çərşənbə günü, 11 noyabr 2026
     

Yaxın aylarda Azərbaycan işğal altındakı ərazilərin daha bir hissəsini azad edə bilər

Image


Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsinin Moskva-İrəvan münasibətlərinə təsiri, bunun işğalçı ölkənin bölgədəki mövqeyinə hansı yeniliklər gətirəcəyi indi ən aktual məsələlər sırasında yer alır.

Məsələ burasındadır ki, Köçəryan birbaşa Rusiyanın adamı sayılır və həbsindən əvvəl təxminən bir ay Rusiyada olub, burada müxtəlif səviyyədə görüşlər keçirib. Erməni mediası yazırdı ki, əslində, Moskva Köçəryanı baş nazir Nikol Paşinyana alternativ qüvvə qismində hazırlayaraq, onu və ətrafına toplayacaq komandasını bu ilin sonunda keçrilməsi nəzərdə tutulan parlament seçkilərində qalib etməyi düşünürdü. Amma Paşinyan Köçəryanın həbsinə nail olmaqla Moskvanın bu planlarını pozub.

Yaranmış vəziyyətdə Kreml Ermənistanda stavka edəcəyi hər hansı siyasi qüvvə olmadan digər vasitələrlə Qərbə meyllənən Paşinyanı cəzalandırmağı düşünür. Ermənistan Mühafizəkarlar Partiyasının sədri Mikayıl Ayrapetyan bildirir ki, bura Qarabağ kartından tutmuş, müxtəlif iqtisadi, siyasi təzyiqləri işə salmağa qədər çoxsaylı vasitələr daxildir. Onun Dağlıq Qarabağ münaqişəsi barədə səsləndirdiyi fikirlər daha maraqlıdır. Mikayıl Ayrapetyan vurğulayır ki, Rusiyanın Ermənistanda hakimiyyət dəyişiklyindən sonra Qarabağ münaqişəsinə yanaşması heç də Ermənistanın lehinə deyil: “Moskva Qarabağ kartından hər zaman Ermənistana qarşı istfiadə edə bilər və Rusiyada hesab edilir ki, artıq bunun üçün şərait də yetişib. Bu fonda müəyyən ərazilərin Rusiyanın yardımı ilə Azərbaycana qaytarılması istənilən an baş verə bilər. Bu, Ermənistan, xüsusən də onun yeni hakimiyyəti üçün çox böyük cəza olacaq. Köçəryanın həbsi fonunda problem daxili siyasi aspektdə deyil, məcburiyyət qarşısında, istəyərək və ya istəməyərək iştirak etməyə qalxdığımız geopolitik aspektdədir. Bu, postsovet məkanında Rusiya prezidenti Vladimir Putinlə yaxın olan bir adamın ilk həbs hadisəsidir. Heç vaxt elə bir vəziyyət olmamışdı ki, Putinə yaxın olan adam, məsələn Akayev, Bakiyev, Yanukoviç cəza çəksin“.

Rus politoloq, analitik və tarixçi Oleq Kuznetsov isə məsələnin həm də başqa bir tərəfinə diqqət çəkir: “Köçəryan rus-erməni münasibətlərinin müxtəlif məsələləri üzrə külli miqdarda gizli məlumatın daşıyıcısıdır. Buna görə də hər şey onun Ermənistanın Xüsusi İstintaq Xidmətinə və onunla əməkdaşlıq edən ABŞ-ın xüsusi xidmət orqanlarına hansı məlumat verəcəyindən asılıdır. 2008-ci ilin 1-2 mart tarixlərində İrəvanda baş verən hadisələr Köçəryanın tutulması və həbsxanada saxlanması üçün rəsmi “fürsət”dir. O, ABŞ-a və Ermənistanın yeni hakimiyyət orqanlarına maraqlı olan məsələlərin bütün spektrində sorğu-sual olunacaq. Amma burada o da nəzərə alınmalıdır ki, həbsləri aparan Ermənistanın Xüsusi istintaq xidməti Rusiya tərəfdarı olan Köçəryan və Sarkisyanın “Qarabağ klanı“nı məhv etmək üçün yaradılıb. Böyük əminliklə deyə bilərəm ki, Ermənistanın Xüsusi İstintaq Xidmətini maraqlandıracaq əsas suallardan biri budur: hansı yollarla Ermənistan dövlət büdcəsinin pulları Rusiyadakı erməni əsilli oliqarxların şirkət hesablarına köçürülüb, Köçəryan da onlardan biridir. Bu oliqarxlar 6-7 ay Rusiyada yaşayandan sonra Ermənistana geri qayıdır, onların qazancları isə Rusiya dövlət büdcəsinə əlavə olunur. Rusiya hakimiyyəti, xüsusilə dünya iqtisadi böhranı şəraitində və beynəlxalq sanksiyaların tətbiq olunduğu bir dönəmdə belə investisiyalara çox müsbət baxırdı. Eyni zamanda, Ermənistan əhalisi yoxsulluq içində idi və Moskvada yaşayan erməni oliqarxları bəsləyirdi. Aydındır ki, Kreml üçün bu məsələ ilə bağlı mövqeyini aydın ifadə etmək çətin olacaq, üstəlik, rus federal və regional məmurlar nəinki Moskvada, həm də digər regional mərkəzlərdə daşınmaz əmlakın tikintisi üçün erməni oliqarxlara torpaq sahələri satırdı. Beləliklə, Ermənistanda korrupsiyaya qarşı mübarizə erməni milyarderlərlə birgə işləyən rus nazir və qubernatorlarının adlarının açıqlanması ilə Rusiyaya böyük zərbə ola bilər. Moskva buna çətin yol versin. Heç kim üçün sirr deyil ki, "Qarabağ klanı" Nairi Hunanyanın döyüşçüləri tərəfindən 1999-cu ilin noyabrında ölkənin Milli Assambleyasında törədilən terror aktının nəticəsi olaraq hakimiyyətə gəlib“.

1999-cu ilin noyabrında parlamentdə baş verənlərə diqqət yteirən ekspert burada digər maraqlı məqama da toxunur: “Levon Ter-Petrosyan dəfələrlə eyham vurub ki, baş verənlərin bir ucu Moskvaya gedib çıxır. O vaxt Rusiya Federasiyasının prezidenti Yeltsin idi, Vladimir Putin isə FSB-nin direktoru idi. Putin və Köçəryan ölkələrində, demək olar ki, eyni vaxtda hakimiyyətə gəldilər və bu səbəbdən Xüsusi İstintaq Xidməti bu cinayətin araşdırılması zamanı "Kremlin izi"nə rast gələ bilsə, böyük uğur qazanacaq. Və Köçəryan məhkəmədə etdiklərini Putinin şəxsi tapşırığı ilə reallaşdırdığını etiraf edərsə, bu, Rusiya üçün çox böyük təhqir olacaq. İçimdən bir səs mənə deyir ki, Ermənistanda akkreditə olunmuş 1500 amerikalı diplomat, Köçəryanın həbsxana yoldaşları və oranın mühafizəçiləri ondan Rusiya haqda istədikləri məlumatları almazsa, ona nə yatmağa, nə də özünü asmağa icazə verəcəklər“.

Beləliklə, qeyd edilənlərdən o nəticə hasil olur ki, Köçəryanın həbsi Kreml üçün heç də məqbul deyil və Rusiya yaxın adamlarından birini itirmiş vəziyyətdədir. Moskva üçün ən təhlükəlisi həm də Köçəryanın həbsi fonunda Ermənistandakı mövqeyini ABŞ-a uduza biləcəyidir. Kreml üçün indiki durumda bu, qətiyyən qəbul oluna bilən hal deyil. Elə bu səbəbdən gözlənir ki, Moskva müxtəlfi təzyiq vasitələrini işə salacaq və bura, erməni ekspertlərin özlərinin də etiraf etdiyi kimi, Qarabağ faktoru da daxildir. Rusiyada yaxşı başa düşürlər ki, Ermənistanda yeni iqtidara ən böyük zərbələrdən biri işğal altındakı ərazilərdən daha bir hissəsi üzərində Azərbaycanın nəzarətinin bərpasıdır. Bunun üçün isə Moskvanın İrəvana dəstəyini qısa müddətə kəsməsi kifayət edir. Belə vəziyyətdə Paşinyanın növbəti parlament seçkilərində qalib gəlməsi mümkünsüz hala gələcək. Bu mənada yaxın aylar ərzində Qarabağ cəbhəsində müəyyən yeniliklərin olması, Azərbaycanın zəbt edilmiş ərazilərdən müəyyən hissəni azad etməsi tamamilə gözlənilən sayılır.  

Proseslərin bu səpkidə inkişafını şərtləndirən digər faktor isə Paşinyanın Qarabağ məsələsində qeyri-konstruktiv mövqeyi ilə bağlıdır. “The Jerusalem Post” qəzeti məsələinin bu tərəfinə nəzər salaraq, belə vəziyyəti savaşa yol açan hal kimi dəyərləndirir: “Korrupsiyaya qurşanmış və cinayətkar Serj Sarkisyan rejiminin süqutundan sonra güman etmək olardı ki, Ermənistan-Azərbaycan danışıqlarında irəliləyiş baş verəcək, tərəflər öz ölkələrinin və xalqlarının gələcəyi üçün sülh barəsində razılıq əldə edəcək. Lakin məlum oldu ki, bu, illüziya imiş. Ermənistanın baş naziri Paşinyan onun ölkəsi tərəfindən işğal edilmiş Xankəndində olarkən bəyan edib ki, münaqişənin tənzimlənməsinə dair danışıqlarda Dağlıq Qarabağdakı separatçı rejim bilavasitə iştirak etməlidir, çünki rəsmi İrəvan yalnız Ermənistanın adından danışacaq. Bu isə münaqişənin dinc müstəvidə həllini əngəlləyir. Belə vəziyyətdə son günlərdə rəsmi erməni təbliğatı Azərbaycanla Ermənistan arasında başlana biləcək müharibə qarşısında vahimə və qorxu dalğasını zəiflətmək üçün dəridən-qabıqdan çıxır. Baş nazir Paşinyan açıq-aydın eyham vurub ki,  münaqişənin dinc yolla nizamlanması barədə danışıqları davam etdirməyəcək. Paşinyanın belə mövqeyi onun qeyri-peşəkarlığı, strateji təfəkkürdən məhrum və böyük siyasət üçün tamamilə yararsız olmasını göstərməklə yanaşı, həm də münaqişənin hərbi yolla həllini Azərbaycan üçün ən başlıca və həyatı əhəmiyyətli probleminin çözülməsinin yeganə üsuluna çevrir. İndi rəsmi Bakı real olaraq gözləyir ki, erməni tərəfi hərbi əməliyyatlara təhrikçilik edə bilər. Paşinyanın yeni hökumətinin səriştəsizliyi və qeyri-peşəkarlığı şəraitində erməni inqilabının liderinin qeyri-ardıcıl və proqnozlaşdırıla bilməyən xarakteri, onun ilk səhv addımları, Cənubi Qafqaz regionunda real vəziyyətin nə dərəcədə amanabənd və mürəkkəb olduğunu əsla anlamaması göz qabağındadır. Tamamilə aydındır ki, Paşinyana və onu hakimiyyətə gətirmiş qüvvələrə, xüsusən Bakıdakı möhtəşəm hərbi paradın və Azərbaycanda genişmiqyaslı hərbi təlimlərin doğurduğu əks-səda fonunda kiçik bir “müzəffər” hərbi əməliyyat zəruridir. 2016-cı ilin aprel ayında Qarabağda hərbi əməliyyatların status-kvonu əhəmiyyətli dərəcədə Azərbaycanın xeyrinə və əsaslı şəkildə dəyişməsi ABŞ, Rusiya və Aİ ölkələri kimi dünya aktorlarının diqqətini dərhal cəlb etdi, onlar yekdilliklə tərəfləri bu problemi sülh yolu ilə həll etməyə çağırdılar. Azərbaycan ordusu cəbhə xəttində hadisələrin hər hansı şəkildə inkişafına hazırdır. Ən qüdrətli silah sistemləri ilə təchiz olunmuş Azərbaycan silahlı qüvvələri Ermənistanın bütün mühüm hərbi hədəflərini və strateji kommunikasiyalarını qısa müddətdə məhv etməyə qabildir. Münaqişənin siyasi yolla tənzimlənməsinə nail olmaq üçün əvvəlcə işğalı dayandırmaq, sonra isə status-kvonu dəyişmək lazımdır. Münaqişənin həlli Ermənistanın özünün inkişafı üçün zəruridir və Ermənistan bunda maraqlıdırsa, işğala son qoymalı və Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni yerinə yetirməlidir.

Ermənistan əhalisinin əksəriyyəti, necə deyərlər, yaşamır, onlar sadəcə mövcuddurlar. Lakin bəzi səbəblərə görə onlar özlərini fransızlarla və hollandlarla deyil, Eritreya və ya Somali sakinləri ilə müqayisə edirlər. Ermənistan problemlərin nəticələrinə qarşı yox, onun əsas səbəblərinə qarşı mübarizə aparmalıdır. Bu gün Ermənistan hökumətinin atdığı addımlar xəstəliyin səbəbini deyil, onun nəticələrini müalicə edən həkimin hərəkətlərinə bənzəyir. Həmin səbəb - Ermənistanın təcavüzkar xarici siyasəti, demək olar ki, bütün qonşu ölkələrə qarşı ərazi iddiaları və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ilə bağlıdır. Aşkardır ki, Ermənistanın indiki rəhbərliyi özünə “demokratiya” tərəfdarı imici qazandırmağa çalışır və atəşkəs dövründə müəyyən edilmiş status-kvonu saxlamaq üçün və ya bundan da betəri, Dağlıq Qarabağda oyuncaq separatçı rejimin tanınmasına nail olmaq üçün “demokratiya” pərdəsi arxasında gizlənir. Onda belə bir sual yaranır: “demokratik dövlət işğalı müdafiə edərmi? Lakin regionda yaxın vaxtlarda baş vermiş hadisələr bir daha göstərdi ki, rəsmi Bakı regionda mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq və Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənib. Elə bir qırmızı xətt var ki, bu xətti keçəndən sonra geri qayıtmaq mümkün deyil. Beynəlxalq hüquqa əsasən, rəsmi Bakı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərini nəinki müdafiə etmək, həm də bu əraziləri azad etmək hüququna malikdir”. Bütün bu qeyd edilənlər Qarabağ məsələsində yaxın tezlikdə güc müstəvəsində ölkəmizin lehinə mühüm dəyişiklərin olacağını bir daha söyləməyə əsas verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ