17/07/2019 11:25
728 x 90

Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsini əbədiləşdirdi

img

Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilsin.

Nazirlər Kabinetinə Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılmasını və Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə onun adının verilməsini təmin etmək, bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilən adlı təqaüdün verilməsi qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Son xəbərlər