çərşənbə günü, 11 noyabr 2026
     

İsrail və Misir Türkiyəni hərbi hücumla hədələdi...

Image


Ölkəmizin əsas strateji mütəffiqi sayılan Türkiyənin bu gedişlə Aralıq dənizində çox dəhşətli bir savaşa cəlb olunması qaçılmaz sayılır. Bütün bunlara əsas səbəb Türkiyənin Fələstin, İran məsələsində ABŞ və İsrailə qarşı tutduğu mövqe, Rusiya ilə yaxınlaşma istiqamətində atdığı addımlardır. Digər tərəfdən Aralıq dənzində yeni mübahisəli qaz yatağı da prosesə çox ciddi təsir edir. Məhz belə bir vaxtda yunan Kiprində keçirilən beynəlxalq konfransda İsrail və Misirin səfirləri Türkiyəni hərbi hücumla hədələyib.

Xaricdə yaşayan yunanlarla bağlı keçirilən konfransda çıxış edən İsrailin Kiprdəki səfiri Ammi Ravel yunanların Aralıq dənizində mavi qaz axtarışının təbii haqları olduğunu bəyan edib. Səfir bildirib ki, Türkiyənin buna qarşı çıxması və təhdidləri müharibəyə əsasdır: “Ümid edirəm ki, türk təhdidləri səbəbilə İsrail hərbi müdaxiləyə əl atmaq məcburiyyətində qalmayacaq”.

İsrail səfirindən sonra tribunaya qalxan Misirin Kiprdəki səfiri Mai Taha Məhəmməd isə daha sərt çıxış edib. O, Ankaranı açıq şəkildə müharibə ilə hədələyib: “Gərəkirsə, Türkiyəyə qarşı hərbi güc tətbiq etməkdən çəkinməyəcəyik. Buna hazırıq”. Diqqətçəkən məqamlardan biri də odur ki, konfransda iştirak edən ABŞ-ın Kiprdəki səfiri Cazleen Doherti də İsraillə Misirin müharibə çağırışı edən səfirlərinə dəstək verib. O deyib ki, Türkiyənin yunanlara qarşı və Aralıq dənizindəki mövqeyi ABŞ üçün də qəbuledilməzdir.

Şərqi Aralıq təsir dairəsinin xəritəsini yenidən hazırlayan türkiyəli mütəxəssis Cihat Yaycının sözlərinə görə, Aralıq dənizinin şərq hissəsində Türkiyənin 572 illik təbii qaz ehtiyacını təmin edəcək qədər rezervlər var. Bu bölgə həm də gələcəyin enerji maddəsi hesab edilən qaz hidrat yataqları ilə zəngindir. Yunanıstan bu bölgəni ələ keçirmək üçün həmin ərazini Kiprin yunan hissəsi olaraq göstərməyə çalışır. Bu işdə İsrail də Afinaya dəstək verir. Bölgənin enerji mənbələrinin araşdırılması işini İtaliyanın ENİ şirkəti həyata keçirməyə cəhd edəndə Türkiyə döyüş gəmiləri ilə bunun qarşısını alıb. Hazırda Yunanıstan, yunan Kipri, Misir və İsrailin Türkiyəyə qarşı Aralıq dənizində yeni oyun qurduğu müşahidə olunur. Mütəxəssislər hesab edir ki, gələcəkdə Aralıq dənizinin şərq hissəsindəki təbii qaz yataqlarına görə dəniz müharibəsi başlaya bilər.

Xatırladaq ki, hələ bir müddət əvvəl ABŞ və İsrail şirkətlərindən ibarət konsorsium Aralıq dənizindəki mübahisəli “Tamar” təbii qaz yatağının genişləndirilməsinə 265 milyon dollar investisiya yatıracaqlarını açıqlayıb. İsrailin “Delek Drilling” və “Avner Oil Exploration” şikətləri ilə ABŞ-ın “Noble Energy” şirkətindən ibarət konsorsiumun bu qərarı isə Ankara tərəfindən çox sərt qarşılanıb. Ankara kəşfiyyat qazıntılarının aparılacağı ərazilərin mübahisəli olduğunu qabardaraq, Kiprin türklər qanadının və Türkiyənin maraqları nəzərə alınmayacağı təqdirdə, buna imkan verməyəcəyini bəyan edir. Ancaq ABŞ və İsrail şirkətləri  2009-cu ildə kəşf edilmiş və 2013-cü ildən istifadəyə verilən “Tamar”a yaxın ərazilərdə 238 milyard kubmetr təbii qaz ehtiyatı olduğunu bəyan edərək, geri çəkilmək niyyətində deyil. Əksinə, göründüyü kimi, müharibəyə belə hazır olduqlarını bəyan edirlər. Belə bir gərgin məqamda isə Misir də İtaliyanın ENI neft-qaz şirkəti vasitəsi ilə Aralıq dənizində qaz axtarışını genişləndirərək, Ankaraya rəqib ölkələrlə eyni çərgədə mövqe tutub. Ankara Kirp adasının ətrafındakı enerji ehtiyatlarının bütün ada əhalisinə, o cümlədən Şimali Kipr Türk Cümhuriyyətinin vətəndaşlarına aid olduğunu və enerji ehtiyatlarından birtərəfli istifadənin yolverilməzliyini qeyd edib.

Bundan başqa, diqqət çəkən məqam həm də odur ki, Şərqi Aralıq dənizində 2010-cu ildən İsrail, ABŞ, Yunanıstan və Kipr adasının yunan hissəsi tərəfindən hər il birgə hərbi təlimlər keçirilir. Təlimlər Türkiyədən gələcək hər hansı təhlükənin yox edilməsi üzrə ssenariləşdirilir. Hərbi təlimlərə ilk olaraq 2010-cu ildə İsrail və ABŞ qatılıb. Sonradan isə təlimlərə Yunanıstan və Cənubi Kipr də cəlb edilib. Türkiyəyə qarşı ssenariləşdirilən təlimlərə İsrailin başçılıq etdiyini deyən türkiyəli ekspert Hasan Köni hesab edir ki, bu təsadüfi deyil. Onun sözlərinə görə, Türkiyə İsrailin NATO-ya girməsinə qarşı olan tək ölkədir, eyni zamanda Türkiyə NATO-da tək müsəlman ölkəsidir. Ehtiyatda olan general Fahri Erenel qeyd edib ki, Şərqi Aralıq dənizi bölgəsi strateji baxımdan əhəmiyyətli bir nöqtədir. Onun sözlərinə görə, baş verənlər İsrail və ABŞ-ın bu bölgəni nəzarətdə saxlamaq, eyni zamanda Rusiya və Türkiyənin hərəkət sahəsini məhdudlaşdırmaq cəhdidir: “Son bir neçə ay ərzində İsrail, Yunanıstan və Cənubi Kipr arasında razılıq əldə edildi. Bu razılıq Kipr adasının cənub hissəsində İsrailin bir baza qurmaq cəhdi idi. Bu baxımdan, Amerika İsraili dəstəklədi. Son vaxtlar İsrail ilə Yunanıstan arasında da münasibətlər genişlənir. İki ölkə arasında yaxınlaşmanın məqsədi Türkiyəni Egey dənizi istiqamətindən mühasirəyə almaqdır. İsrail hazırda Yunanıstanın bəzi strateji mövqeyi olan adalarında bazalar qurmağa cəhd göstərir. Əsl hədəfləri Türkiyəni cənubdan mühasirəyə almaq və Rusiya ilə Türkiyənin güclərinin birləşməsinə mane olmaqdır. Bu baxımdan, təlimlərin hədəfi, əlbəttə ki, Türkiyədir”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ