çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistanın işğal etdiyi torpaqlarımızda həyata keçirilən “toponim soyqırımları”…

Image


Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan torpaqlarında ermənilər tərəfindən vandalizm halları hələ də davam etdirilir. Torpaqlarımızda etnik təmizləmələr həyata keçirən, tarixi abidələrimizə, mədəniyyətimizə qarşı soyqırımlar törədən Ermənistanın mənfur əməlləri toponimlərimizdən də yan ötmür.

Qafqaza yamaq olan ermənilər təkcə son 25-27 ildə işğal etdikləri Dağlıq Qarabağ, onun ətrafında yerləşən 7 rayonumuzda kütləvi olaraq bütün yer-yurd, çay, dağ, meşə adlarını dəyişdirərək onları erməniləşdiriblər. Əslində isə bu toponimlərin ermənilərə heç bir aidiyyəti yoxdur. Ermənistanın son illər toponimlərimizə qarşı həyata keçirdiyi saxtalaşdırma işləri bu gün də davam etdirilir. Onlar toponimləri erməniləşdirməklə bizim izlərimizi silməyə çalışırlar. Beynəlxalq qurumlar isə həmişəki kimi seyrçi mövqeyində dayanırlar. Ermənilərin həyata keçirdikləri saxtalaşdırma kampaniyasının qarşısının alınmalı olduğunu qeyd edən alimlərin sözlərinə görə, onların işğal etdikləri ərazilərdə toponimləri dəyişdirməsi bütün beynəlxalq konvensiyalara ziddir.   

Onu da vurğulayaq ki, ermənilər bu gün türklərin tarixi torpaqlarında bu kimi əməllərini davam etdirirlər. Alimlərin dediyinə görə, hətta Türkiyə ərazisində də onlar türk toponimlərini saxtalaşdıraraq onlara erməni dilində adlar verirlər. Bu da dünyanın göz yumduğu acı faktdır.

Tarixçilər qeyd edirlər ki, Ermənistan bu gün hazırkı Azərbaycan dövlətinin ərazisini – Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edib, orada da yer adlarımızın hər birini dəyişiblər, dünyaya erməni toponimləri adı altında tanıdırlar. Ermənilər məskunlaşdırıldıqları və işğal etdikləri bütün torpaqlarımızda türk və müsəlman yer adlarını siliblər.

Keçən yazımızdan da məlum olduğu kimi, ermənilər iri yaşayış məskənlərindən olan Ağdam şəhərini – Akna, Xocalını – İvanyan; Qubadlını – Sanasar, Laçını – Berdzor, Kəlbəcəri – Karvaçar, Cəbrayılı – Jrakan adlandıraraq tam, bəzi yer adlarını qismən, digərlərini isə erməni dilinə tərcümə edərək dəyişdiriblər. Alimlər qeyd edirlər ki, ermənilərin hətta çap etdirdikləri xəritələrdə və kütləvi informasiya vasitələrində Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə şəhərini “Qandzak”, Bərdə şəhərini "Partav”, Kəpəz dağını “Alparak” kimi yazmalarının beynəlxalq hüquq normalarına etinasızlıq, Azərbaycan xalqına qarşı isə mənəvi terror olduğu danılmazdır.

Alimlər vurğulayırlar ki, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmaqla kifayətlənməyərək, coğrafi adlarımızı təcavüzə, soyqırıma məruz qoymuş Ermənistan, onun səlahiyyətli nümayəndələri beynəlxalq ictimaiyyət və qurumlar tərəfindən qınanılmalı, onların bu şovinist niyyətli əməlləri kəskin pislənilməli, mənəvi terror və işğal kimi qiymətləndirilməlidir. Lakin hələ də onlara “gözün üstə qaşın var” deyən meydanda yoxdur. Əlbəttə, Azərbaycan və Türkiyə dövlətləri istisna olmaqla.

Ermənistanın işğal etdiyi Azərbaycanın ərazilərində toponimləri kütləvi şəkildə dəyişdirməsi faktına beynəlxalq qurumların göz yummasından təəssüflənən AMEA-nın Qafqazşünaslıq İnstitutunun  Ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər bütün istiqamətlərdə anti-Azərbaycan təbliğatı həyata keçirib, bu gün də keçirməkdə davam edirlər: “Tarixi mənbələrin yazdıqlarından da, son dövrlər baş verənlərdən də məlum olur ki, onlar bura köçürülən gündən, yəni XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı bu kimi saxtalaşdırma əməlləri həyata keçiriblər. Ermənilər Çar Rusiyasının onlara yaratdığı şəraitdən istifadə edərək bizim torpaqlarımıza qarşı iddialar ortaya qoymağa başladılar. Ermənilərin mövcud ideologiyası saxtakarlıq və cəfəngiyyat üzərində qurulub. Faktdır ki, onlar Azərbaycana qarşı yalnız toponim təcavüzü həyata keçirməyib, bütün istiqamətlərdə separatçı əməllər sərgiləyiblər. Araşdırmalardan da məlumdur ki, onlar yerli əhali olan türkləri, müsəlmanları min bir hiylə ilə, incitməklə öz yerlərindən didərgin salıblar, sonra isə bizə aid yer-yurd adlarını dəyişdirməklə məşğul olublar. Bu saxtakar əməllərini icra etmək üçün həm Çar Rusiyası, həm də Sovet hökuməti erəmənilərə münbit şərait yaradıblar. Düzdür, Sovet hakimiyyəti qurulandan sonra onların bizə qarşı ədavətinə bir qədər son qoyuldu. Ancaq bu heç də onların Azərbaycana qarşı əməllərinin qarşısını kəsmədi. Ermənilər əlaltından bizə qarşı saxtakar niyyətlərini həyata keçirməyə başladılar. Onlar həm Qərbi Azərbaycandan kütləvi olaraq soydaşlarımızı deportasiya etdilər, həm də oradakı abidələri, eləcə də qədim türk toponimlərini özlərinkiləşdirdilər. Bu gün Qərbi Azərbaycana aid 2 mindən artıq türk toponimi erməniləşdirilib. İşğal olunmuş Dağlıq Qarabağda, eləcə də digər rayonlarımızda bu əməllərini açıq şəkildə davam etdirməyə başladılar. Onlar rəsmi və qeyri-rəsmi şəkildə toponimləri saxtalaşdıraraq ermənilıəşdirirlər”.

Q.Hacıyev qeyd etdi ki, ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiası hər zaman olub və onlar ərazilərimizə köçürüldükdən sonra ayrı-ayrı dövlərdə bu iddialarını gerçəkləşdirməyə çalışıblar. Professor Hacıyevin sözlərinə görə, ermənilərin hiylə, məkr, terror yolu ilə sahibləndikləri torpaqlarımızda həyata keçirdikləri vandalizm aktlarından biri toponimlərimizin dəyişdirilməsi ilə bağlı olub. “XIX əsrin sonlarında və XX əsrin əvvəllərində torpaqlarımıza qarşı əsassız iddialar irəli sürməyə başladılar. Onlar müxtəlif yollarla sahibləndikləri Azərbaycan torpaqlarında kütləvi addəyişdirmə işləri həyata keçirməyə başlamışdılar. Ermənilər həm Qərbi Azərbaycanda, həm də son dövrlər işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonlarda toponimləri, yer-yurd adlarını dəyişdirirlər. Sözsüz ki, ermənilərin həyata keçirdikləri bu neqativ əməllər  qeyri-rəsmidir, heç bir hüququ əsası olmayan aktlardır. Ermənilər bütün xəritələrində, kitablarında işğal etdikləri Azərbaycan torpaqlarındakı şəhərləri, kəndləri, yer-yurd adlarını erməni dilində təsvir ediblər. Onlar işğal etdikləri ərazilərimizdə mövcud olan kəndlərin, şəhərlərin, toponimlərin adlarını dəyişdiriblər” - deyə Q.Hacıyev bildirdi.

Q.Hacıyev onu da bildirdi ki, Ermənistanın həyata keçirdiyi bu cinayətlərə beynəlxalq qurumların reaksiya verməməsi xristian həmrəyliyi ilə bağlıdır. O qeyd edir ki, nə qədər ki, bu birlik mövcuddur, bir o qədər bizə qarşı ayrıseçkilik olacaq: “Bu gün dünyada nə qədər ki, türkü, Azərbaycanı sevməyən xalqlar və dövlətlər var, bu məsələyə ikili standartla yanaşılma halı sərgilənəcək. Ermənilərin həyata keçirdikləri bu əməllər beynəlxalq konvensiyaların şərtlərinə ziddir. Onlar o qədər qanunsuzluqlar, cinayətlər törədiblər ki, deyilməklə bitməz. Biz ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında həyata keçirdikləri cinayət faktlarını beynəlxalq qurumlara təqdim edəndə, onlar erməniləri cəzalandırmaq əvəzinə, bizə tövsiyə edirlər ki, siz də onların cavablarını faktlarla verin. Ermənilər saxtakarlıqla, Azərbaycan isə həmişə faktlarla danışır. Sadəcə, beynəlxalq qurumlar bizim haqq işimizə göz yumurlar. Hesab edirəm ki, Dağlıq Qarabağda və ətraf rayonlarda ermənilərin həyata keçirdikləri bütün cinayət əməlləri, beynəlxalq qanunlara zidd hərəkətləri haqqında biz yorulmadan dünya birliyinə məlumatlar verməliyik. Ermənilərin həyata keçirdikləri bütün cinayətlər, o cümlədən də toponimlərimizlə bağlı törətdikləri soyqırım dünyaya çatdırılmalıdır. Ermənistanın iç üzünü bütün dünya tanımalıdır. Onsuz da Ermənistanın hər üzünü dünya tanıyır. Sadəcə, onlara havadarlıq edənlər imkan vermirlər ki, Ermənistanın saxta əməlləri tam olaraq ifşa edilsin. Biz bu yolda fəaliyyətimizi daha ciddi şəkildə həyata keçirməliyik”.    

AMEA-nın Tarix İnstitutunun elmi işçisi, dövlət mükafatı laureatı Nazim Mustafa da ermənilərin son dövrlər və ondan əvvəlki dövrlərdə həyata keçirdikləri toponim saxtakarlığını ifşa edən faktlar üzə çıxarıb. Bu barədə tarixçi yazır: “Hər hansı bir ərazidə toponimlər sisteminin formalaşması üçün yüz illər, bəlkə də min illər lazımdır. Cənubi Qafqazda qədim türklərə, oğuz və qıpçak boylarına məxsus toponimlərin yaranmasından min illərlə zaman keçir. Azərbaycan, Gürcüstan və indiki Ermənistan ərazisində on minlərlə toponim məhz tarixin qədim qatlarında formalaşmışdır. Qədim türklər yaşadıqları ərazini coğrafi relyefin, tarixi şəxsiyyətlərinin və tayfaların adları ilə adlandırmışlar.

Bu gün Ermənistan Respublikası adlanan dövlət əsasən tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradılmışdır.

1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra yaradılan yeni inzibati-ərazi vahidində, yəni “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək buraya köçürülmüş ermənilər idi. Yeri gəlmişkən, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi.

Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaşmış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritəçilik baxımından bu, asan məsələ olmasa da, Ermənistan Respublikasında azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olmuşdur.

Ümumiyyətlə, ermənilər azərbaycanlılara məxsusluğunu bildirən toponimlərdə hallanan “dağ” söz birləşməsini “sar”, təpə söz birləşməsini “blur”, göl söz birləşməsini “lic”, çay söz birləşməsini “get”, bulaq söz birləşməsini “axbyur”, su söz birləşməsini “cur”, dərə söz birləşməsini “dzor” ifadəsi ilə əvəz etməklə, hərfi tərcümə yolu ilə toponimlərimizi erməniləşdirmişlər”.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ