çərşənbə günü, 11 noyabr 2026
     

Mahmud Məmmədquliyev Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin detallarını açıqladı - MÜSAHİBƏ

Image


Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycanın Avropa İttifaqı ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Mahmud Məmmədquliyevin APA-ya müsahibəsi

- Bu yaxınlarda prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Aİ-Azərbaycan arasında “Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri” sənədi paraflandı. Bu sənədin hansı prioritetləri əhatə etməsi, mahiyyəti barədə ətraflı məlumat verərdiniz.

- Qeyd etdiyiniz kimi, prezidentin Brüsselə səfəri çərçivəsində iyulun 11-də “Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri” sənədi xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən paraflanıb. Paraflanma mərasimi prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk tərəfindən müşayiət olunması ilə əlamətdar olub.

Hesab edirəm ki, paraflanma mərasiminin məhz belə yüksək səviyyədə təşkil edilməsi hər iki tərəfin qarşılıqlı əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi qiymətləndirilməlidir. Tərəfdaşlıq Prioritetləri sənədi mahiyyət olaraq, Azərbaycan və Avropa İttifaqı arasında 2006-cı ildə qəbul olunmuş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planını əvəzləmək məqsədilə hazırlanıb. Avropa İttifaqının 2015-ci ildə elan etdiyi yeni Qonşuluq Siyasətində təsbit olunmuş, hər bir ölkəyə fərdi yanaşma, birgə cavabdehlik və çeviklik kimi prinsiplər belə bir sənədin razılaşdırılması zərurətini ortaya çıxarıb. Bu sənəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə prioritetlərin müəyyən edilməsi və növbəti 3 il - 2018-2020-ci illər üçün konkret layihələrlə həyata keçirilməsi məqsədi daşıyır. Layihələrin Avropa Qonşuluq Alətinin maliyyə dəstəyi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Sənəd Şərq Tərəfdaşlığının 2015-ci il Riqa zirvə görüşü zamanı müəyyən edilmiş əməkdaşlıq istiqamətlərinə uyğun olaraq 4 sektoral prioriteti əhatə edir. Bu prioritetlər qurumların gücləndirilməsi və yaxşı idarəçilik; iqtisadi inkişaf və bazar imkanları; bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti və nəhayət, yerdəyişmə və insanlar arasında əlaqələri əhatə edir.

- Qeyd edilən sənədlə imzalanması gözlənilən saziş arasında hansısa fərq varmı? Sazişin imzalanmasında həmin sənəd əsas götürüləcəkmi?

- Daha əvvəl qeyd etdiyim kimi, Tərəfdaşlıq Prioritetləri sənədi yalnız növbəti üç il üçün nəzərdə tutulub və orada əks olunmuş prioritet istiqamətlərlə məhdudlaşır. Hazırda Avropa İttifaqı ilə müzakirəsini apardığımız yeni ikitərəfli saziş layihəsi isə əməkdaşlığımızın bütün mümkün istiqamətlərini əhatə edən, hüquqi qüvvəyə malik uzunmüddətli sənəddir. Lakin deyə bilərik ki, Tərəfdaşlıq Prioritetləri sənədi yeni sazişdə nəzərdə tutulan geniş siyasi çərçivənin bir çox elementlərini daha yığcam və konkret formada ifadə edir və şübhəsiz, tərəflər arasında müntəzəm siyasi və sektoral əməkdaşlıq dialoqunun tərkib hissəsini təşkil edəcək.

- Sənədə əsasən Aİ və Azərbaycan üzərinə yeni öhdəliklər götürmüş oldu. Hər iki tərəfin öhdəlikləri barədə qısa məlumatlıyıq. Tərəflərin öhdəlikləri tam olaraq nədən ibarətdir? Bu öhdəliklərin icrası ilə bağlı hansısa nəzarət mexanizmi olacaqmı?

- Əvvəla onu qeyd etməliyəm ki, Aİ tərəfi ilə apardığımız danışıqların nəticəsində sənəddə tərəflərin ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı, müstəqillik və suverenliyinin dəstəklənməsi ilə bağlı tərəflərin qarşılıqlı öhdəliyinin qeyd olunması təmin edilib. Bu isə öz növbəsində tərəflər arasında yeni ikitərəfli sazişin siyasi fəsli üzrə aparılan danışıqlar prosesinə də müsbət təsir göstərə bilər.

Digər tərəfdən, sənəd dayanıqlı inkişaf və müasirləşmə, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli ticarət-investisiya mühitinin yaradılması, kiçik və orta sahibkarlığın və kənd yerlərinin inkişafı, enerji, nəqliyyat və ətraf mühit, o cümlədən yaxşı idarəçilik, dövlət qurumlarının gücləndirilməsi, qanunun aliliyi və vətəndaş cəmiyyəti kimi məsələlərdə əməkdaşlıq etməyi və ölkəmizdə bu sahələrdə aparılan ardıcıl islahatlar prosesinin dəstəklənməsi məqsədini daşıyır.

Bununla yanaşı, Avropa İttifaqının Vahid Rəqəmli Bazarına uyğunlaşma, kibertəhlükəsizlik, yaşıl və sirkulyar iqtisadiyyatın formalaşdırılması, sosial siyasətin gücləndirilməsi, Şərq-Qərb və Şimal-Cənub istiqamətində beynəlxalq ticarət-nəqliyyat dəhlizlərinin inkişafı, Cənub Qaz Dəhlizinin müəyyən edilmiş öhdəliklərə uyğun şəkildə vaxtında həyata keçirilməsi, təhsil, mədəniyyət, gənclər siyasəti, tədqiqat və innovasiyalar sahəsində əməkdaşlıq məsələləri sənəddə əksini tapıb. Tərəflər həmçinin, Yerdəyişmə sahəsində Tərəfdaşlıq, Vizaların sadələşdirilməsi və Readmissiya haqqında sazişləri tam şəkildə həyata keçirəcəkləri və şərtlər uyğun olduqda, vizasız rejim üzrə dialoqa başlayacaqları ilə bağlı birgə niyyətlərini ifadə ediblər. Tərəfdaşlıq Prioritetlərinin gerçəkləşdirilməsini təmin edəcək konkret layihələr isə növbəti üç il ərzində Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə şəkildə müəyyən ediləcək və onların icrası Avropa İttifaqının maliyyə töhfəsi ilə həyata keçiriləcək.

- Aİ-Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlar hansı mərhələdədir? Sazişin 2019-cu ilə kimi imzalanması mümkün olacaqmı?

- Qeyd etməliyəm ki, istər 2017, istərsə də 2018-ci il Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli saziş baxımından səmərəli olub. Bildiyiniz kimi, Azərbaycan prezidentinin 2017-ci ilin fevral ayında Brüsselə işgüzar səfəri zamanı saziş üzrə danışıqların başlanması elan olunub. Bundan sonra siyasi-təhlükəsizlik, ticarət-iqtisadi və sektoral əməkdaşlıq başlığı altında üç blokdan ibarət sazişin razılaşdırılması məqsədilə tərəflər arasında müntəzəm və ardıcıl danışıqlar aparılıb. Nəticədə, siyasi-təhlükəsizlik və sektoral əməkdaşlıq blokları üzrə danışıqlarda tərəqqi əldə etmək mümkün olub. Hazırda ticarət-iqtisadi blok üzrə danışıqların sürətləndirilməsi və hər iki tərəfin maraqlarına uyğun həll yollarının tapılması istiqamətində danışıqlar davam etdirilir. Növbəti danışıqların sentyabr ayının ortaları, oktyabr ayının əvvəllərində Bakıda və ya Brüsseldə təşkil edilməsi imkanları nəzərdən keçirilir.

Əvvəllər də qeyd etdiyimiz kimi, Azərbaycan üçün sənədin keyfiyyəti onun nə qədər vaxtda razılaşdırılmasından daha vacibdir. Lakin bu o demək deyil ki, danışıqlar nəticəsiz şəkildə qeyri-müəyyən müddətə davam etdirilməlidir. Onu deyə bilərəm ki, hər iki tərəf bu sənədin mümkün olan ən qısa vaxt ərzində uğurla tamamlana bilməsi üçün səylərini əsirgəmir.

- Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnamədə bəzi şərtlər vurğulanmışdı. Bunların arasında siyasi məhbuslarla bağlı məsələ də var. Bildirilmişdi ki, bu şərtlər yerinə yetirilmədiyi halda, Aİ-Azərbaycan arasında saziş imzalanmaya bilər. Bu qətnamənin danışıqlar prosesinə, sazişin imzalanmasına təsiri ola bilərmi?

- Avropa Parlamentinin 4 iyulda qəbul edilmiş tövsiyə sənədində Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə aparılan danışıqlara dair münasibət bildirilir. Əlbəttə, təəssüfləndirici haldır ki, həmin sənəddə danışıqların birbaşa mövzusu olmayan bir sıra məsələlərlə bağlı Avropa Parlamenti üzvlərinin subyektiv xarakterli dəyərləndirmələri də yer alıb və Azərbaycan tərəfi şübhəsiz həmin rəylərlə razılaşa bilməz. Lakin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası ilə yeni saziş üzrə danışıqlar Avropa Parlamenti deyil, Avropa İttifaqı üzv dövlətlərinin təqdim etdiyi müvafiq mandat əsasında Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası tərəfindən aparılır. Bu mənada, Avropa Parlamentinin tövsiyələrinin Avropa İttifaqı üzv dövlətləri, habelə danışıqlarda iştirak edən həmin təsisatlar tərəfindən hansı dərəcədə nəzərə alınacağı artıq Avropa İttifaqının daxili işidir.

Azərbaycan tərəfi öz növbəsində hesab edir ki, danışıqların mövzusu olan sənəd hər iki tərəf üçün eyni şəkildə önəm daşıyır və yeni sazişin ərsəyə gəlməsi həm Avropa ittifaqı, həm də Azərbaycanın marağındadır. Biz bu məntiqdən çıxış edərək, danışıqları konstruktiv ruhda davam etdirmək niyyətindəyik. Ümidvarıq ki, Avropa İttifaqı üzv dövlətləri və təsisatları, o cümlədən Avropa Parlamenti eyni yanaşmanı bölüşərək, ilk növbədə, saziş layihəsinin razılaşdırılması və daha sonra məqamı yetişəndə, imzalanması və təsdiqi üçün lazımı səylər göstərəcək.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ