Suriyadakı hərbi qüvvələrinin bir hissəsini bu ölkədən çıxaran Rusiya ehtiyac yarandıqda hədəfləri Xəzər dənizindən vuracaq. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov açıqlama verib.
Rusiyanın Suriyadakı hərbi qüvvələrini azaltmaq qərarının atəşkəs razılaşması çərçivəsində atılan addımı olduğunu deyən Ozerov “RİA Novosti”yə açıqlamasında bildirib ki, əgər ehtiyac yaranarsa Moskva Xəzər dənizindəki imkanlarından istifadə edəcək.
Rusiyanın fövqəladə hallarda, döyüş təyyarələrini işə salacağı ya da Xəzər dənizindən raket ata biləcəyini vurğulayan rusiyalı senator, Qırğızıstandakı Kant hərbi hava bazasından da istifadə edə biləcəklərini qeyd edib.