şənbə günü, 07 noyabr 2026
     

Azərbaycan-Rusiya-İran-Türkiyə dördbucağındakı proseslər Qarabağ məsələsində Ermənistanı tam çökdürür...

Image


Bu gün dünya miqyasında, o cümlədən Cənubi Qafqazda geosiyasi vəziyyətin sürətlə dəyişməsi müşahidə edilməkdədir. Dünya siyasətinin müəyyən edilməsində mühüm rol oynayan ölkələr geosiyasi maraqlarının təmini üçün indi daha aktiv siyasət yürüdür, lazım gəldikdə güc variantından da istifadədən çəkinmirlər. Məhz belə vəziyyətdə geosiyasi maraqların toqquşduğu regionda yerləşən ölkələrin də daha çevik və həssas siyasət yürütməsi zəruri şərt qismində çıxış edir.

Qeyd olunanlar fonunda Cənubi Qafqaza diqqət yetirdikdə burada əsas üstünlüyün Azərbaycan tərəfdə olması dərhal diqqəti cəlb edir. Belə ki, qonşu Gürcüstan Qərb ölkələri tərəfindən dəstəklənsə də, Rusiyanın getdikcə daha sərt təzyiqləri ilə üzləşir. Ermənistanda son hakimiyyət dəyişiklyindən sonra bu ölkə, belə demək olarsa, daha çox başıqapazlı olub. İndi onu həm Rusiya, həm də Qərb əzir. Azərbaycana gəldikdə, istər Rusiya, istərsə də Qərb ölkəmizlə ticari, iqtisadi, siyasi, hərbi və digər əlaqələri paritet əsasda inkişaf etdirməkdə maraqlı tərəf qismində çıxış edir. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan diplomatiyasının mühüm uğuru hesab edilə bilər. Məhz belə şəraitdə Azərbaycanı maraqlandıran başlıca məqamlardan biri isə böyük dövlət və təşkilatlarla uğurlu əlaqələrdən istifadə edib Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirməkdir. Bunun üçün Ermənistana qarşı dünya miqyasında sərt təzyiq dalğasının işə salınması da əsas hədəflər sırasında yer alır.

Ermənistanın özündə də açıq etiraf edilir ki, bu gedişlə Bakı İrəvana daha sərt diplomatik zərbələr endirəcək. Bunu Rusiyanın Sülhməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun direktoru Denis Denisov da xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, Azərbaycanın həssas diplomatiyası mütləq mənada öz nəticəsini verəcək: “Bu səbəbdən artıq Ermənistanda Qarabağ münaqişəsinə dair siyasi iradə olmalı, təklif edilən qərarlar reallaşdırılmalıdır. Bu baş vermirsə, tam aydındır ki, münaqişə tərəflərindən birinin təklif edilmiş sülh planının həyata keçirilməsi üçün imkanı yoxdur. Və bu bəladır. İrəvana beynəlxalq təzyiq göstərmək lazımdır. Bu, Azərbaycanın və ATƏT-in Minsk Qrupunun vasitəçilərinin daimi mövzusu olmalıdır. Axı, söhbət özündə konkret detalları ehtiva edən nizamlama planından gedir. Ermənistanda deyə bilərlər ki, ictimai rəy, xalq nizamlanma planına qarşıdır. Lakin problemin bir neçə həll variantı var. Birincisi, ictimai rəyi lazımi tərəfə çevirmək olar. İkincisi, əvvəlcə razılaşmaları yerinə yetirmək, planı reallaşdırmaq, sonra isə qərarın qəbul edilməsinin zəruriliyini cəmiyyətə izah etməyə çalışmaq mümkündür. Üçüncüsü bütün zəruri olan şeyləri etmək və bu zaman heç kəsə heç nəyi izah etməməkdir. Ermənistan bunlara getməsə, Azərbaycanın daha sərt təzyiqləri ilə üzləşəcək. Özü də tək Azərbaycanın yox”. Ekspert diqqəti ona da yönəldir ki, hazırda Azərbaycanın əsas mütəffiqi sayılan Türkiyə də regionda mövqeyini gücləndirir və bu prosesdə Ankara-Moskva əlaqələri də mühüm rol oynayır. Ümumiyyətlə isə, faktdır ki, dünya dövlətləri hazırda Cənubi Qafqazda əsas geosiyasi güc kimi Türkiyə-Azərbaycan cütlüyünü görür. Hesab edilir ki, güclü Azərbaycan və güclü Türkiyəni Ermənistan da qəbul etməlidir və İrəvanın başqa yolu yoxdur. Bunu qəbul etməsə, Ermənistanın özü bir dövlət olaraq mövcud olmaya da bilər. Denis Denisov da vurğulayır ki, belə vəziyyətda baş nazir Nikol Paşinyan Azərbaycanla razılığa gələ bilmək üçün “Qarabağ klanı”nı məhv etməli və reallığı erməni cəmiyyətinə anlatmalıdır. Lakin Paşinyanın bunun öhdəsindən gəlib-gəlməyəcəyi məlum deyil. Bu da, təbii ki, Ermənistan rəhbərliyinin hələ də qeyri-müəyyən vəziyyətdə qalması deməkdir. Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov da bu xüsusda maraqlı açıqamalar verib: “Paşinyan Qarabağda sülh istəyir, lakin daxili siyasətdə vəziyyət ona bu istiqamətdə konkret addımlar atmağa imkan vermir”.
Onun sözlərinə görə, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla razılaşmağa qorxur. “Çünki hesab edir ki, ərazilərin qaytarılması ölkədə ona qarşı sui-qəsd və çevrilişlə nəticələnəcək. Ermənistanda artıq belə presedent var. 1999-cu ildə Qarabağ məsələsinə görə parlament güllələnmişdi. Bu vəziyyət münaqişənin nizama salınması ilə bağlı danışıqlar prosesini tormozlayır. Bu fonda əsirlərin mübadiləsini ən yaxşı halda sülh simvolu hesab etmək olar. Lakin bu o demək deyil ki, tərəflər bundan sonra daha tez-tez görüşəcək və nizamasalma ilə bağlı hansısa sənədi imzalamağa başlayacaqlar. Sadəcə olaraq, bu addım yaxın vaxtlarda danışıqlar prosesində yeni təmaslara maksimal imkan yarada bilər. Mübadilə pozitiv atmosfer yaradır. Lakin yenə də vurğulayıram ki, bu, danışıqlar prosesində konkret sənədlər üzrə razılaşmaya səbəb olmayacaq”. Markov hesab edir ki, Paşinyan ona müxalif olan qüvvələri neytallaşdıra bilsə, Qarabağ məsələsində qətiyyətli addım ata bilər. Buna qədər isə ekspert Paşinyanın Azərbaycan, Türkiyə və bir sıra dünya dövlətlərinin ciddi təzyiqi altında olacağını vurğulayır. Onun sözlərinə görə, belə vəziyyət Ermənistanın ciddi problemlər altında əzilməsi deməkdir. Ekspert diqqəti ona da yönəldir ki, regionda Rusiya ilə işbirliyi sayəsində mövqeyini gücləndirən Türkiyənin inkişafının qarşısını kimsə ala bilməyəcək. Bu da, digər regionlarla yanaşı, Cənubi Qafqazda da geosiyasi aspektdə qüvvələr nisbətini dəyişir. Daha güclü Türkiyə faktını bu gedişlə hətta İrəvan belə qəbul etməli olacaq. Məhz bu şərait də birbaşa Azərbaycanın lehinə işləyən məqamlardan sayılır. Çünki Türkiyənin Azərbaycanla münasibətləri və Qarabağ münaqişəsinə yanaşma tərzi heç kimə sirr deyil. Ermənistanın sabiq iqtidar partiyası, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da etiraf edir ki, Türkiyənin regionda güclənməsi, Azərbaycanın buna şərait yaratması heç də İrəvanın lehinə deyil: “Erməni-türk əlaqələri ilə bağlı hər hansı ciddi bir müzakirə yoxdur. Qarabağ məsələsi ilə bağlı hər hansı ciddi gündəm yoxdur və hökumət açıq şəkildə göstərir ki, konsepsiyası yoxdur. Əvəzində Türkiyənin regionda güclənməsi müşahidə olunur və Azərbaycan buna lazımi şərait yaradır. Təbii ki, Türkiyə-Rusiya münasibətləri də burada öz sözünü deyir. Bunlara qarşı mövcud hakimyyətin hansısa siyasəti yoxdur və bu da ciddi problemdir”.

Onun sözlərinə görə, Ermənistan bir çox xarici problemlərə cavab verməyə və hazır olmağa məcburdur: “Hər şeydən əvvəl siyasət, strategiyalar, ideologiyalar və dəyərlər rəqabətdir. Hər bir dövlətin milli təhlükəsizlik strategiyası, iqtisadi inkişafı və xarici siyasət strategiyası olmalıdır. Ermənistan Respublikası obyektiv və subyektiv səbəblərə görə bir çox xarici problemlərə cavab verməyə və hazır olmağa məcburdur. Həm iqtisadi, həm mənəvi və həm də hərbi təhlükəsizlik baxımından təhlükəsizlik problemləri bizim üçün ən vacib məsələ olmalıdır”. O qeyd edib ki, Paşinyanın baş nazir olmasından sonra Ermənistanda yaxşıya doğru heç nə dəyişməyib: “Lakin son bir ildə Paşinyanın populist hakimiyyətinin mövcudluğu şəraitində ideoloji-proqram məhz Paşinyan tərəfindən üçüncü, dördüncü plana sürüklənib. Qeyd etdiyim kimi, erməni-türk əlaqələri ilə bağlı hər hansı ciddi bir müzakirə yoxdur. Ermənistan kimlərlə, necə, hansı iqtisadi modellə inkişaf etməlidir? O da yoxdur. Mənəvi və milli təhlükəsizlik baxımından da vəziyyət eynidir. Bu vəziyyətdə hər kəs gec-tez əmin olacaq ki, Paşinyan və onun komandası siyasi sistemdə lazımsızdır”.

Beləliklə, real mənzərə göstərir ki, getdikcə daha da dərinləşən və genişlənən Türkiyə-Azərbaycan-Rusiya, eləcə də bu dövlətlərin İranla əlaqələri regionda Bakının mövqeyini gücləndirsə də, Ermənistanı daha zəif duruma salır. Bunların fonunda Ermənistanın heç bir real addımı gözə dəymir və o daha aciz vəziyyətə düşür. Burada Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişaf etməsini də unutmaq olmaz. Aydındır ki, belə vəziyyət Qarabağ münaqişəsinin həllini tezləşdirmək iqtidarındadır. Yaxın Şərq və Qafqaz ölkələri üzrə rus ekspert Stanislav Tarasov da qeyd edir ki, bu durumda İrəvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə real addımlar atması zərurətə və qaçılmaz reallığa çevrilir: “Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hazırda bir çox nüansları və şərtləri var”. Onun sözlərinə görə, razılaşmalar yerinə yetirilmədən cəbhə xəttində təhlükəsizliyin təmin edilməsi mümkün deyil: “Həmsədrlərin illik hesabatında “Madrid prinsipləri” təqdim edilib. Həmsədrlərin istəyində bu kimi danışıqların tez həyata keçirilməsi qeyd olunub. Prosesin bir çox nüansları və şərtləri olduğu üçün bu, sülhə fayda verə bilər. Amma Ermənistanın bu məsələ ətrafındakı şərhləri də birmənalı deyil. Aydınlaşdırmaq lazımdır ki, işğal altındakı ərazilərdəki separatçı rejim danışıqlar prosesində ayrı bir subyekt kimi nəzərdən keçirilir, yoxsa yox. Çünki Ermənistan tərəfindən müxtəlif şərhlər səsləndirilir. Ümumiyyətlə, proses bir çox nüanslara və şərtlərə malikdir. Ümid edək ki, proses sülhə fayda verəcək. Bu, Qafqazda maraqlı qüvvələr, o cümlədən Rusiya üçün də vacibdir. Məsələ sülh yolu ilə həll olunmasa, güc amili işə düşəcək. Beynəlxalq durum da bu xüsusda Azərbaycana lazımi imkanlar tanıyır”. Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, regionda yaranmış vəziyyət Qarabağ münaqişəsinin də həlli baxımından yeni bir durum formalaşdırıb. Burada ümumi mənzərə Azərbaycanın lehinədir və Ermənistanın da bunu nəzərə alıb münaqişənin dinc müstəvidə həlli istiqamətində real addımlar atması lazımdır. Əks təqdirdə İrəvanı Bakının sərt zərbələri gözləyir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ