çərşənbə günü, 11 noyabr 2026
     

“ABŞ gələn ay İranın nüvə obyektlərinə zərbə vurmağa hazırdır…”

Image


ABŞ və İran arasında hələlik sözdə davam edən savaşın bu gedişlə hərb müstəvisinə keçəcəyi barədə səslənən fikirlər artıq reallığa çevrilməkdədir. Belə görünür ki, tərəflər artıq döyüş meydanında da güclərini sınamaqda israrlıdır. Hətta indi savaşın gələn ay başlaya biləcəyinə dair də məlumatlar yayılır. ABC media korporasiyası Avstraliya hökumətindəki mənbələrə istinadən bildirir ki, Birləşmiş Ştatlar artıq növbəti ayda İranın nüvə obyektlərinə zərbələr vurmağa hazırdır.

Mənbələrin sözlərinə görə, Avstraliya mümkün hədəflərin müəyyən edilməsi üçün kömək etməyə hazırdır və Avstraliyanın məxfi xüsusi xidmət orqanları, ehtimal ki, Böyük Britaniyadan olan həmkarlarla birlikdə hədəflərin müəyyən edilməsində ABŞ-a kömək edəcək. Həmçinin, onlar bildiriblər ki, real hədəflər kağız üzərində müəyyən edilən hədəflərdən güclü şəkildə fərqlənə bilər. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İranı hədələyib. Tramp bildirib ki, İran ABŞ-ı təhdid etməyə davam edərsə, bunun nəticələrindən əziyyət çəkəcək. Bundan saatlar sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Trampın İranla bağlı mövqeyini dilə gətirib. Boltonun sözlərinə görə, ABŞ prezidenti onunla söhbətində söz verib ki, İran yanlış hərəkətlərə yol verəcəyi halda, dünyanın yalnız bir neçə ölkəsinin ödədiyi əvəzi ödəyəcək: “Mən prezidentlə söhbət etdim. Prezident Tramp mənə dedi ki, İran nəsə yanlışlığa yol versə, Yer kürəsinin yalnız bir neçə ölkəsinin ödədiyi əvəzi ödəyəcək”. İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqiri isə belə bir vaxtda Tramp Adminstarsiyasının 1,5 ildir ABŞ ordsunun İrana hərbi müdaxiləsinə nail olmağa çalışdığını bildirib: “Hazırda ABŞ rəhbərliyi bizi müharibə ilə təhdid etmək istəyir. Amma əldə etdiyimiz məlumatlara görə, Tramp administrasiyası son 1,5 ildə ordunun İrana hərbi müdaxilə etməsinə nail olmağa çalışır. Düşmən əvvəlcə iqtisadi sanksiyaları işə salmaqla bizə təzyiq etməyə başlayıb”.

Bu fonda İran prezidenti Həsən Ruhani Amerika liderini “atəşlə oynamamağa” çağırıb: “Amerikalılar bilməlidir ki, İranla sülhün bərqərar edilməsi İranla müharibələrin anasıdır”. Ekspertlərə görə, Ruhani ABŞ-a hücum etmək təhdidi səsləndirməyib, amma İrana hücumun aqibətindən xəbərdar edib. “Bloomberg” agentliyi yazır ki, indi  iranlılar Trampı Şimali Koreya lideri Kimdən daha çox qəzəbləndirir, həm də güclü olduqlarına yox, onunla birlikdə oynamaqdan imtina etdiklərinə görə: “İranlı liderlər, öz növbəsində, Trampla danışmağa meylli deyillər. İran rejiminin beynəlxalq səslərindən olan “Mehr” Xəbər Agentliyi bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyasına qatılarkən Ruhani ilə görüşmək üçün Trampın səkkiz dəfə onunla ünsiyyətdə olmaq istədiyini bildirib. Bunu agentliyə Ruhani administrasiyasının başçısı Mahmud Vaezi deyib. “Səkkiz dəfə” bəlkə də şişirtmədir, amma “Washington Post” da ötən il Trampın bir yığıncaqda Ruhani ilə maraqlandığını və Fransa prezidenti Emmanuel Makrondan bu məsələdə vasitəçilik etmək istəməsi barədə məlumat verib. Həmin cəhd də boşa çıxıb. Çox ehtimal ki, Tramp 2015-ci ilə qədər uzun müddət qüvvədə qalmış İranla çoxtərəfli nüvə razılaşmasında ABŞ baxımından maraqları üçün çox zəif olan məqamları yenidən müzakirə etmək istəyib. Beləliklə, İranın təhqirinin nəticəsi olaraq, may ayında Tramp ABŞ-ı müqavilədən çıxarıb. İsrail baş naziri Binyamin Netanyahu isə belə bir vaxtda İslam Respublikasının Suriyadakı iştirakına diqqət çəkdirərək, Trampı ustalıqla qəzəbləndirib. Liderləri Trampla rahat əlaqələr qurmaq üçün işləyən Səudiyyə Ərəbistanı da Trampın bölgədə İranın təsirinə maneə törətməsini istəyir. Görünür, İrana Trampın qəzəbi pis nəticələrlə davam edəcək”. Öz növbəsində İran da savaşa hazırlaşır. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri komandanı, general Qasım Süleymani bu fonda  Donald Trampın İranı hədəf alan ifadələrinə sərt reaksiya verib. Süleymani Həmədan şəhərində keçirilən bir anım tədbirində çıxışı zamanı bildirib: “Tramp, sənə səslənirəm. Sənə düşündüyündən daha yaxınıq. Bu savaşı siz başlada bilərsiniz, ancaq sonunu biz müəyyən edərik. Bu döyüş ABŞ-ın bütün imkanlarının yox edilməsi deməkdir. Bunun üçün İran Silahlı Qüvvələrinin bütün gücünə ehtiyac yoxdur. Qüds qüvvələri və mən kifayət edərik. Qorxudan tankların içərisində əsgərlərinizə uşaq bezləri bağlayırdınız, indi durub bizi təhdid edirsiniz?”. Bundan əlavə, İranın dini liderindən prezidentə və yüksək vəzifəli generallara qədər Tehranda hamı Hörmüz boğazı vasitəsilə neft ixrac edə bilmədikdə “heç bir ölkə bunu edə bilməyəcək” deyir. Hörmüz boğazı dünyanın ən əhəmiyyətli neft tranzit keçididir. Gündəlik nəql 18,3 milyon barrel təşkil edir ki, bu da  bütün neft hasilatının 35 və dünya bazarında satılan neftin təxminən 20 faizi deməkdir. ABŞ Hörmüz boğazı vasitəsilə neft ixracının dayanmasını müharibəni tətikləyən daha bir faktor kimi qiymətləndirir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ