çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistanın substantiv danışıqlardan qaçmasının həlledici səbəbi – Azərbaycanın prinsipləri bütün diplomatik arenalarda qəbul olunur

Image


Ermənistanda baş verən son hadisələr bu ölkə ilə Qarabağ münaqişəsini dinc müstəvidə həll etmək üçün hələ də danışıqlar prosesini yenidən başlatmağa imkan vermir. Məsələ burasındadır ki, Azərbaycan rəhbəri ilə Qarabağ münaqişəsinə dair danışıqları erməni tərəfdən kimin həyata keçirəcəyi hələ də dəqiq müəyyən olunmayıb. Burada Dağlıq Qarabağ danışıqlarında İrəvanı Ermənistan prezidentinin, yoxsa baş nazirin təmsil edəcəyi ətrafında hələ də mübahisələr gedir. Dəqiq müəyyənləşmənin nə vaxt olacağı isə bəlli deyil.

Bütün bunlara rəğmən, Azərbaycan Ermənistan tərəfdə vəziyyətin normallaşaraq Qarabağ danışıqlarının intensiv şəkildə davam etdiriməsinin tərəfdarı kimi çıxış edir. Amma söhbət nəticəsi olan danışıqlardan gedir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov RİA “Novosti”yə verdiyi müsahibədə bu məqama bir daha xüsusi olaraq toxunub. ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin artıq uzun illərdir davam etdiyinə toxunan nazir deyib: “Minsk Qrupunun mandatına dair sənəddə qeyd olunduğu kimi, Minsk Qrupu öz fəaliyyətində beynəlxalq hüququn müvafiq norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətanamələrini və Helsinki Yekun Aktının müddəalarını əsas tutur. Münaqişənin nizamlanması da məhz həmin başlıca müddəalara əsaslanmalıdır”. Nazir bir daha xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi dörd qətnamə mövcuddur və həmin qətnamələr işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxtı keçmir və icrası mütləqdir. Məmmədyarov, həmçinin, münaqişənin həlli istiqamətində substansiv danışıqların intensivləşdirilməsinin vacibliyini vurğulayıb:  “Minsk Qrupu tərəfindən təklif olunan mərhələli nizamlanma modeli çoxdan hamıya bəllidir. Rusiya, ABŞ və Fransa dövlət başçılarının birgə bəyanatlarında işğal faktına əsaslanan status-kvonun qəbuledilməzliyi barədə mövqe dəfələrlə ortaya qoyulub. Təəssüf ki, biz hələ də işğala son qoya bilməmişik. Nizamlanma prosesinin təşviqi üçün mövcud format və gündəmdə duran məsələlər çərçivəsində substantiv danışıqların intensivləşdirilməsini təmin etməyimiz vacibdir”. Nazir onu da əlavə edib ki, Azərbaycan nəticəyə hədəflənib və rəsmi Bakı münaqişənin nizamlanması istiqamətində substantiv danışıqların davam etdirilməsinə hazırdır. 

 Elmar Məmmədyarovun Qarabağ münaqişəsinin həlli prosesinə dair fikirlərinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli qeyd edir  ki, burada irəli sürülən təkliflər kifayət qədər konstruktivdir: “Bu təkliflər ətrafında erməni tərəfi ciddi düşünməli və seçim etməlidir. Çünki danışıqlar prosesi gündəlikdən çıxarılsa, danışıqların alternativi meydana gələcək ki, bu da ermənilər üçün heç əlverişli olmayacaq. Azərbaycan tərəfi indiyə qədər danışıqlar prosesində qət edilmiş məsafənin üstündən xətt çəkməmək şərtilə bu proseslərin davam etdirilməsini istəyir. Danışıqlar prosesi danışıqlar naminə aparılmamalıdır. Substantiv danışıqlar dedikdə biz danışıqlar prosesinin ardıcıl surətdə davam etdirilməsi, ortaya konkret müzakirə məsələlərinin çıxarılması və müzakirədə irəliyə doğru addımlar atılmasını nəzərdə tuturuq. Ermənistanın buna hazır olub-olmadığını demək çox çətindir. Çünki Ermənistan siyasi rəhbərliyi tez-tez fikirlərini dəyişir”. Politoloq vurğulayıb ki, münaqişənin həlli üçün müsbət istiqamətdə beynəlxalq səviyyədə bəyanatlar səsləndirilir: “Bunlardan biri NATO-nun zirvə toplantısında səsləndirilib və burada münaqişənin Azərbaycanın ərazi bütövlüyünə əsaslanmaqla həll edilməsi vurğulanıb. Avropa Birliyi də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib və Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edib. Yəni beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyü məsələsi bu gün gündəmdə olan məsələlərdən biridir. Bu məsələnin həll edilməsi istiqamətində lazımi addımlar atılmalıdır”. Politoloqun sözlərinə görə, Ermənistan indiyə qədər danışıqlardan imtina edirdi: “Amma son dövrlər bəzi təzyiqlərdən sonra Ermənistan tərəfi danışıqlar prosesinə qatılmaq haqqında qərar verdi. Onların bu qərara əməl edəcəyi görünür. Çox təəssüflər olsun ki, Ermənistan siyasi rəhbərliyi hərdəmxəyal, eyni zamanda radikal xətt tutmağı özlərinə adət etmiş adamlardır. Onlar beynəlxaq ictimai fikri də qətiyyən nəzərə almaq niyyətində olmadıqlarını sübut edirlər. Bütün bunları nəzərə alaraq, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi Ermənistandan konstruktiv təkliflər gözləyir. Yəni işğal faktorunu aradan qaldıra biləcək təkliflər müzakirə olunmalıdır”.

Beləliklə, qeyd edilənlərdən aydın olur ki, Azərbaycan hələ də Qarabağ məsələsinin dinc müstəvidə həllində maraqlı tərəf kimi çıxış edir və bu xüsusda Ermənistanla danışıqları davam etdirməyə hazırdır. Amma problem ondadır ki, erməni tərəfi hələ konstruktiv dialoqa hazır olduğunu nümayiş etdirmir. Azərbaycan isə bu vəziyyətin uzun müddət davam etməsinə razı deyil və yaxın tezlikdə müvafiq addımlar atılmayacağı təqdirdə alternativ, yəni güc yolu ilə münaqişənin həllinə tam hazırdır. Bu vəziyyətdə İrəvanın Bakının qarşısında duruş gətirməsi tamamilə mümkünsüzdür. Özü də o vaxtda ki, Ermənistan artıq Rusiyanın himayəsindən də məhrum olur. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan-Rusiya xəttində belə, demək olar ki, atəş səsləri susmur. Nikol Paşinyan hakimiyyətinin Moskva qarşısında mərkəzdənqaçma siyasəti Kremlin ciddi qəzəbinə səbəb olur. Lakin bağışlamağı sevməyən ruslar, hələ ki, ermənilərlə sərt dildə danışmaqla kifayətlənirlər. Ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrov sabiq prezident Köçəryanın həbsinə münasibət bildirərkən Ermənistanda baş verənlərin onları narahat etdiyini açıqladı.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə qonşu ölkələrin Gürcüstandakı NATO təlimlərində iştirakından təəssüf hissi keçirdiklərini bildirdi. Bu təlimlərdə, Ermənistanla yanaşı, Türkiyə və Azərbaycan da iştirak edir. Lakin Ermənistan mediası Zaxarovanın məhz erməniləri nəzərdə tutduğunu yazır.
Erməni siyasi şərhçi Aykazn Qaqriyanın fikrincə, Rusiya Ermənistanın Qərblə istənilən əməkdaşlığına qarşıdır və Kreml çətin ki, baş verənləri bağışlasın:“Rusiya və Ermənistan arasında “atışma” getdikcə şiddətlənir. Rusiya indi dilemma qarşısındadır: Ermənistanın yeni hökuməti ilə işləmək, yaxud da qırmızı xətti keçərək müdaxiləyə əl atmaq. İkinci yol nə qədər təhlükəli olsa da, Moskvanın müdaxiləni seçəcəyi daha çox inandırıcıdır”.  Digər şərhçi Romella Mnasakanyan isə Qərbin Ermənistanı xilas etməli olduğunu bildirir. O, Gürcüstan və Ukrayna ssenarisini xatırladıb və Qərbin Rusiyanın müdaxiləsi qarşısında heç nə edə bilmədiyini qeyd edib: “Rusiya Gürcüstan və Ukraynada istədiyini etdi. Bununla göstərdi ki, o istəyəndə dağıda bilir. Bu baxımdan, Rusiya Ermənistana da müdaxilə edə bilər. Qərb bunu nəzərə alaraq keçmiş səhvlərini təkrarlamamlı və Ermənistanı xilas etməlidir. Çünki Rusiya, Ukrayna və Gürcüstanda olduğu kimi, Ermənistanda da “hibrid müharibəsi”nə başlayacaq. Halbuki, bu müharibə birbaşa Qərbə qarşıdır”. Erməni şərhçi iddia edir ki,  belə vəziyyətdə Azərbaycan çox qısa müddətdə Qarabağ münaqişəsini istədiyi şəkildə həll edəcək. Çünki Ermənistanın başı yalnız daxili vəziyyətə qarışacaq və hətta bu fonda Qarabağdakı hərbçilərin bir qisminin İrəvana gətirilməsi də tamamilə gözləniləndir.

Bununla yanaşı diqqət həm də ona yönəldilir ki, artıq Kreml Paşinyanın “məxməri inqilabını” maliyyələşdirənləri sıradan çıxararaq indiki İrəvan hakimiyyətinə qarşı olduğunu daha açıq nümayiş etdirir. Məlumdur ki, “məxməri inqilabı” maliyyələşdirənlər sırasında Rusiyada yaşayan çoxsaylı erməni “elitar” dairələr də olub. Bunu hələ ötən ay Sankt-Peterburqada erməni sahibkarlarla görüşən Nikol Paşinyan özü etiraf edib və bildirib ki, inqilabın davam etdirilməsi üçün Rusiyadan ilk pullar Saxalindən göndərilib. Lakin Paşinyanın bu etirafı onun Rusiyadakı sponsorlarına baha başa gəlib. Paşinyanın açıq şəkildə Rusiyadakı tərəfdaşlarını işfa etməsi isə  orada yaşayan və özünü indiyədək Rusiya yanlısı kimi qələmə verən erməni biznesmenlərinin narahatlığına səbəb olub. Aydınlaşıb ki, onların bu narahatlığı əsassız deyil.  Rusiyanın televiziya kanallarına istinad edən erməni mediası bildirir ki, Rusiyadakı “Qazbank”ın lisenziyasının əlindən əlinması, onun sahiblərindən biri – “Rosnano”nun sədr müavini, erməni oliqarx Vladimir Avetisyanın biznes-imperiyasının çöküşü onların məhz Ermənistandakı hakimiyyət çevrilişinin sponsorları olması ilə əlaqədardır. 
Qeyd olunur ki, “Qazbank” guya “dostları üçün” digər banklarda dəfələrlə irimiqyaslı pul köçürmələri həyata keçirib. Bunu əsas gətirərək, Rusiya Mərkəzi Bankı onun lisenziyasını əlindən alıb, bankın idarə heyəti isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətinə düşüb. Lakin görülən tədbirlərin başlıca səbəbi bankın Ermənistandakı siyasi çevrilişi maliyyələşdirməsi və Avetisyanın “məxməri inqilab”in sponsoru olmasıdır. Hətta onun Paşinyanın qohumu olduğu da iddia edilir. Ermənistandakı aprel hadisələrini Rusiyanın Samara əyalətinin kredit təşkilatı – rəhbərlərindən birinin Qriqori Ohanesyanın olduğu “AktivKapital Bank”ın da maliyyələşdirdiyi bildirilir. Bu bankın da lisenziyası əlindən alınıb. Məlumatlara görə, Ohanesyan bankdan oğurladığı 25 milyard rubl pulla Ermənistana gedib və inqilabçılara dəstək olub. Həmin pulların bir qismi Paşinyanın küçə aksiyalarının təşkilinə xərclənib. Amma indi bu qüvvələr sıradan çıxarılır. Erməni mediası yazır ki, yaxın tezlikdə Moskva Ermənistanın daxili ictimai-siyasi həyatında da aktivləşərək, burada Paşinyan iqtidarını zəiflətmək üçün destabil bir durum yaradacaq. Məhz bu da, öz növbəsində, Qarabağ münaqişəsinin həllində yeni bir vəziyyət yaradacaq. Elə bu səbəbdən hesab edilir ki, İrəvan üçün ən yaxşı çıxış yolu konfliktin həllini Azərbaycanla danışıqlar masasında tapmaqdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ