çərşənbə günü, 11 noyabr 2026
     

ABŞ Azərbaycanın növbəti qaz nəqli layihəsinə gurultulu dəstək verdi

Image


Piter Teys: “Vaşinqtonda TAP layihəsi üzrə keçirilmiş danışıqlar D.Trampın Bakıya xüsusi diqqətini nümayiş etdirir”
Rob Sobhani: “Tramp tərəfindən TAP-ın dəstəklənməsi enerji ehtiyatlarının ixracında Azərbaycanın etibarlılığını bir daha nümayiş etdirir”
Deputat: “TAP-ın dəstəklənməsi hər şeydən öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən ölçülüb-biçilmiş enerji siyasəti ilə bağlıdır”

 

ABŞ prezidenti Donald Tramp İtaliyanın Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərini (TAP) tikib yekunlaşdıracağına ümid edir. “Trend”-in məlumatına görə, bunu Vaşinqtonda İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ Prezidenti bildirib: "Boru kəmərinə gəlincə, mən rəqabətqabiliyyətli boru kəməri görmək istərdim. Cənab Baş nazir, mən ümid edirəm ki, siz bu rəqabətqabiliyyətli boru kəmərini tikə biləcəksiniz".

İtaliyanın Baş naziri Cuzeppe Konte deyib ki, TAP İtaliyanın enerji təchizatı üçün strateji layihədir. Baş nazir qeyd edib ki, bu məsələni ABŞ Prezidenti D.Trampla müzakirə edib və İtaliya hökuməti tam əmindir ki, bu, İtaliya, Cənubi Avropa və Aralıq dənizi ərazilərinin enerji təchizatı üçün strateji layihədir.

C.Konte bildirib: "Biz gözəl anlayırıq ki, TAP enerji sisteminin yenilənməsinə və bizim proqramın əsas hissəsi olan kömür istifadəsinin azalmasına müsbət təsir göstərəcək”.

Məsələyə münasibət bildirən qlobal siyasət və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və İtaliyanın baş naziri Cuzeppe Konte arasında Transadriatik boru kəməri (TAP) layihəsi üzrə keçirilmiş danışıqlar D.Trampın rəsmi Bakıya xüsusi diqqətini nümayiş etdirir.

O bildirib ki, TAP layihəsinə hər zaman ABŞ Energetika Nazirliyi və Dövlət Departamenti tərəfindən yüksək diqqət göstərilib.

P.Teys qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti ekosistemin qorunması sahəsində unikal liderlik nümayiş etdirib, enerji sektorunda irimiqyaslı layihələr icra edib: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən təşəbbüs göstərilən və maliyyələşdirilən bu iri regional enerji layihələri ərazisi Azərbaycandan böyük olan və torpaqları qonşu ölkələrin qoşunları tərəfindən işğala məruz qalmayan ölkələrdə paxıllıq və heyrət doğurub. Azərbaycan bütün dünyaya göstərdi ki, ərazilərinin 20 faizinin Ermənistan qoşunları tərəfindən işğal olunmasına baxmayaraq öncül texnologiyalara, siyasi iradə və inkişaf etmiş infrastruktura sahib ölkədir. Bütün bu amillər Cənub-Şərqi Avropa və onun hüdudlarından kənarda strateji maraq oyadan regional enerji layihələrinin reallaşdırılmasına xidmət edir”.

“Caspian Group Holdings”in baş direktoru Rob Sobhani isə bildirir ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən TAP-ın dəstəklənməsi enerji ehtiyatlarının ixracında Azərbaycanın etibarlılığını bir daha nümayiş etdirir.

Onun sözlərinə görə, bu bir daha onu nümayiş etdirir ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji ehtiyatlarının ixracında Avropa və ABŞ-ın sabit və etibarlı tərəfdaşına çevrilib.

O bildirib ki, ABŞ, Azərbaycan və Avropa ümumi geostrateji hədəfi paylaşır: Xəzər hövzəsindən enerji ehtiyatlarının Avropa və onun hüdudlarından kənarda istehlakçılara fasiləsiz ixracı: “Bu, Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir. “Şahdəniz” və digər yataqlardan Avropaya təbii qaz tədarükü ölkəyə sabit gəlirləri təmin edəcək”.

R.Sobhani əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müstəqil xarici siyasət dünyanın enerji xəritəsində Azərbaycana xüsusi yer təmin edib: “İnvestorlar üçün Azərbaycan təbii qaz və neftin sabit və etibarlı ixracatçısıdır. Bu, gələcəkdə müəyyən gəlirlər əldə etməyə imkan verəcək və Azərbaycan xalqına xeyir gətirəcək”.

İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Trampın TAP-la bağlı danışmasını, hər şeydən öncə Azərbaycanın həyata keçirdiyi bu layihənin Qərb üçün nə qədər strateji əhəmiyyətə malik olduğunun göstəricisi sayan Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə ki, nəzərə almaq lazımdır ki, bu layihənin müəllifi, təşəbbüskarı və icraedicisi Azərbaycandır və Tap Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biridir: “Baxmayaraq ki, TAP Cənubi Qafqaz, TANAP seqmentlərilə müqayisədə bir xeyli qısadır, ancaq layihənin Cənubi Avropa ayağını təşkil etdiyi üçün olduqca əhəmiyyətlidir. Təsadüfi deyil ki, zaman-zaman TAP-ın icrası ilə bağlı müxtəlif güc mərkəzləri tərəfindən ən müxtəlif etiraz aksiyaları təşkil edildi, təbiətsevərlər bu etiraza qoşuldu və s. Ancaq hazırda layihənin reallaşdırılmasında heç bir problem yoxdur. Bu layihə bütün dünyada böyük dəstək gördü. Bu hər şeydən öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən ölçülüb-biçilmiş enerji siyasəti ilə bağlıdır”.

H.Babaoğlu vurğulayıb ki, Avropa enerji bazarına Azərbaycan qazının çıxarılması həm biznes, həm də strateji maraqlar baxımından sadə məsələ deyil: “Çünki bu böyük və sabit bazar bir çox enerji istehsalçılarının maraq dairəsinə daxildir və ciddi rəqabət meydanıdır. TAP-la bağlı etirazların təşkil olunmasının arxasında duranlardan biri də Avropanın qaz bazarında öz inhisarını yaratmaqla bu qitəyə siyasi təzyiq rıçaqları əldə etmək istəyən güc mərkəzləri idi. Ancaq Azərbaycanın düşünülmüş, ardıcıl diplomatik səyləri Avropa bazarı üçün yeni alternativ enerji marşurutu yarada bildi”.

Deputatın fikrincə, əslində bu layihə, Avropa üçün olduğu qədər, Azərbaycan üçün də strateji əhəmiyyətlidir: “Elə ABŞ Prezidentinin İtalyanın baş naziri ilə görüşündə səsləndirdiyi fikirlər də bir daha bunu təsdiq edir. Donald Tramp baş nazirə xitabən bildirdi ki, TAP-a gəlincə, rəqabətqabiliyyətli boru kəməri görmək istəyir. Burada diqqət həm kəmərin strateji əhəmiyyətinə, həm də iqtisadi baxımdan onun rəqabətqabiliyyətli olmasına yönəldilir. Eyni zamanda burada İtalyanın baş nazirinə bir çağırış və dəstək var. Bu həm də elə Azərbaycana olan dəstəkdir. Çünki bayaq qeyd etdiyimiz kimi, uzun illər belə bir dəhlizlə bağlı müxtəlif adlarda və variantlarda layihələr olsa da, heç biri baş tutmadı. Yalnız Azərbaycanın müəllifi olduğu bu mühüm layihə reallaşdırıla bildi. Onun reallaşması isə birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır”.

TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcək. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazı Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaq. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında “Hökümətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilib. Boru kəmərinin uzunluğu 878 km təşkil edəcək və fəaliyyətə başlaması 2020-ci ildə gözlənir. İlkin nəql qabiliyyəti 10 milyard kubmetr olacaq (illik 20 milyard kubmetrə kimi artırıla bilər).

TAP boru kəmərinin Yunanıstanda yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin yaxınlığında Kipoi məntəqəsindən başlayaraq Leropigidən cənub-qərbdə Yunanıstanın Albaniya ilə sərhədində başa çatır və uzunluğu təxminən 550 km təşkil edir. TAP boru kəmərinin Albaniyada yerləşən hissəsi Korça bölgəsində Yunanıstanla sərhəddə Bilisht Qender-dən başlayaraq, təxminən 215 km uzunluğa malikdir. TAP boru kəməri Albaniyada Fier-dən 17 km şimal-qərbdə, sahil xəttindən 400 metrə qədər quruya doğru çıxır. Albaniyanın ərazi sularında dənizdə yerləşən seksiyanın uzunluğu təxminən 60 km-dir. TAP boru kəmərinin Adriatik Dənizində yerləşən hissəsi Albaniya sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə təxminən 105 km uzanır.TAP boru kəməri İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir. Bu yer isə öz növbəsində 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi seçilib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ