "G-20" çərçivəsində bir çox ikitərəfli görüşlərin keçirildiyini xatırladaraq, ən çox diqqət çəkən görüşün Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında keçirilən görüş olduğunu bildirib: "Prezident Tramp bizim S-400 məsələsində haqlı olduğumuzu bildirdi. Bu görüş həm ikitərəfli, həm də S-400 məsələsində çox pozitiv bir ortam yaratdı. Bu görüşdən öncə mən amerikalı rəsmilərlə danışdığımda "S-400-ü almayın, gətirməyin" kimi kəlmələr, fikirlər səsləndirirdilər. İndi isə "bəli, biz anlayırıq ki, fikrinizdən geri dönməyəcəksiniz və bu raketləri alacaqsınız. Bundan sonra münasibətlərimizdə nə edə bilərik?" deyə bildirirlər".

Bu arada onu da qeyd edək ki, Türkiyənin S-400 sistemlərini  Ermənistan və Yunanıstan sərhədlərində, Egey dənizi sahillərində yerləşdirməsi daha çox ehtimal edilir. Maraqlıdır ki, Ankaranın S-400 raketləri almasından ciddi əndişə duyan tərəflərdən biri də məhz Ermənistandır. Ermənistanın müdafiə nazirinin sabiq müavini Vaqarşak Arutyunyan bu xüsusda bildirir ki, Türkiyənin S-400 sistemləri ilə təmin olunması Ermənistana baha başa gələ bilər: “Yaranmış vəziyyətə münasibət bildirmək üçün ilk növbədə problemin nədən meydana gəldiyi və S-400 anlaşmasının niyə imzalandığını dərk etmək lazımdır. ABŞ-Türkiyə münasibətlərində gərginlik çoxdan meydana gəlib. Türkiyədə baş verən çevriliş zamanı "İncirlik" bazasının Ərdoğana qarşı istifadə edilməsi bu gərginliyin əsas təməlini qoyub. "İncirlik" hərbi hava bazasında ABŞ qoşunlarının yerləşdirildiyi məlumdur və Ərdoğanın olduğu mehmanxanaya zərbə endirilməsi məqsədilə həmin bazadan təyyarələrin qalxdığı qeyd edilir və ABŞ-Ərdoğan ziddiyətlərinin əsasını həmin hadisənin təşkil etdiyi məlumdur.
Daha sonra Ərdoğanın çevrilişin təşkilatçısı hesab edilən Gülənin ABŞ-dan qaytarılmasını tələb etdikdə rədd cavabı alması bu ziddiyətləri daha da gücləndirib. S-400 vasitələrinə gəldikdə isə, Türkiyə tərəfi bəyan edir ki, ilk növbədə bənzər ABŞ istehsalı olan “Patriot” adlanan sistemin əldə edilməsi üçün ABŞ-a müraciət edilsə də, münasib şərtlər təklif edilməyib. Buna görə də Türkiyə tərəfi bənzər sistemləri Rusiya tərəfindən almağa qərar verib. ABŞ tərəfi tələb edir ki, Türkiyə rus silahlarını almaqdan imtina etsin. Onlar Türkiyəni 100 ədəd yeni nəsil F-35 qırıcılarının verilməyəcəyi ilə hədələyir. Lakin Türkiyə tərəfi artıq bunun üçün ilkin ödəniş edib.
Hazırda hər iki tərəf arasında ziddiyətlər dərinləşməkdədir. ABŞ-ın müttəfiqi və NATO-nun üzvü olan Türkiyə tarixdə dəfələrlə münasibətlərin kəskinləşməsinə rast gəlsə də, bugünədək öz məqsədlərinə çatıb”. Sabiq erməni müavin qeyd edir ki, Suriya amili də bu münasibətlərdə böyük rol oynayır: “Hazırda Türkiyə Rusiya ilə birlikdə bu sahədə müvəqqəti maraqlara sahibdir. Türkiyə türk əhalisinin üstünlük təşkil etdiyi İdlib yaşayış məntəqəsini öz təsir zonasında saxlamaq istəyir və buna görə də İran və Rusiya ilə əməkdaşlıq edir. İran tərəfi də bölgədə Türkiyə kimi liderlik uğrunda mübarizə aparır”. Jurnalistin “Türkiyə-ABŞ ziddiyətlərinin müvəqqəti xarakter daşıdığı və bir gün başa çatacağını nəzərə alsaq, həmin S-400 sistemlərinin Azərbaycana ötürülməyəcəyi və Qarabağ münaqişəsində istifadə edilməyəcəyinə dair hansı zəmanət var” sualına cavabında Arutyunyan bildirib: “Türkiyənin uzaq mənzilli sistemləri olmadığına görə bunu özü üçün əldə edir, Azərbaycanın isə S-300 sistemi var. S-300 sistemi bölgə üçün kifayət edir və S-400-lərin əldə edilməsinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Belə bir anlaşmanın olacağına əsas görmürəm, əksinə, türk mütəxəssislər S-400-ləri tətbiq etmək üçün Azərbaycanda S-300-lərin istifadəsini öyrənməkdədir”. “Yəni İrəvan bu anlaşma ilə bağlı Moskavaya hər hansı bir tələb irəli sürə bilməzmi” deyə verilən növbəti sualı cavablandıran Arutyunyan əlavə edib ki, ilk növbədə bu, hava hücumundan müdafiə sistemidir və ikincisi, bizim o qədər aviasiyamız yoxdur: “Azərbaycanın əlində olan hava hücumundan müdafiə sistemləri ölkənin təhlükəsizliyini təmin etməyə yetərlidir. Buna görə də, Türkiyədən hər hansı sistem götürməsinə zərurət yoxdur. Burada məsələ hərbi yox, daha çox hərbi-siyasi xarakter daşıyır. Türkiyənin bu bölgədə azad fəaliyyət göstərə bilməməsi Ermənistanın maraqlarına cavab verir. Lakin Ankaranın lider rolu uğrunda mübarizə apardığı məlumdur.
Türkiyə bu məsələdə Gürcüstan ərazisində uğurlara nail olub. Türkiyə tərəfi Gürcüstanda sərmayələr qoyur. Hərbi-siyasi razılaşmaları var və Gürcüstanın Rusiya ilə ziddiyətlərinin olması Türkiyənin maraqlarına cavab verir. Bölgədə yalnız Ermənistan qalır ki, Türkiyə orada da tam lider ola bilsin. Rusiya ilə münasibətləri yaxşı olsa da, Moskva Türkiyənin bölgədə üstünlüyə nail olmasını arzu etmir. Lakin istənilən halda S-400-lərin bizimlə sərhəd ərazilərdə yerləşdirilməsi Ermənistan üçün problemdir. Çünki ərazimiz nəzarətdə saxlanır”.

Xatırladaq ki, bundan əvvəl də erməni tərəfi Rusiyanın Türkiyəyə S-400 satmasından ciddi narahatlıq ifadə etmişdi. Amma görünən budur ki, Ermənistanı bu məsələdə də saya salan yoxdur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ