çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistanın Azərbaycana siyasi-ərazi təcavüzünün içində həm də “toponimik təcavüz”…

Image


Azərbaycan torpaqları uzun illərdir Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni təcavüzünə yalnız torpaqlarımız, tarixi abidələrimiz deyil, həm də toponimlərimiz məruz qalıb. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında bütün yer-yurd, şəhər, rayon, qəsəbə, kənd, eləcə də dağ, çay və s. adlarını dəyişdirərək onları erməniləşdirməyə cəhd göstəriblər.

Ermənilərin toponimlərimizi saxtalaşdırması sözsüz ki, bir cinayət faktıdır. Dağlıq Qarabağı və onun ətrafındakı 7  rayonu işğal edən ermənilər bu torpaqlarda saxtalaşdırma fəaliyyətlərini davam etdirirlər. Təəssüf ki, onların bu qondarma əməllərinə beynəlxalq təşkilatlar tərəfindən heç bir təpki göstərilmir. Fakt budur ki, Azərbaycana məxsus yaşayış məskənlərinin və digər coğrafi obyektlərin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilir.  

Ermənilərin həyata keçirdiyi saxtalaşdırma aktı bütün dünyanı, sülhə dəstək verən qüvvələri narahat etməlidir.

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Rəşid Fətəliyev bu sahədə geniş araşdırma apararaq ermənilərin Dağlıq Qarabağda və onun ətrafındakı 7 rayonda həyata keçirdikləri coğrafi saxtakarlığı detallarına qədər üzə çıxarıb. 

R.Fətəliyev Ermənistan tərəfindən hələ də işğalda saxlanan Azərbaycan torpaqlarında bədnam qonşularımızın kütləvi olaraq həyata keçirdikləri saxtalaşdırma aktını tam olaraq üzə çıxarıb. O qeyd edir ki, toponimlər xalqımızın milli-mənəvi sərvətidir: “İstənilən bir ölkənin toponimiyası çoxlu sayda coğrafi obyekt adlarından-toponimlərdən ibarətdir. Azərbaycan Respublikası ərazisində də yüz minlərlə  toponim mövcuddur, yalnız yaşayış məntəqələrinin (oykonimlərin) sayı 4550-dən çoxdur, lakin toponimlərin böyük əksəriyyətini oronimlər (dağ, dərə, yamac), hidronimlər (çay, göl, bulaq) və s. təşkil edir ki, onların sayı haqqında hələlik kifayət qədər dəqiq məlumat yoxdur.

Toponimlər milli-mənəvi sərvətdir, ünvandır, gələcəyə ötürülən informasiya kodlarıdır. Bu səbəbdən, onlara diqqət və qayğı göstərilməsi və mühafizə olunması vacib məsələlərdəndir. Bu sahədə ölkəmizdə müvafiq addımlar atılmış və bir neçə qanun və qanunaltı sənədlər qüvvəyə minmişdir. Məsələn, coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanması sahəsində dövlətin əsas vəzifələrini, habelə coğrafi obyektlərə adların verilməsi və coğrafi obyektlərin adlarının dəyişdirilməsi qaydasını müəyyən edən əsas rəsmi sənəd - Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2007-ci ildə  təsdiq edilmiş “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanunudur”.

R.Fətəliyevin qeyd etdiyinə görə, Azərbaycan Respublikasının ərazi vahidlərinə (şəhərlərə, rayonlara, şəhər rayonlarına, qəsəbələrə və kəndlərə) adların verilməsi və adlarının dəyişdirilməsi digər bir qanunla – 2000-ci ildə təsdiq edilmiş "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə  tənzimlənir. Məlumdur ki, ölkəmizdə yaşayış məskənlərinin adlarının dəyişdirilməsi səlahiyyəti Azərbaycan Respublikasının Milli Məclisinə məxsusdur və bu proses həmin ali qanunverici orqanın yanında fəaliyyət göstərən Toponimiya Komissiyasının müvafiq rəyinə əsaslanır. Alim bildirir ki, son illər Azərbaycanın bəzi yaşayış məntəqələrinin adlarının - oykonimlərin dəyişdirilməsi barədə komissiyaya daxil olmuş təkliflərdən bir çoxu müzakirə olunaraq qəbul edilmiş və həmin məntəqələrin, məsələn, sovet ideologiyasına xidmət etmiş Kirovabad (Gəncə), Jdanov (Beyləqan), Şaumyan (Aşağı Ağcakənd) və s. bu kimi yer adları dəyişdirilərək, onların tarixi adları bərpa edilmişdir.  Coğrafi obyektlərin adlarının dəqiqləşdirilməsi isə "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir və bu zaman tarixi, mədəni, etnik, dil və digər xüsusiyyətlər, habelə xüsusi elmi tədqiqatların nəticələri nəzərə alınır. Bu istiqamətdə xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik, Coğrafiya və Tarix institutlarında aparılan elmi tədqiqatların nəticələrindən istifadə olunur: “Göründüyü kimi, coğrafi adlar sahəsində respublikamızda kifayət qədər hüquqi baza mövcuddur, amma təəssüflər olsun ki, bu qanun və qaydalar Azərbaycan dövlətinin iradəsindən asılı olmayaraq, onun ərazisinin beşdə bir hissəsinə, daha doğrusu, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonun ərazisinə şamil oluna bilmir. İşğal faktoru xüsusilə coğrafi obyektlərin, o cümlədən yaşayış məskənlərinin  adlarının qorunması ilə bağlı həmin qanunların müvafiq bəndlərinin icrasını mümkünsüz edir. Belə ki, "Coğrafi obyektlərin adları haqqında” Qanunun 9.2-ci bəndində  "Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adlarının təhrif olunmasına yol verilmir” və 9.3-cü bəndində "Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adları dövlət tərəfindən mühafizə olunur” fikrini təsdiqləyən ciddi müddəalar mövcuddur. Həmçinin, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun 14.1.-ci maddəsində deyilir: "Azərbaycan Respublikasında yerləşən ərazi vahidlərinin və inzibati ərazi dairələrinin adları və sərhədləri Azərbaycan xalqının tarixi və mədəni irsinin tərkib hissəsi olmaqla dövlət tərəfindən qorunur”.

25 ildən artıqdır ki, işğal altında olan ərazilərimizin sakinləri kimi, coğrafi obyektlərimizin adları da soyqırıma məruz qalmış və hələ ki, qalmaqda davam edir. Azərbaycanlılara məxsus yaşayış məskənlərinin və digər coğrafi obyektlərin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilir. Düşmənin məqsədləri aydındır: qədim türk-Azərbaycan adlarını yaddaşlardan silmək, bu yerlərin guya qədimdən onlara məxsus olduğunu sübut etmək və bununla da işğal etdikləri torpaqları özününküləşdirmək üçün hüquqi zəmin yaratmaq.

Azərbaycan Respublikası ərazisində mövcud olan yaşayış məskənlərinin böyük əksəriyyəti etnotoponimlər, patronimlər və antroponimlərdir, yəni bu ərazidə yaşamış xalqların, tayfaların, nəsillərin, soyların və şəxslərin ilkin adlarını özlərində daşıyan toponimlərdir ki, onlar da xalqımızın keçmişini, həmin ərazilərdə məskunlaşma tarixini özündə əks etdirir. Ermənilər xalqımıza məxsus coğrafi adları dəyişməklə məhz keçmişimizin, tariximizin izlərini o yerlərdən silib, öz saxta, mifik iddialarını və şovinist ideyalarını bizim ərazilər hesabına gerçəkləşdirmək niyyətindədirlər”.

R.Fətəliyevin bildirdiyinə görə, ermənilər nəinki Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində, eləcə də Azərbaycanın Qarabağ bölgəsində son 200 ildə yüzlərlə türk-Azərbaycan mənşəli yer adını mərhələ-mərhələ erməniləşdirərək dəyişdirmişlər. O vurğulayır ki, hələ 19-cu əsrin axırlarında rus tədqiqatçısı M.A.Skibitskinin Qarabağ bölgəsinin yay otlaq sahələri haqqındakı hesabatında (1899-cu il) bu ərazidə yaşayanların 70 %-nin azərbaycanlı (tatar), 16,6%-nin erməni, 12,7%-nin kürd və 0,7%-nin tat olduğu bildirilmişdi. Onun tərtib etdiyi xəritədə isə qeyd olunmuş 1035 coğrafi addan 866-sı (84%-i) Azərbaycan (türk), cəmi 5%-i erməni mənşəlidir, qalan 11%-i isə digər dillərə aiddir. “AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya elmləri namizədi Mahirə Abbasova şöbənin əməkdaşları ilə birlikdə təkcə Qarabağ bölgəsində son 25 ildə erməniləşdirilərək dəyişdirilmiş 280-ə yaxın coğrafi adın siyahısını tərtib etmiş və dəyişmə dərəcəsinə görə təsnifatlandırıb. Məsələn, ermənilər iri yaşayış məskənlərindən olan Ağdam şəhərini – Akna, Xocalını – İvanyan; Qubadlını – Sanasar, Laçını – Berdzor, Kəlbəcəri – Karvaçar, Cəbrayılı – Jrakan adlandıraraq tam, bəzi yer adlarını qismən, digərlərini isə erməni dilinə tərcümə edərək dəyişmişlər. Hətta çap etdirdikləri xəritələrdə və kütləvi informasiya vasitələrində Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə şəhərini "Qandzak”, Bərdə şəhərini "Partav”, Kəpəz dağını "Alparak” kimi yazmaları beynəlxalq hüquq normalarına etinasızlıq, Azərbaycan xalqına qarşı isə mənəvi terror olduğu danılmazdır. Müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmaqla kifayətlənməyərək, coğrafi adlarımızı təcavüzə, soyqırıma məruz qoymuş Ermənistan, onun səlahiyyətli nümayəndələri beynəlxalq ictimaiyyət və qurumlar tərəfindən qınanılmalı, onların bu şovinist niyyətli əməlləri kəskin pislənilməli, mənəvi terror və işğal kimi qiymətləndirilməlidir” -deyə bildirən alimin sözlərinə görə, Ermənistan bu gün də müstəqil Azərbaycan Respublikasının suveren hüquqlarını pozaraq öz mənfur etnik təmizləmə siyasətini kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkələri vasitəsilə toponimlərimizə təcavüz etməklə, coğrafi adlarımızı dəyişməklə davam edir.

“Lakin Azərbaycan xalqı ermənilərdən fərqli olaraq, heç vaxt öz ərazisində olan digər xalqlara, etnik qruplara mənsub coğrafi adları dəyişdirməyib və indi də dəyişdirmir.

Azərbaycan çoxmillətli unitar dövlətdir, onun ərazisində 10-a qədər dilə mənsub coğrafi adların olmasına baxmayaraq, onların böyük əksəriyyəti - 70 faizi Azərbaycan-türk mənşəlidir. Azərbaycan Respublikasında dövlət və onun rəhbərləri tərəfindən milli-etnik münasibətlər sahəsində tolerant siyasət yürüdülür və dilindən, dinindən və irqi mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlara və etnik qruplara məxsus coğrafi adlara hörmətlə yanaşılır, diqqət və qayğı göstərilir” - deyə Rəşid Fətəliyev bildirir.

Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında bizə məxsus olan toponimlərə qarşı həyata keçirdikləri kütləvi saxtalaşdırma aktı sözsüz ki, beynəlxalq qurumlar tərəfindən müzakirə predmetinə çevrilməlidir. Ermənilər bu bədnam hərəkətləri gizlin şəkildə deyil, açıq-aşkar, bütün dünyanın gözü qarşısında həyata keçirirlər. Bu isə bütün beynəlxalq konvensiyaların şərtlərinə, müvafiq bəndlərinə ziddir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ