17/07/2019 11:21
728 x 90

Birinci vitse-prezident Mehriban Əliyeva 170 min şirkətin adından Bakıya gəlmiş Fransanın MEDEF Biznes Şurasının prezidenti ilə görüşdü - FOTO

img

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 10-da Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüşüb.

Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönü Azərbaycanda görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva Azərbaycanla Fransa arasında uğurlu əməkdaşlığın qurulduğunu qeyd edərəki, bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini diqqətə çatdırıb. Birinci vitse-prezident siyasi, iqtisadi, humanitar əlaqələrin əhəmiyyətindən danışaraq, bu münasibətlərin iki ölkə arasında əməkdaşlığın daha da inkişafına xidmət etdiyini bildirib, enerji sahəsindəki əməkdaşlığın uğurla davam etdirildiyini deyib, Fransa şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunda fəaliyyətlərinin genişləndilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

MEDEF-in Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö Fransa müəssisələrinin 170-ə yaxın nümayəndəsinin ölkəmizə səfər etdiyini bildirərək, Azərbaycanda keçirdikləri görüşləri yüksək dəyərləndirib, ölkələrimiz arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib. Enerji sektorunda əldə edilən nailiyyətlərdən danışan qonaq Fransa şirkətlərinin qeyri-neft sahəsində - informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi istiqamətlərdə əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Jofrua Ru de Beziö Fransa şirkətlərinin Azərbaycanda daha da fəal çalışmaları üçün ölkəmizdə bütün şəraitin mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə bu ilin martında Mehriban Əliyevanın Fransaya səfərinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Son xəbərlər