İsveçin xarici işlər naziri Marqot Vallstrom keçirdiyi 1915-ci ildə “erməni soyqırımı” iddialarını qəbul etmələrinin çətin olduğunu deyib.
Baki-xeber.com Tüürkiyə mediasına istinadən xəbər verir ki, nazir keçirdiyi mətbuat konfransında deyib ki, onun ölkəsi üçün 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “soyqırım” kimi tanımaq çətindir.
“1915-ci il hadisələrini ermənilərin və assuriyalıların soyqırımı kimi tanımağımız mümkün görünmür. Bir ölkəyə qarşı soyqırımı iddiaları irəli sürmək üçün əlinizdə güclü dəlillər olmalıdır” - İsveçin XİN başçısı deyib.
O, sözügedən iddiaları araşdırmaq üçün komissiya yaradılıdığını deyib: “Keçmişdə baş vermiş hadisələrə görə bir ölkəyə qarşı soyqırımı iddiaları irəli sürməyin böyük bir məsuliyyəti var. Biz tarixçilərdən ibarət komissiya qurduq. Bu məsələdə bir nəticə əldə etmək çox çətindir. Bu olayları yaşayan canlı şahid yoxdur. Iki ölkə bunu “soyqırım” kimi qəbul etdi. Bunu da mən normal qarşılamıram…”
Qeyd edək ki, Türkiyə Osmanlı imperiyası dövründə Anadolunun şərqində baş vermiş faciəli hadisələrin, erməni daşnak qruplarının Rusiyanın təcavüzü zamanı türklərə qarşı döyüşməsi fonunda cərəyan edən proseslərin sözdə “erməni soyqırımı” kimi tanınmasının əleyhinə çıxış edir. Ankara bəyan edir ki, həmin vaxt rus qoşunları və erməni quldurları tərəfindən də türk millətindən olan çoxlu sayda dinc insan qətlə yetirilib.