şənbə günü, 07 noyabr 2026
     

Ermənilər İrəvandakı “Göy məscidi” də UNESCO siyahısında öz adlarına çıxmaq istəyir

Image


Saxtakarlıqda tayı-bərabəri olmayan ermənilər həm işğal altında saxladıqları ərazilərimizdə, həm də tarixi dədə-baba yurdumuz olan Qərbi Azərbaycandakı abidələrimizə qarşı saxtalaşdırma prosesini davam etdirirlər.

Məlum olduğu kimi, ermənilər Qərbi Azərbaycandakı bəzi qədim alban-xristian abidələrini “erməni abidələri” kimi UNESCO-da qeydiyyatdan keçirməyə nail olublar. Bununla kifayətlənməyən bədnam qonşularımız indi də Azərbaycan türklərinə məxsus olan İrəvandakı “Göy məscidi” erməni abidəsi kimi UNESCO-nun siyahısına daxil etmək niyyətindədirlər. İranda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan İRNA-ya müsahibəsində bildirib ki, məscidin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsinə dair müraciət hazırlayıb. O, həmçinin, deyib ki, bununla bağlı İran tərəfi ilə birlikdə iş aparılır və bəzi korrektələrdən sonra UNESCO-ya müraciət ediləcək.

Paşinyan əlavə edib ki, bu, İranla bu məsələ ilə bağlı ilk əməkdaşlıq deyil. “İranın səyləri sayəsində Müqəddəs Faddey və Müqəddəs Stepanos monastırları UNESCO-nun siyahısına daxil edilib” - deyə Ermənistanın Baş naziri bildirib.

  • Faiq Ələkbərli: “Ermənilər artıq dövlət səviyyəsində bu məkrli niyyətlərini ortaya qoyublar”

Tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, Ermənistanın “Göy məscid”i öz adına UNESCO-ya daxil etmək niyyətinin baş tutmasına heç cür imkan vermək olmaz. “Göy məscid”in 1760-cı (1765) illərdə Hüseynəli xan tərəfindən inşa etdirildiyini xatırladan F.Ələkbərlinin sözlərinə görə, bu məscid Azərbaycan türklərinə məxsusdur, onun nə farslarla, nə də qeyri-millətlərlə əlaqəsi yoxdur. İrəvanın tarixi Azərbaycan şəhəri olduğunu deyən F.Ələkbərli qeyd etdi ki, soydaşlarımız indiki Ermənistan ərazisindən ermənilər tərəfindən deportasiya edilənə qədər bu məsciddə Azərbaycan türkləri ayin icra ediblər. İrəvanın köklü əhalisinin türklər olduğunu vurğulayan F.Ələkbərlinin sözlərinə görə, deportasiyadan sonra ermənilər bu məscidə əl uzadıblar.

İrəvanda yerləşən tarixi “Göy məscid”in adının ermənilər tərəfindən dəyişdirilərək “Fars məscidi” adlandırılmasının da növbəti erməni saxtakarlığı olduğunu deyən ekspert hesab edir ki, bu faktın özü də, bütövlükdə, bütün müsəlmanları, o cümlədən də Türk dünyasını ciddi narahat etməlidir. F.Ələkbərli qeyd etdi ki, Azərbaycan xanı tərəfindən inşa etdirilən bir tarixi məscidin “Fars məscidi” adlandırılması da absurddur. “İrəvandakı tarixi “Göy məscid”in - cümə məscidinin Ermənistan tərəfindən UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması cəhdlərinin qarşısının alınması üçün tədbirlər görməliyik. Ermənilər artıq dövlət səviyyəsində bu məkrli niyyətlərini ortaya qoyublar. Bilirsiniz ki, ermənilərlə farslar arasında isti münasibətlər mövcuddur və ermənilərin də indiyə qədər “Göy məscidi” dağıtmamasının səbəbi budur. Onlar məscidi dağıtmayıblar, amma adını dəyişib “Fars məscidi” qoyublar. Yəqin ermənilər “Göy məscidi” “fars mədəniyyətinin” örnəyi kimi UNESCO-ya daxil etmək istəyirlər. Paşinyan özü deyib ki, bu barədə İranla müştərək iş aparırlar. Hesab edirəm ki, bu barədə İran tərəfə də mesajlarımızı ötürməliyik. Bəlkə heç İranın bu məsələdən xəbəri yoxdur, Paşinyan onların adlarından danışır. Nəzərə alsaq ki, Paşinyan indiyə qədər bu cür saxta çıxışlar çox edib, bu baxımdan o, İran tərəfə şər də ata bilər. Hər halda, bu məsələ İran tərəfi ilə də dəqiqləşdirilməlidir”.

F.Ələkbərlinin sözlərinə görə, türklərə aid bir məscidin xarici turistlərə, o cümlədən də BMT qurumuna “Fars məscidi” kimi təqdim edilməsi cəhdləri növbəti erməni saxtakarlığıdır. “Bu gün Ermənistanda bir nəfər də olsa türk qalmayıb, ermənilər onları öz tarixi yurdlarından didərgin salıblar. Oradakı bütün abidələrimiz saxtalaşdırılıb, məscidlərimiz dağıdılıb, yerlə yeksan edilib. Hazırda İrəvanda qalan yeganə erməniləşdirilməyən abidəmiz “Göy məscid”dir ki, onu da ermənilər məqsədli şəkildə İrəvana gələn xarici turistlərə  “Fars məscidi” kimi təqdim edirlər. Azərbaycan türklərinə aid olan “Göy məscid”in “Fars məscidi” kimi təqdim edilməsi və onun bu adla UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi niyyəti tarixi həqiqətlərin təhrif olunmasıdır. Məqsəd də Qərbi Azərbaycandan tamamilə türk izlərini silməkdir” - deyə bildirən F.Ələkbərli vurğuladı ki, İrəvandakı “Göy məscid” 1760-cı ildə Hüseynəli xan tərəfindən inşa edilib və 1765-ci ildə tikintisi başa çatdırlıb. O, həmçinin, qeyd etdi ki, 1776-cı ildə şəhərdə olan səyyahların təsvirlərində gözəlliyinə görə şəhərin ən möhtəşəm abidəsi kimi təqdim etdikləri “Göy məscid” Şərq memarlığının nadir incilərindən sayılır.

Qeyd edək ki, erməni mənbələrinin bildirdiyinə görə, sovet hakimiyyəti qurulduqdan sonra, 1930-cu illərdə İrəvandakı bütün məscidlərin sökülməsi ilə bağlı qərar verilir. Guya erməni şairi Yeğişe Çarensin ciddi cəhdlərindən sonra onun “Mavi brilliant” adlandırdığı “Göy məscid” dağıdılmaqdan xilas olur və 1936-cı ildə məsciddə İrəvan tarix muzeyi yaradılıb. Ermənilərin yazdığına görə, II Dünya müharibəsi zamanı isə məscid həm də silah anbarı kimi istifadə olunub. Müharibədən sonra məsciddə təbiət muzeyi, 1952-ci ildə isə kiçik namaz otağında astronomiya həvəskarları üçün planetarium fəaliyyət göstərib. SSRİ dağıldıqdan sonra müsəlman ölkələri ilə əlaqə quran Ermənistan məscidi ibadət üçün açır və paralel olaraq 1991-ci ildə təbiət muzeyi, 1994-cü ildə isə tarix muzeyi məsciddən çıxarılır. Ermənistan mətbuatı yazır ki, 1995-ci ildə İranla Ermənistan arasında əldə olunan razılaşmaya əsasən, İran hökuməti məscidin yenidən təmir və bərpası xərclərini öz üzərinə götürür və 2006-cı ilə məscidin təmir və bərpa işləri başa çatıb. “Göy məscid” kompleksinin 24 metrlik minarəsi, 28 hücrəsi (kiçik otaq), kitabxanası, böyük zalı, minbəri yenidən bərpa edilərək istifadəyə verilib. Bununla da böyük tarixi saxtakarlığa yol verilib və ermənilər məscidi “Fars məscidi” kimi təqdim etməyə başlayıblar.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ