çərşənbə günü, 11 noyabr 2026
     

Bu gün təbriklərin ən böyüyü Sizə düşdü, cənab Prezident!

Image


Həsən bəy Zərdabi "Əkinçi" adlı ilk qəzetimizi yaratdi. Bu, milli mətbuatımızın doğuluş anı oldu. Böyük tarixi proses başladı. 

Həsən bəy özü böyük məşəqqətlərlə üzləşsə də, yüz minlərlə insanın bağlı olduğu, zövq aldığı milli jurnalistika sənətini yaratdı. Hələ bu harasıdır. Həsən bəy milli şüurumuzun və dövlətçiliyimizin güc mənbəyinə çevrilən milli media adlı etibarlı bir silah yaratdı. O silah indi bizim əlimizdədir, Azərbaycan dövlətinin və şəxsən İlham Əliyevin şəxsində qüdrətli bir təminat altındadir. Biz kəsərli bir silaha çevrilmişik, dövlətimizin və onun simvolu olan Prezidentin əleyhinə olanlara qarşı tuşlanırıq, yanında olanlara uca səslə "var olun" deyirik. Dövlət-media olaraq bütövləşərək tamamlanmışıq. Mediamız yaşa dolduqca rəhmətlik Həsən bəylə aramızdakı müəyyən fərqi daha yaxsı duyuruq. Həsən bəy millətinə, xalqına, müstəqil dövlətçilik idealına bağlandıqca təqib olundu, vuruldu, gün çörəyinə möhtac qoyuldu. 143 ildən sonra biz isə Həsən bəyin təqibinə səbəb olan idealların himayəsinə daha çox sığınaraq rahatlıq və xoşbəxtlik tapa bilirik. İctimai-siyasi mühitin insan və peşəkarların taleyinə təsirləri arasında kəskin fərqi görürsünüzmü?! Ancaq bu fərqin səbəbini də gərək görməyi bacaraq. Həsən bəy niyə millətini və peşəsini sevdikcə daha ağır günlərə qalırdı, ancaq bizlər bu gün eyni hissləri işimizdə əsas tutanda güclü oluruq? Çünki Həsən bəy müstəqil dövlətçilikdən, mediaya dövlətin dəstəyindən və media ilə millətin birliyinə yenilməz güc mənbəyi kimi baxan dövlət başçısından məhrum idi. Güman edirəm ki, müqayisənin mahiyyəti başa düşüldü.
Qayıdaq Həsən bəyin doğuluş etdiyi milli mətbuat tariximizə. Milli mətbuat tariximizdə doğuluş anları Həsən bəylə bitmədi, davamı da gəldi, yeni dövrlərdə yeni yeni doğuluşlar gördük, həm də hər doğuluşun öz müəllifi və yaradıcısı oldu. Düşünəcəksiniz ki, 143 il böyük tarixdir, necə deyərlər bir igidin ömrüdürsə, demək bu dövrdə coxsaylı dövrlər, çoxsaylı doğuluşlar və coxsaylı doğuluş müəllifləri olub. Yox. Çox olmayıb. Cəmi iki doğuluş və cəmi iki doğuluş müəllifi...
Həsən bəy Zərdabi avropalıları demirəm, lap yaxınımızdakı ruslardan düz 154 il sonra dilimizdə ilk qəzeti qurdu. Əkinçilərin həyatından yazmaq adı altında iki il qəzeti yaşatdı, milli ideyaları yavaş-yavaş dövriyyəyə buraxanda sahibi əz zamanın qəzəbinə tuş gəldi və qəzetini qapadılar. Eynilə Heydər Əliyev də sovet ideologiyasının kəskin illərində mətbuatda milli mənəvi dəyərlərimizin təbliğinə və yaşadılmasına şans verdi. Sovet dövründə Azərbaycandakı qəzetlər başqa respublikalarda olduğu kimi yalnız sovet ideologiyasının miskin bir tərkib hissəsi idi, basqa heç nə idi. Ancaq bu heç nəyin içində birdən-birə milli mətbuatçılığımızın ilk əlamətləri görünməyə başladı. İttifaq dövlətini saxlamaq xatirinə Vyetnamda yüz minlərlə insanı udan müharibəyə qoşulmuş SSRI-nin Azərbaycan adlı əyalətində mətbuatda Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması peyda olur və günün günorta cağı ildırım kimi şaqqıldayır. Doğuluş deyilmi? Sovet ideologiyasının bir vintinə çevrilmiş Azərbaycan qəzetlərində "sovet ölkəsi hər cür neqativlərdən azaddir" ehkamı hakim olduğu vaxtda "Qoy ədalət zəfər çalsın" şüarı altında rüşvətxorluğa qarşı cəsarətli mübarizə cəbhəsi acılır, əslində tək Azərbaycandakı yox, bütün Sovet İttifaqındakı rüşvətxorluq adlı böyük bir bəlanın xərçəng kimi cil atdığı bütün dünyaya bəyan edilir. Yeni doğuluş deyilmi? 60-cı illərin sonu 70-ci illərin əvvəlləri üçün Azərbaycan qəzetlərini - "Sovet kəndi", "Azərbaycan gəncləri", "Kommunist" qəzetlərini izləmək kifayət edər ki, məhz o illərdə Həsən bəy Zərdabinin böyük xidmətindən heç də geri qalmayan yeni doğuluşu və onun müəllifini tanıyaq - Heydər Əliyev. Zerdabidən sonra milli mətbuat tariximizdə ikinci doğuluş məqamının müəllifi... "Əkinçi"nin bağlanmasına səbəb olmuş milli dəyərləri mətbuata çıxarmaq cəhdlərinin  yenidən dirçəldilməsi, özü də ugurla dirçəltmək yeni doğuluş anıdır.
Prosesin davamı da gəldi. Ötən əsrin 90-cı illərində Heydər Əliyev milli mətbuatımızın qarşısında yeni doğuluş məqamlari açdi. Milli mətbuatımızın yeni dövrü başladı...
Mətbuata dövlətimizin dəstəyinin fasiləsiz və daimi bir instituta çevrilməsinin ilk əlamətlərini görməyə başladıq. Mətbuatımız ona-buna xidmət göstərmək müqabilində gün çörəyi qazanmaq kimi miskin bir durumdan xilas oldu. Milli mətbuat dövlətçilik və vətənpərvərlik ideyalarının ən qabaqcıl tribunasına çevrildi, özgə qapılarından yığışdı. KİVDF-nin yaranması həm başlanmış böyük prosesin davamına, həm də daha böyük proseslərin başlanğıcına çevrildi. İndi jurnalistlərin təminatı, qəzetlərin sabah da, çap olunacağına müstəqil dövlətçilik və milli dəyərlərə xidmət çərçivəsində qarantiya var. Milli mətbuatımız heç vaxt indiki qədər müstəqil və güclü olmayıb. Son on ildə bir daha sübut olundu ki, dövlətlə mətbuat bir yerdə olanda hər ikisi güclü olur, mətbuatdan kənarda dövlət, dövlətdən kənarda mətbuat güclü ola bilməz. XXI əsrin əvvəlində Azərbaycan reallıqlarının timsalında sübut olunmuş bu yeni doğuluşun müəllifi isə Prezident İlham Əliyevdir... 
Bayramınız mübarək, cənab Prezident. Bu gün təbriklərin ən böyüyü Sizə düşdü. Həsən bəy Zərdabinin başlatdığı milli mətbuat tariximizdə üçüncü böyük DOĞULUŞUN müəllifi olduğunuz üçün. Bayramınız bir daha mübarək cənab Prezident...
Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ