Cümə günü, 13 noyabr 2026
     

Avropa ilə Ermənistanın “Metsamor” ziddiyyəti dərinləşir…

Image


Ermənistanda fəaliyyətini hələ də davam etdirən “Metsamor” atom elektrik stansiyasının (AES) mövcudluğu Avropada da getdikcə böyük narahatlıqla qarşılanmaqdadır. Çünki bu stansiyanın texnologiya və avadanlıqları köhnəlib, istifadəyə yararsız hala gəlib. Belə vəziyyətdə stansiyada mümkün qəza təkcə Qafqaza yox, Avropanın özünə də ciddi təhdid yaradır.

Məsələ Avronest Parlament Assambleyasının Tiflisdə keçirilən iclasında yenidən gündəmə gəlib. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov qeyd edib ki, “Metsamor” AES təkcə region üçün deyil, bütövlükdə Avropa üçün ciddi təhlükə mənbəyidir. O, Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin departament rəhbəri Vinsent Reyə sualla müraciət edib və “Metsamor” AES-in bağlanması ilə bağlı Aİ-nin hansı alətlərdən istifadə edə biləcəyini soruşub. V.Rey Aİ-nin Ermənistandan “Metsamor” AES-in bağlanmasını tələb etdiyini, lakin Ermənistanın bu tələbi hələ də yerinə yetirmədiyini diqqətə çatdırıb. Avronest Parlament Assambleyasının həmsədri Rebeka Harms da “Metsamor” AES-lə bağlı Azərbaycan nümayəndə heyətinin mövqeyini dəstəkləyib. Azərbaycan nümayəndə heyəti, həmçinin, “Metsamor” AES-lə bağlı məsələnin Avronest PA-nın xüsusi məruzəsinə daxil olunmasını təklif edib.

Ümumiyyətlə, son dövrələrdə Avropanın bu məsələdə daha qətiyyətli mövqe sərgiləməsi müşahidə olunur. Belə ki, ötən ilin sonunda “Şərq tərəfdaşlığı“ sammiti çərçivəsində Ermənistanla imzalanan razılıqda əsas şərtlərdən biri məhz “Metsamor” AES-in fəaliyyətinin dayandırılmasıdır. Məsələyə növbəti dəfə toxunan Avropa Xarici Əlaqələr Xidmətinin “Şərq tərəfdaşlığı“ departamentinin sədr müavini Dirk Lorents də bir daha “Metsamor”un bağlanmalı olduğunu bildirib. O qeyd edib ki, AES-in keyfiyyətini standartlara uyğun yüksəltmək mümkün deyil: “Biz hesab edirik ki, AES-in işini beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunlaşdıracaq qədər yaxşılaşdırmaq mümkün olmadığı üçün stansiyanı mümkün qədər tez bağlamaq lazımdır”.

Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqı “Metsamor” AES-in bağlanması üçün Ermənistana 200 milyon avro ayırmağı vəd etmişdi. İttifaq beynəlxalq aləmdə Ermənistanın “nüvəsizləşdirilməsini” dəstəkləyir.  Brüssel bunun qarşılığında Ermənistana ekoloji cəhətdən təmiz enerji istehsalının inkişaf etdirilməsi üçün ABŞ və avropalıların çoxmilyonlu sərmayəsini və yardımını təklif edib. Bunun üçün rəsmi İrəvandan infrastrukturda islahat aparılması tələb olunur. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə direktoru Fransis Malic "Metsamor" AES-in bağlanmasının təmsil etdiyi bankın Ermənistanda enerji sektoruna qoyacağı 80 milyon dollara birbaşa təsir etdiyini qeyd edir: “Bu kredit suveren zəmanətsiz “Ermənistan Elektrik Şəbəkələri” (EEŞ) şirkətinə verilir və biz şirkətin risqlərini üzərimizə götürürük. Mən onlarla təmasda olmuşam və görüşmüşəm. Ermənistanda elektrik şəbəkəsinin müasirləşməsinə ehtiyac var. Açığını desəm, Ermənistanda bərpa edilən və başqa enerji mənbələrindən elektrik enerji istehsalına daha çox investisiyanın qoyulmasına ehtiyac duyulur. Bilirsiniz ki, Ermənistanda istehsal olunan elektrik enerjisinin çoxu atom elektrik stansiyasından gəlir. Bu stansiya köhnəlib və bağlanmalıdır. Məncə, Ermənistan özünü "Metsamor" AES-in fəaliyyət göstərməyəcəyi gələcək enerji sektoruna hazırlamalıdır”.

 “Ermənistan yeni atom elektrik stansiyası inşa etmək qərarına gəlsə, AYİB rəsmi İrəvana maliyyə vəsaiti ayıracaqmı” sualına isə direktor qəti şəkildə belə cavab verib: “Xeyr. Heç bir halda. Bu, mandatımız xaricindədir. Nizamnaməyə əsasən, nüvə enerjisinə maliyyə ayırmaq qadağandır. Burada yeganə istisna isə nüvə təhlükəsizliyidir. Məsələn, mövcud atom stansiyasını daha təhlükəsiz etmək lazımdırsa, AYİB buna sərmayə qoya bilər. Bizim belə bir layihəmiz Ukraynda var. Ancaq yeni nüvə potensialının inşasını biz heç zaman maliyyələşdirməyəcəyik”. Təbii ki, bu həm də Avropanın "Metsamor" AES-ə münasibətidir. Rəsmi məlumatlara görə isə, 1993-cü ildən bəri AES-in texniki təchizatına 100 milyon avro vəsait cəlb olunsa da, reaktorlar üzərində qəza baş verdiyi halda radioaktiv şüaların ətrafa yayılmasını əngəlləyən təhlükəsizlik çənbərləri mövcud deyil. MAQATE ekspertlərinin 2015-ci ildə həyata keçirdiyi yoxlamada çoxlu sayda texniki qüsur və çatışmazlıqlar aşkarlanaraq, nəzarət və təhlükəsizlik üçün 60-dan artıq tövsiyəni əhatə edən kataloq tərtib edilib. Nüvə ekspertlərinin əsas narahatlığı isə Ermənistanın bütün beynəlxalq tələbləri həyata keçirmək üçün kifayət qədər maliyyə resurslarına malik olmaması və ölkənin enerji təminatını nüvə reaktorları olmadan təsəvvür edə bilməməsidir. Bununla belə, ölkə nüvə qəzasının baş verəcəyi fövqəladə hallara qətiyyən hazır deyil. Yeganə təhlükə mənbəyi təkcə istismar müddəti ötmüş AES deyil, nüvə tullantılarının saxlanma şəraiti də gələcəkdə böyük problemlərə gətirib çıxara bilər. Tullantıların saxlandığı çəlləklərin sıradan çıxması asanlıqla radioaktivliyi ətraf mühitə yaya bilər. İndi bu şəraitdə Avropa İttifaqının da bu AES-in şəbəkədən ayrılmasında maraqlı olduğu özünü aydın göstərir. Hesab edilir ki, Avropa İttifaqının tələbləri yerinə yetirilməsə, qurum Ermənistana qarşı təzyiq siyasətini işə sala bilər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ