ATƏT məkanında həlli uzanmış münaqişələrin nizamlanması 2018-ci ildə ATƏT Parlament Assambleyasının əsas prioritetlərindən biridir. Trend-in məlumatına görə, bunu ATƏT PA-nın prezidenti Georgi Sereteli təşkilatın Daimi Şurasının Vyanada keçirilən iclasında deyib.
G.Sereteli qeyd edib ki, miqrasiya, terrorizmlə mübarizə və uzun müddətdir davam edən münaqişələrin həlli 2018-ci il üçün ATƏT PA-nın əsas prioritetləridir.
O qeyd edib ki, ATƏT PA təşkilat sədri olan İtaliya və qurumun nümayəndə heyətlərinin fəaliyyətlərinə dəstəyini əsirgəməyəcək.