şənbə günü, 07 noyabr 2026
     

Ermənilər Qarabağı döyüşsüz təslim etmək zorunda...

Image


Ermənistan daxilində getdikcə dərinləşən ziddiyyətlərin, “Qarabağ klanı” ilə baş nazir Nikol Paşinyan arasında kəskinləşən qarşıdurmanın Dağlıq Qarabağ münaqişəsinə hansı formada təsir göstərəcəyi də xüsusi diqqət mərkəzində yer almağa başlayır. Hesab edilir ki, hadisələr indiki məcrada inkişaf edərsə, daxili qarşıdurmalar səbəbindən Ermənistan, eləcə də zəbt edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejim daha da zəifləyəcək. Bu vəziyyətdə işğalçı ölkənin indiki Qarabağ siyasətini davam etdirməsi də mümkünsüz sayılır.

Hazırda proseslərin təhlili bu qənaətə gəlməyə əsas verir ki, qarşıdakı dövr ərzində erməni tərəfi daha böyük parçalanmalara məruz qalacaq. “Qarabağ klanı” bütün bu baş verənlərdə əsas günahkar qismində Paşinyanı görür və fəaliyyətini də elə bu istiqamətdə qurur. Erməni parlamentinin sabiq sədri, Respublika Partiyasının ali orqanının üzvü Qalust Sahakyan bu xüsusda bildirir: “Biz bütün istiqamətlərdə iflasa gedirik. Bura Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyət də daxildir. Səbəb ölkədə diktatura rejiminin qurulmasıdır. Bu gün Ermənistanda parlament yoxdur, yalnız nə isə etməyi "bacaran" Paşinyan mövcuddur”. Onun sözlərinə görə, ölkə Paşinyanın əlindədir və hökuməti o idarə edir:
"Ermənistanda parlament, hökumət yoxdur. Ölkədə baş verən böhranın bir gün düzələcəyinə ümid edirəm. Lakin bu proses Paşinyan hakimiyyətdən gedəcəyi təqdirdə mümkün olacaq".

Ermənistanın “Joğovurd” nəşri yazır ki, “Qarabağ klanı” ilə Paşinyanın daha qanlı toqquşması gələn il baş verəcək. Çünki gələn il işğal aliındakı ərazilərdə “prezident seçkiləri” keçiriləcək. Bu zaman Paşinyan və “Qarabağ klanı” separatçı rejimin başına öz adamlarının gəlməsini istəyir. Xatırladaq ki, Paşinyanın əsas namizədi qondarma qurumun keçmiş “müdafiə naziri” Movses Akopyandır. “Qarabağ klanı” isə separatçıların başında Qarabağ "Təhlükəsizlik Şurasının" rəhbəri Vitali Balasanyanı görmək istəyir. Ermənistanın “Jamanak” nəşri yazır ki, Vitali Balasanyana “Qarabağ klanı” hərtərəfli dəstək verir. Onu sabiq prezidentlər Robert Köçəryan və Serj Sarksiyan tam şəkildə dəstəkləyir. Hətta “Jamanak” yazır ki, artıq sabiq müdafiə naziri Seyran Ohanyan da onlara qoşulub: “Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan ikinci prezident Robert Köçəryanla eyni komandada fəaliyyət göstərir. Bu fonda Vitali Balasanyanın namizədliyinin xeyrinə aparılan təbliğat kampanyasına Seyran Ohanyan da fəal şəkildə qoşulub. Ohanyan Köçəryanla eyni komandada fəaliyyət göstərir. Onlar seçkilərin yekun mərhələsində fəallaşmağa qərar veriblər”. “Jamanak” yazır ki, “Qarabağ klanı” istənilən yolla Vitali Balasanyanı separatçıların rəhbəri postuna gətirməyə çalışır: “Paşinyan anlayır ki, belə vəziyyətdə Qarabağdakı rejimə öz şərtlərini diqtə edə biləməyəcək. Vitali Balasanyan və onun ətrafında toplaşmış güclü qruplaşma Movses Akopyana qalib gələ bilər”. Nəşr qeyd edir ki, Paşinyan Akopyanın güclü rəqibi olduğunu yaxşı anlayır: “Paşinyan anlayır ki, Vitali Balasanyan və onun ətrafında toplaşmış güclü qruplaşma Movses Akopyana qalib gələ bilər. Akopyan Balasanyanın qruplaşmasına qarşı çıxmaqdan qorxmur və qruplaşma tərkibində mümkün təhdidlərə yer verməyəcək. Bu fonda o, həm də Paşinyandan dəstək gözləyir”.

“Jamanak” yazır ki, belə vəziyyətdə Paşinyan Qarabağda vəziyyəti qarışdırmağa çalışır. O, Dağlıq Qarabağda Silahlı Qüvvələrin keçmiş komandanı Samvel Babayan vasitəsilə burada aksiyalar təşkil edib, “Qarabağ klanı”nın mövqeyini sarsıtmağa cəhd göstərir.  Nəşrə görə, qondarma qurumun “milli təhlükəsilik xidməti” 2020-ci ildə “seçki”lərdə iştirak etmək arzusunda olan qüvvələrə və şəxslərə ayıq-sayıqlıq çağırışı edib: “Maraqlıdır ki, Qarabağda bu çağırışın Samvel Babayana ünvanlandığını hesab edirlər. Artıq Babayanın Qarabağda mitinqlərin keçiriləcəyi barədə bəyanat verdiyi bildirilir. Belə mitinqlərlə Qarabağda vəziyyəti destabil hala gətirmək olar. Bu metod ötən il Ermənistanda uğurla sınaqdan keçib və hakimiyyət dəyişikliyinə səbəb olub”. “Qarabağ klanı” buna cavab olaraq Paşinyan iqtidarı daxilində ziddiyyətlərin yaranmasına çalışır. Elə erməni politoloqları da hesab edirlər ki, yaxın vaxtlarda Ermənistanın iqtidar partiyası daxili çəkişmələrlə çalxalanacaq. Çünki, bir tərəfdən iqtidarda olan “Vətəndaş müqaviləsi” partiyasında vəzifələr uğrunda çəkişmələr güclənib, digər tərəfdən isə Nikol Paşinyanın ətrafındakı insanların peşəkarlığına görə deyil, sadiqlik prinsipi üzrə seçilməsi ciddi fəsadlar yaradır. “Qarabağ klanı” məhz bu vəziyyətdən yararlanıb, hakimiyyət daxilində ziddiyyətlərin güclənməsinə nail olmaqla Paşinyanın mövqeyini zəfilətməyə çalışır.

Politoloq Armen Badalyan qeyd edir ki, Paşinyan hökumətinin daxilində çəkişmələr getdikcə artır və bu da “Qarabağ klanı”nın lehinə işləyir. Onun sözlərinə görə, Paşinyanın özü də partiyasının heç bir ideoloji əsaslara söykənmədiyini etiraf edib. Bu isə, öz növbəsində, yüksək vəzifələrə təyinatların baş nazirə yaxınlıq prinsipi ilə həyata keçirilməsinə səbəb olur: “İndi “Qarabağ klanı” bütün bunlara dair cəmiyyətdə geniş təbliğat işi aparır. Bu cür şəraitdə hakimiyyətdaxili mübarizənin güclənməsi labüddür. “Qarabağ klanı”nın istədiyi də elə budur. Çünki bununla Paşinyanı daha tez hakimiyyətdən salacaqlarını düşünürlər”.

Erməni politoloq yaranmış vəziyyətin daha bir təhlükəli nüansını diqqətə çatdırıb. Belə ki, Paşinyanın ölkənin rayonlarında olan bəzi tərəfdarları həm yüksək nüfuza, həm də silahlı dəstələrə malikdir. Armen Badalyan bu yaxınlarda Kotayk vilayətində Sasun Mikaelyan və Romanos Petrosyan arasında hakimiyyət uğrunda mübarizəni də misal gətirib. Onun sözlərinə görə, əvvəllər siyasətdən və ideologiyadan uzaq və yalnız vəzifə bölgüsü ilə məşğul olan Respublika Partiyasının yerini Paşinyanın partiyası tutub. Ekspert hesab edir ki, öncəki iqtidar partiyası kriminal oliqarxiyanın “siyasi dizaynı” idi, indiki partiya isə Paşinyanın ətrafındakı adamların vəzifə uğrunda çəkişməsi üzrə “siyasi dizayn”dır. Politoloq əlavə edib ki, demokratik ölkələrdə partiyalardakı qruplaşmalar ideoloji əsaslarda formalaşırsa, məsələn, liberal və ya mühafizəkar prinsipləri üzrə, Ermənistanda isə ideologiyadan kənar və liderə yaxın olmaq əsas götürülür. O əlavə edib ki, bu yaxınlarda dövlət nəzarət xidmətinin başçısı David Sanasaryanla səhiyyə naziri Arsen Torosyan arasında düşmənçilik həddinə çatan mübarizə də buna əyani misaldır. Ekspert bu çəkişmələrin iqtidar partiyasını və son nəticədə dövləti zəiflədəcəyini vurğulayıb: “Bəs bütün bunlar kimin lehinə işləyəcək? Əlbəttə, “Qarabağ klanı”nın. Aydındır ki, Paşinyanın başı çəkişmələrə qarşıdıığı bir vaxtda o, Qarabağdakı rejimlə bağlı istəyinə nail olmayacaq. Lakin istənilən halda, belə qarşıdurmalar Qarabağ məsələsində Ermənistanın mövqelərini zəfilədir. Biz Qarabağı döyüşsüz təslim edə bilərik”.

İndilikdə görünən budur ki, tərəflər mövqeyindən geri çəkilməyi düşünmür. Bu durumda yayılan məlumata görə, Paşinyan tezliklə “Qarabağ klanı”nın daha bir neçə nümayəndəsini həbsə atacaq. Xatırladaq ki, Nikol Paşinyan artıq “Qarabağ klanı”nın əsas lideri olan Köçəryanı yenidən həbsə atıb. Bundan əvvəl eks-prezident Qarabağın keçmiş və indiki separatçı rəhbərlərinin məhkəmədə iştirakı və girov təqdim etməsindən sonra, mayın 18-də azadlığını qazanmışdı. Ancaq o vaxt Ermənistan Baş Prokurorluğu bu qərara etiraz etmişdi. Bu etirazın arxasında baş nazirin iradəsinin dayandığı şübhə doğurmurdu. Məhz bundan sonra Paşinyan məhkəmə sistemindəki Sarkisyan-Köçəryan kadrlarına qarşı mübarizəyə başladı və şübhə yox idi ki, proseslər eks-prezidentin həbsxanaya qaytarılması ilə nəticələnəcək. Elə belə də oldu. Paşinyan şübhə etmir ki, ona ən ciddi təhlükə “Qarabağ klanı”nın iki liderindən, onların məhkəmə-hüquq, ordu və polis sistemindəki əlaltılarından gələ bilər. Odur ki, hökumət başçısı israrla rəqiblərinin kadrlarını təmizləmək işinə girişib. Digər tərəfdən, Paşinyan 2020-ci ildə Dağlıq Qarabağ separatçılarının başına özünə sadiq adamı “prezident” gətirmək planı üzərində işlədiyindən, klanın liderlərinə qarşı daha sərt hücumlar təşkil etməyi düşünür. “Qarabağ klanı” isə açıq bəyan edir ki, belə vəziyyət Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qayıtması ilə nəticələnəcək. Qeyd edək ki, son həbsindən az əvvəl Köçəryan özü də bu xüsusda maraqlı açıqlamalar vermişdi. Ermənistanın sabiq prezidenti Paşinyan hökumətini sərt tənqid edərək, indiki hakimiyyəti Qarabağla bağlı təhlükəli siyasət aparmaqda günahlandırmışdı. Köçəryan İrəvanın “Beşinci Kanal”ına müsahibəsində demişdi ki, Paşinyan qondarma “DQR”in işlərinə çox qarışmaqla danışıqlar prosesində Ermənistanın mövqeyini zəiflədir və qondarma rejimin statusunu aşağı salır. “Mən Ermənistan prezidenti olandan sonra heç vaxt Qarabağın işlərinə qarışmamışam, bunu Serj Sarkisyan da etmirdi. Amma Qarabağ indiki hakimiyyət üçün dəyər deyil. İndiki hakimiyyət üçün Qarabağ ağır yükdür, dəyər yox. 90-cı illərdə Levon Ter-Petrosyanın idarəçiliyi dövründə də belə olub. Şüuraltı olaraq hakimiyyət düşünür ki, canını bu ağır yükdən necə qurtarsın”. Ermənistanın baş naziri Dağlıq Qarabağdan olan siyasətçiləri ikili oyun oynamaqda ittiham etmişdi. Bu fonda  Köçəryanın məlum açıqlamaları Paşinyan üçün xoşagəlməz perspektivlər vəd edirdi və o, bu fonda Köçəryanı yenidən həbsə göndərdi. İndi gözlənir ki, yaxın tezlikdə “Qarabağ klanı”nın digər təmsilçiləri ilə də bağlı eyni addım atılsın. “Qarabağ klanı”nın revanş istiqamətində atdığı addımlar isə vəziyyəti daha da qəlizləşdirir və erməni cəmiyyətini daha zəif hala gətirir. Məhz bu vəziyyətdə işğalçı ölkənin təcavüzkar Qarabağ siyasətini davam etdirə bilməsi də müşkül sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ