Məhəmməd Əsədullazadə: “Ermənistanda yeni hakimiyyətin siyasətində bununla bağlı hər hansı bir konstruktiv siyasət ortaya qoyulmasa, rəsmi Bakı bu ölkəyə qarşı izolyasiyanı davam etdirəcək”
Ermənistanın regiondakı bugünkü rolu ötən əsrin əvvəlində çar Rusiyası parçalanandan sonra ermənilərin bölgədə tutduğu mövqeni və göstərdiyi fəaliyyəti xatırladır. Cənubi Qafqazda Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və Gürcüstana qarşı da qeyri-rəsmi formada ərazi iddiaları irəlı sürən Ermənistan regionda qeyri-sabitliyin əsas mənbəyinə çevrilib.
Rusiya ilə hərbi-siyasi müttəfiqlikdən istifadə edən bu ölkə uzun illər yeritdiyi işğalçı siyasətə görə məsuliyyətdən kənarda qala bilib. Lakin bu gün regionda yaranmış yeni geosiyasi durum, terrorizm və ekstremizmlə mübarizənin bütün dünya üçün prioritetə çevrilməsi onun bölgədəki mövqeyinə də öz təsirini göstərməkdədir.
Ermənistanın regionda ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyi ölkə Rusiya və İrandır. Hərbi və iqtisadi sahədə daha çox Rusiyaya sığınan Ermənistan üçün coğrafı baxımdan İranla əlaqələr də mühüm əhəmiyyət kəsb edir. Çünki Türkiyə və Azərbaycanla sərhədi bağlı saxlanan və hərbi-siyasi müttəfiqi Rusiya ilə sərhədə malik olmayan Ermənistan İranı "həyat dəhlizi" adlandırır. Ancaq nəzərə almaq lazımdır ki, ölkədəki hakimiyyət dəyişikliyindən sonra İrəvanla Moskva arasında münasibətlər bu və ya digər dərəcədə soyuqlaşmağa doğru gedir. Bununla yanaşı, işğalçılıq siyasəti apardığına görə Ermənistan regionda bir sıra layihələrdən kənarda qalıb. Bu günlərdə Prezident İlham Əliyev bir daha bəyan etdi ki, aparılan işğalçılıq siyasətinə son qoyulmasa, Ermənistanın təcrid olunması davam etdiriləcək.
O baxımdan maraqlıdır, Azərbaycanın izolyasiya siyasəti Paşinyanın bundan sonrakı Qarabağ siyasətinə hansı təsirləri göstərə biləcək?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə rakursdan yanaşdı: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bu ölkəyə qarşı Azərbaycan təcridetmə siyasəti aparır. Ermənistanın regional lahiyələrdən kənarlaşdırması ölkədə siyasi böhrana yol açan əsas amillədən biridir. Qeyd edim ki, Ermənistanda davam edən siyasi böhran, həmçinin Sarkisyanın hakimiyyətdən devrilmısi məhz iqtisadi böhranın nəticəsidir. Ermənistanda yeni hakimiyyətin siysətində Qqarabağla bağlı hər hansı bir konstruktiv siyasət ortaya qoyulmasa, rəsmi Bakı bu ölkəyə qarşı izolyasiyanı davam etdirəcək. Hesab edirəm ki, Ermənistanın bir ölkə kimi iqtisadi inkişafı məhz münaqişənin həllində tutacağı ədalətli mövqedən asılı olacaq. Hələ ki, biz Nikol Paşinyanın Qarabağ konfliktinin həlli ilə bağlı konsturiktiv siyasətini görmürük. Bu gün Ermənistanda sosial vəziyyətin yaxşılaşdırlmasına cəhdlər də səmərə verməyəcək. Yeni hakimiyyət 100 günlüyü ilə əlaqədar keçirəcəyi mitinqdə də sosial problemlərin həlli ilə bağlı xalqa dolğun məlumat verməyəcək. Hələ ki, Ermənistanda yeni hakimiyyət köhnə hakimiyyətlə haqq-hesab çəkir və daxili auditoriyanı bu siyasətlə manipulyasiya edir. Amma Ermənistan vətəndaşları Nikol Paşinyandan payızdan başlayarq real iqtisadi islahatlar tələb edəcək. Paşinyanın bu istiqamətdə islahatlar aparması mümkün deyil. Çünki Rusiya ilə gərginləşən siyasət, Kremlin İrəvana qarşı müəyyən sanskiyalar tətbiq edəcəyi gözlənilir. Həmçinin Avropa İttifaqının maliyyə yardımları da bu ölkənin dirçəlməsinə zəmin yaratmayacq. Rusiya Ermənistanın hərbi sahəsinə yardımları dayandırsa, Avropadan ayrılan vəsaitlər hərbi sahəyə yönəldiləcək və bu da ölkədə iqtisadi vəziyyətıə mənfi təsir edəcək. Göründüyü kimi, Ermənistan hakimiyyəti islahatlara getmək istəyirsə, ilk növbədə işğal etdiyi əraziləri boşaltmalıdır. Bundan sonra Azərbaycan və paralel olaraq Türkiyə Ermənistanla iqtisadi əlaqələri bərpa edər. Yalnız o zaman Ermənistanda hər hansı inkişafdan söhbət gedə bilər”.
Vidadi ORDAHALLI