şənbə günü, 07 noyabr 2026
     

ATƏT PA-nın komitə iclasında erməni deputatların Azərbaycanın 7 rayonu üzərində dolaşdırıcı oyunu...

Image


Lüksemburqda ATƏT PA-nın 28-ci illik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan üçün xüsusi əhəmiyyətli, olduqca vacib məsələ müzakirə edilib. Belə ki, irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunub.

Bu məruzədən sonra təklif olunmuş Yekun Qətnaməyə düzəlişlərlə bağlı kəskin debatlar olub. Erməni tərəfi bütün gücünü, lobbi fəaliyyətini işə salaraq Yekun Qətnaməyə düzəlişlərdə öz variantlarının keçməsinə çalışıb. Aydın məsələdir ki, Azərbaycan nümayəndə heyəti beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, diplomatik ustalıqla, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məqamları müdafiə edə bilib. Komitənin məruzəçisi, irlandiyalı deputat Alan Farrellin hazırladığı Hesabat və Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT regionunda davam edən digər münaqişələrin həlli prosesi haqqında vacib müddəalar yer alıb. Hesabatda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də Gürcüstan, Ukrayna və Moldovada davam edən münaqişələrin həllinin hələ də tapılmaması ilə bağlı narahatlıq bildirilib, eləcə də onların həllinin hüquqi bazasını təşkil edən sənədlərin siyahısı öz əksini tapıb. Azərbaycanın ərazisində davam edən münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri (1993), BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 saylı Qətnaməsi, həmçinin, ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının 2005-ci ildə hazırladığı hesabatı və ATƏT PA-nın 2015-ci il Helsinki illik sessiyasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, qurumun vitse-prezidenti Azay Quliyevin müəllifi olduğu “ATƏT ərazisində dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə bağlılıq” haqqında qətnaməsi göstərilib. Bundan əlavə, Hesabatda qeyd edilib ki, “ATƏT PA qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində münaqişə tərəfləri arasında işlərin görülməsini, xüsusən humanitar sahədə addımların atılmasını və onların siyasi proseslərlə uzlaşdırılmasını, məsələn, 1949-cu il tarixli Cenevrə konvensiyalarının müvafiq bəndləri ilə götürülməsi qadağan olunmuş əsir və girovların “hamının hamıya” prinsipi əsasında mübadiləsini dəstəkləyir”. Cari ilin iyun ayında Ermənistan və Azərbaycan arasında baş vermiş girovların mübadiləsi fonunda bu məqam da xüsusilə aktual xarakter alır. Ərazisi 3 dəfə, əhalisi isə Dağlıq Qarabağdan təxminən 7 dəfə çox olan 7 ətraf rayonun bu sənəddə sadalanmasının əhəmiyyəti xalqımız və dövlətimiz üçün şübhə yaratmır. Bu müddəaları Assambleyanın sənədlərinə daxil etməklə ölkəmiz tarixi ədalətin bərqərar olunmasına bir addım da yaxınlaşmış olur, bu da beynəlxalq ictimaiyyətin erməni təbliğatının təsirindən “müdafiə” olunmasına öz töhfəsini verəcək.

Ermənistan KİV-i isə iddia edir ki, onlar Azərbaycan tərəfinin irəli sürdüyü bir sıra düzəlişlərin Yekun Qətnaməyə düşməsinin qarşısını ala biliblər. Onlar iddia edirlər ki, xüsusilə də “ətraf 7 rayon” ifadəsinin yekun sənəddə qeyd edilməməsinə nail olublar. Həmçinin, sevinclə qeyd edirlər ki, münaqişənin  həllinin Minsk Qrupu çərçivəsində həlli sənəddə qeyd edilib. Bu xüsusda üç əsas prinsipin rəhbər götürüldüyünü bildirirlər. Əslində isə ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllində maraqlı olmayan ermənilərin özüdür. Onda isə yaratdıqları bu ajiotajın səbəbi nə ilə bağlıdır?

ATƏT PA-nın nümayəndə heyətinin sədr müavini, Milli Məclisin deputatı Tahir Mirkişili “Bakı-Xəbər”in sorğusuna  cavabında bildirdi ki, ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyası “Təhlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunub: “ Müzakirələrdə müxtəlif məsələlərə toxunulsa da, əsas müzakirələrin Siyasi İşlər və Təhlükəsizlik Komitəsində gedəcəyini hər kəs əvvəlcədən bilirdi. Çünki məhz bu komitənin hazırladığı qətnamə layihəsində regionda münaqişələrin həlli üçün tamamilə yeni yanaşmalar əksini tapmışdı. ATƏT Parlament Assambleyasının bütün sənədlərində mövcud münaqişələrin dayanıqlı inkişaf və insan hüquqlarının təminatı üçün əsas maneə olması xüsusilə vurğulanırdı. Belə münaqişələrdən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi göstərilirdi. Ermənistanın diplomatik xidmətinin əvvəlcədən müxtəlif ölkələrlə apardığı aktiv danışıqlara və Ermənistan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında etdiyi çoxsaylı çıxış və görüşlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin, xüsusilə ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin aktiv səyi nəticəsində siyasi komitənin qətnamə layihəsində konfliktlərin həlli üçün yeni yanaşma öz əksini tapdı. 
Nə idi bu yeni yanaşma:

1. ATƏT və digər beynəlxalq təşkilatların ənənəvi yanaşmasından fəqrli olaraq, ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində olan konfliktlərə eyni yanaşmanın tətbiq olunmasının vacibliyi sənəddə öz əksini tapdı. İndiyə qədər müxtəlif ölkə və təşkilatlar xüsusilə Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən ayırmaq və xüsusi yanaşma tətbiq etmək çağırışları edir və bu mövqedən çıxış edirdilər. Həttə Ermənistan nümayəndə heyəti də sənədə dəyişiklik edilərək, Azərbaycanın adının bu siyahıdan çıxarılmasını, amma Ukrayna, Gürcüstan və Moldovanın adının saxlanmasını təklif etmişdi. Bütün bu səylərə baxmayaraq, konfliktlərə bu cür vahid yanaşmanın sənəddə öz əksini tapması mühüm hadisə oldu. Ermənistanın Azərbaycanın adının siyahıdan çıxarılmasını təklif etdiyi dəyişiklik 41 əleyhinə, 6 lehinə olmaqla böyük səs çoxluğu ilə rədd edildi.

2. Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazilərində olan münaqişələrin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin  toxunulmazlığı prinsipi əsasında həlli üçün nəticə yönümlü danışıqların aparılmasına çağırış öz əksini tapdı. Bu isə Ermənistanın öz müqəddəratını təyin etmə prinsipindən sui-istifadə etməsinin qarşısını alır.

3. Sənəddə razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yolverilməz olduğu birmənalı qeyd olunur. Bu da Ermənistanın son bir ildə qondarma və separatçı Dağlıq Qarabağ rejiminin danışıqlar masasına gətirilməsi cəhdinin bir daha iflasa uğraması deməkdir.

4. Sənəddə münaqişə ərazisi kimi yalnız Azərbaycanın göstərilməsi Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların Azərbaycan ərazisi olduğunu bir daha təsdiq edir.

5. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədən sonra ATƏT PA-nın Azərbaycanda olan münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasının vacibliyini rəsmən qeyd etməsi və bu müddəaların bir daha təzələnməsinin siyasi təsiri və gücü xüsusilə qeyd olunmalıdır.

6. Bu qətnamə ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsiplərinə uyğun - güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ əsasında həll olunma prisiplərinə bir daha aydınlıq gətirdi, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həllinə rəsmi dəstək verdi.

7. Bu maddənin qəbulu Azərbaycan diplomatiyasına beynəlxalq müstəvidə münaqişə ilə bağlı müzakirə aparılan və müvafiq sənəd qəbul olunan zaman haqlı mövqeyimizi qorumaq və müdafiə etmək üçün daha bir sanballı və ciddi hüquqi və siyasi əsas yaratmış oldu.

Bu qətnamə ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin hazırladığı və qəbul etdiyi sənəd olduğundan, onun çox böyük siyasi əhəmiyyəti var.

Xatırladım ki, ATƏT Parlament Assambleyasının Prosedur Qaydalarının 7-ci hissəsinin 42-ci qaydasına görə, qəbul olunmuş bu mühüm sənəd ATƏT-in Nazirlər Şurasına təqdim edilir və eyni yanaşmadan danışıqlarda istifadə üçün tövsiyə edilir. Bu baxımdan qəbul edilmiş qətnamə layihəsinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həlli üçün yeni diplomatik nailiyyətdir.

Dağlıq Qarabağ və işğal olunmuş rayonların ATƏT Parlament Assambleyası iclaslarında intensiv müzakirəsi həm də üzv ölkələrin nümayəndə heyətlərinin Azərbaycan həqiqətlərini daha çox qəbul etmələrinə səbəb oldu”.

Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alsaq, əminliklə deyə bilərik ki, Assambleyanın 28-ci illik sessiyasında qəbul olunmuş bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyin göstərilməsini öz üzərinə götürən ATƏT və onun Parlament Assambleyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə tam olaraq sadiq qalmasının göstəricisidir. Sadəcə, ənənəvi hal kimi erməni tərəfi sənədi öz xeyrinə manipulyasiya etmək istəyir. Beləliklə, ATƏT regionuna daxil olan ölkələrin ali səviyyədə təhlil etdiyi və xarici siyasətinin istiqamətlərinin müəyyən edilməsində nəzərə alındığı bu cür sənədlərdə dövlətimizi artıq 30 ildən çoxdur narahat edən əsas məsələyə, xalqımızın milyona yaxın nümayəndəsinə və ölkəmizin büdcəsinə milyardlarla zərər vuran münaqişəyə dair bu cür prinsipial əhəmiyyətə malik olan müddəaların daxil edilməsi Azərbaycan diplomatiyasının növbəti uğuru kimi nəzərdən keçirilməlidir.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ