17/07/2019 11:19
728 x 90

NATO və Rusiyanın ali hərbi rəhbərləri görüş yeri kimi yenə Bakını seçdilər

img

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolterslə görüşəcək.

Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilir.

“Bakıda Baş Qərargah rəisi Valeri Gerasimov Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar aparacaq”, - nazirlikdən bildiriblər.

Həmçinin, V.Gerasimovun Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə də görüşləri planlaşdırıldığı qeyd edilir.

Vurğulanıb ki, Gerasimov artıq Azərbaycana işgüzar səfərə gəlib.

Qeyd edək ki, V.Gerasimovla T.Uolters arasında iyunun 3-də telefon danışığı olub.

Bu, Rusiya və NATO generalları arasında Bakıda baş tutan dördüncü görüş olacaq. 

Son xəbərlər