çərşənbə günü, 11 noyabr 2026
     

İranı bürümüş yeni sosial-siyasi etirazlarda ABŞ sanksiyalarının təsiri birbaşa faktor kimi...

Image


Nəzakət Məmmədova: “İran üçün ən ağır olan mərhələ irəlidədir”

 

İranda gündəlik tələbat mallarının sürətlə bahalaşmasına, həyat səviyyəsinin aşağı düşməsinə və hökumətin siyasətinə etiraz olaraq başlayan nümayişlər ara vermir. Ölkənin daha bir neçə şəhərində, o cümlədən Tehran, Şiraz, Kərəc və Qumda insanlar küçələrə çıxaraq antihökumət şüarları səsləndiriblər. Aksiyalarda minlərlə insanın iştirak etdiyi bildirilir, təhlükəsizlik qüvvələri etirazçılara müdaxilə ediblər.

İddia olunur ki, İranda inflyasiyanın yeni dalğası ABŞ-ın bu ölkəyə qarşı sanksiyaları yenidən bərpa etməsi ilə bağlıdır. Sanksiyaların birinci mərhələsi avqustun 7-də qüvvəyə minəcək. Bunun ardınca Tehrana qarşı sanksiyalar mərhələlərlə sərtləşdiriləcək. ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi bir çox Qərb şirkətlərini bu ölkədəki bizneslərini dayandırmağa məcbur edib. Ölkədən kapital axını sürətlənib. Milli valyutanın dollarla müqayisədə kəskin dəyərdən düşməsi nəticəsində inflyasiya sürətlənib, gündəlik tələbat mallarının kəskin bahalaşması iranlıların sosial vəziyyətini ağırlaşdırıb. Prezident Həsən Ruhaninin hökuməti yerli valyuta bazarında vəziyyəti sabitləşdirmək üçün uğursuz cəhdlər edir. Bu ilin aprel ayından, yəni ABŞ Prezidenti Donald Trampın İrana qarşı sanksiyaları bərpa etmək qərarından bəri ölkənin milli valyutası rial dollarla müqayisədə iki dəfədən çox dəyərdən düşüb. Ötən bazar günü 1 dollar 115 min riala satılırdı. İran Mərkəzi Bankı isə rəsmi məzənnəni 1 dollar üçün 42 min rial səviyyəsində müəyyən edib, amma dolların “qara bazar” məzənnəsi sürətlə artır.

İran parlamenti yaxın günlərdə ölkədəki iqtisadi vəziyyətlə bağlı xüsusi iclas keçirəcək. Həmin iclasda Prezident Həsən Ruhaninin hesabatı dinlənilməlidir. Parlament ölkədəki vəziyyətdən çıxış yolları hazırlamaq üçün hökumətə bir ay vaxt vermişdi.

İranda yeni sosial-siyasi etirazların başlamasında ABŞ-ın tətbiq etdiyi sanksiyaların nə kimi rolu var?

Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ Prezidenti Tramp bu ilin may ayında İranla nüvə sazişindən çıxmaq barədə qərarı elan edəndə qarşıdakı 90 gündə sanksiyaların birinci, 3 ay içində isə ikinci mərhələsinin başlayacağını demişdi: “Artıq dövlət katibi Pompeo bu sanksiyaların başlandığını elan etdi. ABŞ İran hökumətinə dollar, qiymətli metalların alışına məhdudiyyət qoydu. Üstəlik, İranın öz borc öhdəliklərini də milli valyuta ilə həyata keçirmək qadağan edildi. Bu o deməkdir ki, İran özünün bütün dollar rezervlərini xarici borclarını ödəmək üçün sərf etməli olacaq. Bu isə dollarla milli valyuta arasında disproporsiya yarada bilər. Üstəlik, İranın avtomobil sənayesi, hava daşımacılığı ilə bağlı xidmətlər, ABŞ-a xalça satışı və digər sahələrə də məhdudiyyətlər tətbiq edilir. Bu, əlbəttə ki, əhalinin güzəranına və rifah halına birbaşa təsir edən məsələdir. ABŞ da məhz bunu nəzərə alaraq birbaşa hərbi müdaxiləyə risq etməyərək İranı iğtişaşlarla, əhalini hökumətə qarşı ayağa qaldırmaqla daxildən çökdürmək istəyir.

Bütün bunlar milli valyutanın devalvasiyasına, inflyasiyaya, sosial və son nəticədə siyasi böhrana gətirib çlxara bilər. İranın valyutası olan rial ABŞ dollarına nisbətdə may ayından bəri xeyli dəyərdən düşüb. Məlumatlara görə, əhali təşviş içərisində dollar almağa çalışır”.

Nəzakət Məmmədovanın sözlərinə görə, möhkəm valyutanın çatışmazlığı ucbatından qiymətli metallar da bahalaşıb: Rial bir il əvvəlki ilə müqayisədə dollara nisbətdə 25 faiz dəyərdən düşüb. Ölkədə qızıl külçələrə, qızıl pullara, mənzillərə və avtomobillərə tələbat kəskin şəkildə artıb. Bütün bunlar ucbatından son vaxtlar Şiraz, Məşhəd, İsfahan şəhərlərində və Tehran ətrafında əhalinin iğtişaşları getdikcə geniş vüsət almaqdadır. Əsas etirazlar qiymət artımı, işsizlik və korrupsiyaya qarşıdır. Bütün bunlar islahatçı Prezident Ruhaninin mövqelərinə ağır zərbə vurub. İran parlamenti ilk dəfə öz səlahiyyətindən istifadə edərək Prezidenti işinin nə dərəcədə səmərəli olub-olmaması barədə hesabat vermək üçün Məclisə dəvət edib”.

Politoloq hesab edir ki, Ruhani bir aydan sonra parlament qarşısında hesabat verməlidir: “O, islahatlara gedəcəyini bəyan edib. Artıq İranda radikal əhval-ruhiyyənin artdığını müşahidə etmək olar. Bir neçə gün əvvəl Ruhani Mərkəz Bankın rəhbərini dəyişməli oldu. Bu, ilk addım idi, ökənin iqtisadi və maliyyə rəhbərliyi arasında genişmiqyaslı kadr dəyişikliyi, bir çox şəxslərin vəzifədən uzaqlaşdırılması gözlənir.

Dövlət Departamenti bəyan edib ki, artıq 50 beynəlxalq şirkət İranı tərk edib. May ayında Almaniya kansleri Merkel də Çin rəhbərliyi ilə görüşdə, istər-istəməz, Avropa şirkətlərinin sanksiyalardan yayınmaq üçün İrandan çıxacağını demişdi. Bütün bunlar İranın iqtisadi vəziyyətinin pisləşməsinə və əhalinin güzəranının getdikcə ağırlaşmasına səbəb olacaq. İran üçün ən ağır mərhələ isə irəlidədir. Əgər 4 noyabrda ABŞ İranın xammal neftinin satışına qadağa qoysa, əhalinin vəziyyəti son dərəcə ağırlaşa bilər. Ölkənin əsas gəliri neft məhsullarının satışındandır. Əgər burada məhdudiyyət tətbiq olunsa, gəlirlər kəskin şəkildə düşəcək, ən zəruri tələbat mallarını xaricdən idxal etmək imkanı xeyli azalacaq. Bu isə sosial partlayışa səbəb ola bilər. Konkret olaraq bu nəticəyə gəlirik ki, İranın hazırkı duruma düşməsində başlıca rolu ABŞ-ın tətbiq etdiyi sanksiyalar oynayır”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ