şənbə günü, 07 noyabr 2026
     

Ermənilər oyun oynadılar və Qarabağ ətrafında rayonlarımızın işğalını etiraf etməyə məcbur oldular

Image


Dağlıq Qarabağ  münaqişəsinin indiyə qədər həllinin uzanmasının ümdə səbəblərindən biri, heç şübhəsiz, beynəlxalq ictimaiyyətin məsələyə ikili standartlardan yanaşması, işğalçı Ermənistana lazımi təzyiqlər göstərməməsidir. Elə bundan irəli gəlir ki, Ermənistan hər vəchlə mövcud status-kvonun davam etdirilməsinə çalışır. Amma Azərbaycan dünya miqyasında diqqətə çatdırır ki, Ermənistanın bu siyasəti davam etdirilə bilməz və məsələ sülh yolu ilə həllini tapmasa, güc variantı işə düşəcək.

Qeyd edək ki, bu məsələ, xüsusən də Ermənistana təzyiqlər edilməməsi kimi məqam Sakit Okean Alyansının (SOA) Perunun paytaxtı Limada keçirilən 14-cü zirvə iclasında xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Nazir bu xüsusda bildirib: "Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün hər cür səylər göstərərkən Azərbaycan hələ də qonşu Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir və bu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonunun işğalına, təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün etnik təmizləməyə məruz qalmasına, Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələrin məhv edilməsinə gətirib çıxarb. Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası kimi nəticələri hələ də verməmişdir. Müzakirələrin bu konkret nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, eləcə də ATƏT, Avropa İttifaqı və münaqişə ilə bağlı qərar qəbul edən demək olar ki, bütün beynəlxalq təşkilatların müvafiq sənədlərində təsbit edilmişdir. Münaqişənin sülh yolu ilə həll olunmasına və ATƏT-in vasitəçiliyi ilə danışıqlar prosesində fəal mövqe tutmağa səy göstərən Azərbaycan, beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalının nəticələrini möhkəmləndirməyi nəzərdə tutan hər hansı fəaliyyətdə iştirakdan çəkinəcəyini və təcavüzkarın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur edən tədbirlər görəcəyini gözləyir".

Ekspertlər də vurğulayır ki, yalnız diplomatik dildən istifadə etməklə və real siyasi təzyiq olmadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə istənilən dəyişiklik olmayacaq. İndiki halda isə Ermənistanın münaqişənin həllində maraqlı olmaması və bu ölkəyə beynəlxalq ictimaiyyətinin loyal yanaşması danışıqların nəticəsiz qalmasına gətirib  çıxara bilər. Bu zaman Azərbaycan öz gücü ilə işğal altında olan torpaqlarını azad etmək məcburiyyətində qalacaq.  Bundan isə tək münaqişə iştirakçıları yox, regionda xüsusi marağı olan böyük güclər də zərər görə bilər. Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov qeyd edir ki, savaşın başlanması Ermənistan üçün ciddi zərbə olacaq: "Ermənistan cəmiyyəti döyüşə can atmır, erməni isteblişmenti və bəzi hərbçilər haqqında bunu demək olmaz. Fikrimcə, ermənilərin çoxu anlayır ki, Azərbaycan ordusunun bu səviyyədə silahlanması qarşısında Ermənistan tərəfinin davam gətirmək üçün sadəcə olaraq heç bir şansı yoxdur". İndi əsas məsələ Ermənistan rəhbərliyinin də məsələyə eyni prizmadan yanaşmasını təmin etməkdir.

Ekspertlər vurğulayır ki, hazırda Ermənistan daxilində davam edən ziddiyyətlər fonunda İrəvanın hansısa konstruktiv addım atmasını gözləməyə dəyməz. Bunu politoloq Sergey Markov da təsdiq edir. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Qarabağda sülh istəyir, lakin daxili siyasətdə vəziyyət ona bu istiqamətdə konkret addımlar atmağa imkan vermir. Markov vurğulayır ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla razılaşmağa qorxur: “Çünki hesab edir ki, ərazilərin qaytarılması ölkədə ona qarşı sui-qəsd və çevrilişlə nəticələnəcək”. Markov hesab edir  ki, bu mənada, Nikol Paşinyanın adından saxta olduğu iddia edilən məktubun indi yayılması da təsadüf deyil. Həmin məktubda Paşinyan NATO-nun baş katibi Yens Stoltenberqə müraciət edərək, alyansla sıx əməkdaşlıq etməyə hazır olduğunu, ancaq Qarabağ münaqişəsinin bunu əngəllədiyini vurğulayıb. Bundan başqa, məktubda Nikol Paşinyan işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən Ermənistan qoşununu çıxaracağına boyun olub. Düzdür, Ermənistan rəsmiləri bunu təkzib edir. Lakin ekspertlər belə bir məktubun indiki vaxtda meydana çıxmasını da təsadüf saymır. Hətta Rusiyanın “Komsomolskaya Pravda” qəzeti yazır ki, bu məktub həqiqi olsaydı, hökmən ilin sensasiyası sayılardı, özü də təkcə MDB məkanında deyil: "Çünki orada guya Ermənistan baş naziri  NATO ilə yaxınlaşmaq naminə qoşunları yaxın bir ilə Dağlıq Qarabağdan çıxaracağını, əraziləri Azərbaycanın nəzarətinə qaytaracağını vəd edir. Həmin saxta məktubun əslində bəzi Rusiya dairələri tərəfindən Vaşinqton danışıqlarının ardınca Paşinyana qarşı təşkil edilmiş qara piarın tərkib hissəsi olduğu dərhal aydın idi. Məktubu analiz edən ekspertlər əmindir ki, həmin saxta məktubun “ayaqları” ölkə hüdudlarından kənardadır. Heç kimə sirr deyil ki, bu ABŞ-dır. Rusiyanı düşmən dövlətlərlə əhatəyə almaq konsepsiyasını həyata keçirən Vaşinqton ancaq Belarusla bağlı arzu etdiyi nəticəni ala bilməyib. Rusiyanın qərb sərhədlərindəki qalan ölkələr - Polşa, Baltik ölkələri, indi isə budur, Ukrayna... Və hələlik Qara dənizdən Xəzərə qədər məkanda öz istəyinə nail ola bilmir. Amerikalılar Gürcüstanla bağlı bəzi uğurlar əldə edə bilib. Ermənistan və Azərbaycanla bağlı isə alınmır. İlk növbədə Dağlıq Qarabağ münaqişəsinə görə. Nə qədər ki, bu münaqişə nizamlanmayıb, bir tərəfin müsbət qəbul etdiyi hər nəsə dərhal digər tərəfin kəskin mənfi reaksiyasına səbəb olacaq. Ona görə də Vaşinqton üçün İrəvanla Bakı arasında indiki danışıqlar formatı çıxılmaz dalandır. Amerikalılar başqa variant təklif edir - “sülh əvəzində ərazilər”. Sürətli, ucuz, qəti. Əlbəttə, kimsə bu işdə uduzmalı olacaq. Amma başlıca məhək daşı yolun üstündən götürüləcək”.

Qəzet yazır ki, Paşinyanın iqtidara gəlməsində ABŞ-ın rolu danılmazdır. İndi belə bir məktubu hazırlamaqla ABŞ bir çox məqsədlər güdür. Əvvəla, diqqət ona yönəldilir ki, Paşinyana daxildə mane olan qüvvələr aradan qaldırılsa, bu, Qarabağ münaqişəsinin həllinə imkan verəcək. İkinci bir tərəfdən bununla ona zəmin yaradılır ki,  Qarabağ məsələsinin həlli üçün beynəlxalq ictimaiyyətin Ermənistanda müəyyən qüvvələri ciddi təzyiq altında saxlaması olduqca mühümdür. “Komsomolskaya Pravda” hesab edir ki, amerikalılar Ermənistanda ona daha loyal, münaqişənin nizamlanması məsələsində “yola gələn” rəhbərlik görmək istəyir.

Ekspertlər burada diqqəti həm də ona yönəldir ki, yayılan məktub saxta olsa belə, bir sıra məsələlərin üzərinə işıq salıb. Bütün dünyaya bir daha məlum oldu ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və 7 rayonunda yerləşdirilib. Başqa sözlə, Ermənistan işğalçı dövlətdir. Bu dövlətin Qərbdəki bir sıra qurumlara, o cümlədən NATO-ya inteqrasiya olunmasında ciddi problemlər var. Bu maneələrin başında isə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında yerləşdirilməsi gəlir. 

Burada onu da xatırlatmaq lazım gəlir ki, NATO rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək, alyansın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə diqqətə çatdırıb.  NATO-nun siyasi-hərbi blok olduğunu və münaqişənin həllinə maraq göstərdiyini nəzərə alsaq, alyansın qoşununun bufer zonada yerləşdirilməsinin mümkünlüyünü də ehtimal etmək olar. Saxta sayılan məktubda bu da vurğulanır. Belə çıxır ki, Ermənistanda da bunu istəyənlər var. NATO-nun sülhməramlıları yerləşdirilərsə, o zaman Rusiya hərbçilərinin Qarabağda dislokasiya olunması ikinci plana keçir. Görünür, Ermənistanda da münaqişənin həllində Rusiyanın iştirakını istəməyənlər az deyil. O zaman Ermənistanın indiki hakimiyyətinin Moskva ilə münasibətlərində “dostluq”, “qardaşlıq”, “strateji müttəfiqlik” kimi ifadələr, xoşməramlılıq barədə verilən bəyanatlar saxtadır. Cəmiyyət Ermənistan qoşunlarının işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxarılmasını istəyir. Əslində, NATO-ya müraciətlə bu prosesə mane olanın da təsviri verilib. Bu məktub həm də qonşularla daim münaqişə vəziyyətinə salınan, qonşularda özünə ancaq düşmən axtaran, məzlum obrazı yaradılan, yoxsul vəziyyətdə olan, münaqişədən, qaçqınlar problemindən bezən, başqa dövlətlərin maraqlarının ifaçısı rolunda olmaqdan yorulan Ermənistan ictimaiyyətinin sifarişi kimi qəbul edilə bilər. Qeyd edilənlər fonunda ehtimal etmək olar ki, məktubun yayılmasında Ermənistan hakimiyyəti də maraqlı olub. Onu da ehtimal etmək olar ki, rəsmi İrəvan bununla ölkə cəmiyyətinin, dost və düşmənlərin münasibətini öyrənmək istəyib. Beləliklə, qeyd edilənlərdən bu qənaətə gəlmək mümkündür ki, indiki vaxtda beynəlxalq ictimaiyyət, o cümlədən NATO qəti hərəkətə keçib Ermənistana təsir göstərsə, İrəvan Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımlar ata bilər. Paşinyanın adından yayılan məlum məktub da bu istiqamətdə dünya ictimaiyyətinə mesaj sayıla bilər. Azərbaycan da, yuxarıda qeyd olunduğu kimi, dünya ictimaiyyətinin artıq qətiyyətli addımlar atmasını istəyir. Əks təqdirdə Qarabağ münaqişəsinin hərbi həlli qaçılmaz sayılır və bu da regionda maraqlı qüvvələr üçün böyük prpoblemlərə yol aça bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ