Cümə günü, 16 oktyabr 2026
     

Gürcüstandan Bakı-Tiflis-Qarsla bağlı yeni anlaşmaya anlaşılmaz reaksiya…

Image


Məlum olduğu kimi, bu günlərdə Ankarada “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti və “Türkiyə Dövlət Dəmir Yolları” arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandum Avrasiyadakı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və istismarı, o cümlədən xarici iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də tranzit və ixrac-idxal daşımaları üçün optimal nəqliyyat şəraitinin təmin edilməsi məqsədilə koordinasiyalı siyasət həyata keçirilməsinə yönəlib.

Məlumata əsasən, tərəflər dəmir  yolu sahəsində əməkdaşlığı, o cümlədən milli dəmir yolu şirkətlərinin nəqliyyat və tranzit potensialının artırılmasını “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Qərb marşrutu çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa marşrutları, eləcə də Bakı-Tiflis-Qars dəmir  yolunun infrastrukturu vasitəsilə Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə yük daşımalarının artmasına kömək edəcək tədbirlərin birgə həyata keçirilməsi yolu ilə inkişaf etdirmək niyyətindədir. Bundan başqa, "Rusiya Dəmir Yolları" ASC ilə "Azərbaycan Dəmir Yolları" QSC “Şimal-Cənub” dəhlizinin Qərb marşrutuna və digər marşrutlara konteyner qatarları ilə daşımalar üçün əlavə yüklərin cəlb edilməsi barədə razılığa gəlib. Digər tərəfdən, şirkətlər öz səylərini Şərq-Qərb istiqamətində tranzit daşımalarının inkişafına, ilk növbədə, Azərbaycanla Çin, eləcə də Çin və digər ölkələr arasında daşımaların Rusiya və Azərbaycan üzərindən həyata keçirilməsinə yönəldəcək. Yüklərin çatdırılma vaxtını azaltmaq üçün sərhəd və gömrük prosedurlarının optimallaşdırılması, o cümlədən elektron məlumat mübadiləsi və elektron şəkildə ilkin məlumatlandırma üzrə işlərin həyata keçirilməsi planlaşdırılır. Bütün bunlar iştirakçı ölkələrin tranzit daşımalardan daha çox gəlir əldə etməsinə, qarşılıqlı iqtisadi əlaqələrin daha da dərinləşməsinə hesablanıb. Bu fonda belə məlum olur ki, Bakı-Tiflis-Qars dəmir yolu üzərindən də daşınan yüklərin həcmi xeyli artacaq. Xüsusən də görünən budur ki, Rusiya bu dəmir yolunun imkanlarından daha çox istifadə etməyə çalışır. Elə Ankarada da diqqətə çatdırılıb ki, Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsini əhatə edən üçtərəfli əməkdaşlıq Bakı-Tiflis-Qarsın fəaliyyətində canlanma yaradacaq. O da vurğulanıb ki, əməkdaşlığın yeni forması Rusiyanın şərqindəki dəniz limanlarına daxil olan yüklərin Qafqazdan və Anadoludan keçməklə mənzilbaşına çatmasını təmin edəcək.

Aydındır ki, bu vəziyyətdə Bakı-Tiflis-Qarsın bir hissəsi ərazisindən keçdiyi üçün Gürcüstan da böyük həcmdə gəlir əldə edəcək. Amma görünən budur ki, gürcü tərəfi məsələnin onun üçün nə dərəcədə vacib əhəmiyyət kəsb etməsini qəbul etmək niyyətində deyil. Hər halda, Ankarada əldə edilən razılığa gürcülərin reaksiyası bunu deməyə əsas verir. Gürcüstanın baş naziri Mamuka Baxtadze bu xüsusda bildirib: "Bakı-Tiflis-Qars layihəsi Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir. Gürcüstan, Azərbaycan və Türkiyə arasında imzalanmış Bakı-Tiflis-Qars layihəsinin reallaşdırılması ilə bağlı prinsiplər konkret olaraq müəyyən olunub. İşlərin böyük hissəsi başa çatdırılıb və biz bu layihəni artıq mövcud olan mühəndis həlli əsasında yekunlaşdıracağıq. Ankarada Rusiya, Türkiyə və Azərbaycan dəmir yolları idarələrinin imzaladığı memoranduma gəlincə, Bakı-Tiflis-Qars layihəsinə digər iştirakçıların qoşulması Gürcüstan, Azərbaycan və Türkiyə arasında birgə razılıq əsasında mümkün ola bilər”.

 Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava isə məsələyə bir qədər də sərt yanaşıb: “Gürcüstanın iştirakı olmadan Bakı-Tiflis-Qars layihəsinin konfiqurasiyasına hər hansı dəyişikliyin edilməsi mümkün deyil”. Nazir deyib ki, Bakı-Tiflis-Qars Gürcüstan üçün strateji layihədir və ölkənin suveren maraqlarına cavab verir:  “Layihə üç dövlət tərəfindən razılaşdırılıb və təsdiqlənib. Hansısa bir iştirakçı dövlət birtərəfli qaydada layihəyə dəyişiklik etmək hüququna malik deyil. Biz bu layihəni təsdiq olunan formada reallaşdırırıq”. Turnava qeyd edib ki, layihə ilə bağlı müxtəlif formatlarda müxtəlif görüşlər keçirilə bilər: “Bu görüşlər bizim bölgəyə yüklərin cəlb olunması ilə bağlı ola bilər. Gürcüstanın iştirakı olmadan layihəyə hər hansı bir dəyişiklik edilə bilməz. Ankarada Rusiya, Türkiyə və Azərbaycan dəmir yolları idarələri rəhbərlərinin görüşü, çox güman ki, digər mövzularla bağlı olub”. Gürcüsütanın Ankara görüşünə belə aqressiv yanaşmasının səbəbləri bəlli olmasa da, real vəziyyət, əslində Tiflisin özünün də maraqlarına cavab vermir. Məsələ burasındadır ki, Azərbaycan və Türkiyə Bakı-Tiflis-Qarsa daha çox dövlətin qoşulmasını istəyir. Bura böyük ixrac potensialına malik Rusiya da  daxildir. Bu mənada, Ankarada imzalanan sənəd əslində mühüm uğur sayıla bilər və belə vəziyyət Gürcüstanın da gəlirlərinin artması deməkdir. Amma bunu müsbət qarşılamaq əvəzinə, gürcü rəsmilərinin məsələyə reaksiyası anlaşılmaz mahiyyət daşıyır. Rusiya isə, gürcü tərəfinin mövqeyinə rəğmən, yüklərinin Bakı-Tiflis-Qarsla daşınmasında maraqlı tərəf kimi çıxış edir. İndinin özündə də Rusiyanın Maqnitoqorsk Metallurgiya kombinatının yükləri bu dəmir yolu vasitəsilə nəql edilməkdə davam etdirilir. Bu vaxta kimi Rusiyada istehsal edilən təbəqə dəmir Türkiyəyə konteynerlər vasitəsilə daşınırdısa, artıq nəql prosesinin yük vaqonları vasitəsilə həyata keçirilməsinə başlanılıb. Daha çox yükgötürmə qabiliyyətinə malik vaqonlar vasitəsilə daşımanın həyata keçirilməsi iqtisadi cəhətdən səmərəli sayılır. Xatırladaq ki, bu vaxta kimi Maqnitoqorsk Metallurgiya Kombinatı öz məhsulunu Türkiyəyə Qara dəniz vasitəsilə çatdırırdı. Ümumiyyətlə isə, bu Kombinat Türkiyəyə ayda 60 min tona yaxın dəmir məhsulu göndərir ki, onun da bir hissəsi artıq Bakı-Tiflis-Qarsla  nəql edilir. Rusiya bu dəmir yolu ilə taxıl, taxta və digər məhsullar da daşımaqda maraqlıdır. Bütün bunlar iştirakçı ölkələr, o cümlədən də Gürcüstan üçün əlavə gəlirlər deməkdir. Bu mənada, Tiflisin məlum Ankara razılaşmasına qarşı çıxması sadəcə təəccüb doğurur.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ